Aydın Kaşiyev

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 02:53, 3 avqust 2020 tarixli redaktə
Aydın Kaşiyev
Kaşiyev Aydın Rizvan oğlu
Aydın Kaşiyev
Aydın Kaşiyev, 1967-ci il
Anadan olub 1933(1933-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Anadan olduğu yer Nuxa, Nuxa rayonu, AzSSR, ZSFSR, SSRİ
Vəfat edib ?
Vəfat etdiyi yer Bakı, AzSSR
Atası Rizvan Kaşiyev
Anası Rübabə Hüseynova
Təhsili

Azərbaycan Politexnik İnstitutu ( – 1956)

Sov.İKP yanında Ali Partiya Məktəbi ( – 1964)

Aydin Kaşiyev (Kaşiyev Aydın Rizvan oğlu) – Azərbaycan sovet partiya və dövlət məmuru. 1967 – 1970-ci illərdə Azərbaycan KP Nuxa/Şəki şəhər komitəsinin birinci katibi olub. Həmçinin, 1967-ci ildə Nuxa rayonundan Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.

Haqqında məlumatlar

1933-cü ildə Nuxada anadan olub.

Təhsili

1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu,

1964-cü ildə isə Sov.İKP yanında Ali Partiya Məktəbini bitirib.

Əmək fəaliyyəti

1956 – 1959-cu illərdə Azərbaycan dəmir yolunda stansiya növbətçisi, dispetçer, stansiya rəisinin baş köməkçisi, mühəndis vəzifələrində işləyib.

1960-ci ildə Azərbaycan KP MK-ya, təlimatçı vəzifəsinə irəli çəkilib.

1964 – 1967-ci illərdə Azərbaycan KP MK-nın partiya orqanları şöbəsində əvvəl məsul təşkilatçı, sonra isə inspektor vəzifəsində çalışıb.

17 fevral 1967-ci il tarixdən 1970-ci ilin oktyabrına qədər Nuxa/Şəki şəhər komitəsinin birinci katibi olub.

İctimai aktivliyi

Azərbaycan dəmir yolunda işləyərkən (1956 – 1959) bir neçə dəfə ilk komsomol və partiya təşkilatlarına katib seçilib.

1967-ci ildə Nuxa rayonundan Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. Ali Sovetdə sənaye, nəqliyyat və rabitə komissiyasının üzvü olub.

Ailəsi

Atası Rizvan Kaşiyev Nuxada və Bakıda uzun müddət müəllim işləmişdir.

Anası Rübabə Hüseynova həkim idi.

Qızı Ləman Kaşiyeva Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir.

Həmçinin, bax:

İsyifadə edilmiş mənbələr