Emin Sabitoğlu
Emin Sabitoğlu | |
---|---|
Mahmudov Emin Sabit oğlu | |
Emin Sabitoğlu | |
Emin Sabitoğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 noyabr 1937 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 18 noyabr 2000 (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | İkinci Fəxri Xiyaban, Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Peşəsi | bəstəkar |
Atası | Sabit Rəhman |
|
|
Mükafatları |
|
Emin Sabitoğlu (Mahmudov Emin Sabit oğlu) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti, bir çox məşhur mahnıların müəllifi, çoxsaylı Azərbaycan filmləri musiqilərinin bəstəkarı.
Haqqında məlumatlar
2 noyabr 1937-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1944 – 1954-cü illərdə orta ixtisas musiqi məktəbində,
1954 – 1956-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində – Qara Qarayevin sinfində,
1956 – 1961-ci illərdə isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasında – Yuri Şoporinin bəstəkarlıq sinifinə təhsil alıb.
Vəfatı
2000-ci ilin noyabrında atası Sabit Rəhmanın 90 illik yubiley tədbirində iştirak etmək üçün İstanbuldan Bakıya gəlib. Yubiley tədbiri noyabrın 22-də Milli Dram Teatrında keçirilməli idi. Lakin 18 noyabr 2000-ci il tarixdə, səhərə yaxın vəfat edib. Bakıda - İkinci Fəxri Xyabanda dəfn olunub.
Ailəsi
Yazıçı Sabit Rəhmanın və ixtisasca kimyaçı olan İsmət xanım İrəvanskinin oğludur.
Müğənni Xədicə Abbasova ilə ailə həyatı qurub.
Musiqişünas Ceyran Mahmudovanın atasıdır.
Əmək fəaliyyəti
1961 – 1994-cü illlərdə əvvəlcə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru, sonra Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əvvəl müəllim, sonra dosent və nəhayət, professor vəzifəsində çalışıb.
1994 – 2000-ci illərdə əmək fəaliyyətini İstanbul Texniki Universitetinin Xalq Musiqisi Konservatoriyasında davam etdirib.
Yaradıcılığı
Bəstəkar 1 simfoniya, 3 simfonik poema, 3 kantata, simli kvartet, skripka və fortepiano üçün poema və 600-dən artıq mahnı yazıb.
9 musiqili komediya, 22 bədii, 14 sənədli və mənzərə filminə, 4 qısametrajlı filmə, çoxsaylı teatr tamaşalarına musiqi bəstələyib.
Mükafatları
- Lenin komsomolu mükafatı — 1968;
- “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı — 1979;
- Azərbaycan SSR dövlət mükafatı — 1986;
- “Şöhrət” ordeni — 1997;
- “Azərbaycan Respublikasının xalq artisti” fəxri adı — 28 oktyabr 2000;
- Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatı — 2001.
Xatirəsi
5 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
Filmoqrafiya
Səs operatoru kimi
- Dağlarda zavod (qısametrajlı sənədli film).
Musiqi tərtibatçısı kimi
- 150 il. Mirzə Fətəli Axundov (film, 1962) (qısametrajlı sənədli film).
- Möhtəşəm tikintinin adamları (film, 1962) (qısametrajlı sənədli film).
- Paltar fabriki (film, 1962) (qısametrajlı sənədli film).
- Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film).
- Sabahın xeyir, Bakı! (film, 1964) (qısametrajlı sənədli film).
- Böyük bostan (film, 1965) (qısametrajlı sənədli film).
- Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film).
- Cəlil Məmmədquluzadə (film, 1966) (qısametrajlı sənədli film).
Bəstəkar kimi
- Azərbaycanın subtropiklərində (film, 1963) (qısametrajlı sənədli film).
- Kür (film, 1963) (qısametrajlı sənədli film).
- Yollar və küçələrlə (film, 1963) (qısametrajlı sənədli film).
- Dağ meşəsindən keçərkən... (film, 1964) (qısametrajlı bədii film).
- Dəniz (film, 1965) (qısametrajlı sənədli film).
- Dostluq məşəli (film, 1965) (qısametrajlı sənədli film).
- Azəri teatrının ustaları (film, 1966) (tammetrajlı sənədli film).
- Dostların ölkəsində (film, 1966) (qısametrajlı sənədli film).
- O geri çəkilməlidir (film, 1966) (qısametrajlı sənədli film).
- Salam, Azərbaycan! (film, 1966) (qısametrajlı sənədli film).
- Səməd Vurğun (film, 1966) (qısametrajlı sənədli film).
- Azərbaycan çayı (film, 1967) (qısametrajlı sənədli film).
- Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film).
- Poçt qutusu (film, 1967) (qısametrajlı bədii film).
- Sahil bağı (film, 1967) (qısametrajlı bədii film).
- Bizim Cəbiş müəllim (film, 1969) (tammetrajlı bədii film).
- Çiçək yağışı (film, 1971) (qısametrajlı sənədli film).
- Gün keçdi (film, 1971) (tammetrajlı bədii film).
- Baladadaşın ilk məhəbbəti (film, 1974) (qısametrajlı bədii film).
- Qeyri-adi ov (film, 1974) (qısametrajlı sənədli film).
- Dədə Qorqud (film, 1975) (tammetrajlı bədii film).
- Dörd bazar günü (film, 1975) (tammetrajlı bədii film).
- Ad günü (film, 1977) (tammetrajlı bədii film).
- Bayquş gələndə... (film, 1978) (tammetrajlı bədii film).
- Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film).
- Od içində (film, 1978) (tammetrajlı bədii film).
- Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film).
- İstintaq (film, 1979) (tammetrajlı bədii film).
- Onun bəlalı sevgisi (film, 1980) (tammetrajlı bədii film).
- Bağlı qapı (film, 1981) (tammetrajlı bədii film).
- Evləri köndələn yar (film, 1982) (televiziya tamaşası).
- Park (film, 1984) (tammetrajlı bədii film).
- Bəyin oğurlanması (film, 1985) (tammetrajlı bədii film).
- Qanlı zəmi (film, 1985) (tammetrajlı bədii film).
- Özgə ömür (film, 1987) (tammetrajlı bədii film).
- Yaramaz (film, 1988) (tammetrajlı bədii film).
- Gülüş sanatoriyası (film, 1989) (televiziya tamaşası).
- Ölsəm... bağışla (film, 1989) (tammetrajlı bədii film).
- Balıqların harayı (film, 1990) (qısametrajlı sənədli film).
- Qətldən yeddi gün sonra (film, 1991) (tammetrajlı bədii film).
- Mənim çörəkli dünyam (film, 1991) (qısametrajlı sənədli film).
- Təhminə (film, 1993) (tammetrajlı bədii film).
- Həm ziyarət, həm ticarət... (film, 1995) (tammetrajlı bədii film).
- Otel otağı (film, 1998) (tammetrajlı bədii film).
Əsərlərindən istifadə olunan filmlər
- Oxuyur Şövkət Ələkbərova (film, 1970) (qısametrajlı sənədli televiziya film-konserti).
- Payız melodiyaları (film, 1974) (tammetrajlı sənədli televiziya film-konserti).
- Azərbaycan elləri (film, 1976) (qısametrajlı sənədli televiziya film-konserti).
- De ki, məni sevirsən! (film, 1977) (tammetrajlı bədii film).
- Nəğməkar torpaq (film, 1981) (tammetrajlı musiqili film).
- Salam, Zeynəb! (film, 1982) (qısametrajlı sənədli film).
- Dairə (film, 1989) (qısametrajlı bədii film).
- Qayıdış (film, 1992) (qısametrajlı sənədli film).
- Qafqaz (film, 2007) (tammetrajlı bədii film).
- Evləri göydələn yar (film, 2010) (tammetrajlı bədii film).
- Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film).
- Qonşu qadın (film, 2015) (qısametrajlı bədii film).
İştirak etdiyi filmlər
- Aktrisanın təbəssümü (film, 1974) (tammetrajlı bədii-sənədli film).
- Salam, Zeynəb! (film, 1982) (qısametrajlı sənədli film).
Aktyor kimi
- Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film).
- Özgə ömür (film, 1987) (tammetrajlı bədii film).
- Təhminə (film, 1993) (tammetrajlı bədii film).
Haqqında çəkilən film
- Gün keçdi (film, 2012) (qısametrajlı sənədli film).
İstinadlar
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Mahmudov Emin Sabit oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 246 – 250. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Bürcəliyeva Şəhla (21 avqust 2011). "Emin Sabitoğlu-kinonun ruhunu duyan bəstəkar". https://kayzen.az/ (azərb.). “Mədəniyyət” qəzeti. 2 Dec 2011 - 4 Aug 2020 tarixində arxivləşdirilib.
Xarici keçidlər
- İlhamə Quliyeva - Çiçək yağışı - sözləri: Vaqif Səmədoğlu
- Mirzə Babayev - Düşüsən yadıma yağanda yağışlar - Vaqif Səmədoğlu
- Yalçın Rzazadə - "Gün keçdi" filmindən bayatılar - sözləri: xalq bayatıları
- Mirzə Babayev - Kəpənək sözləri: Bəxtiyar Vahabzadə
- Zeynəb Xanlarova - Əsir payız küləyi (Köçür durna qatarı) - sözləri: Bəxtiyar Vahabzadə
- Zeynəb Xanlarova - Necəsən? - sözləri: Rüfət Əhmədzadə
- Zeynəb Xanlarova - Gözəldir - sözləri: İbrahim Kəbirli
- Zeynəb Xanlarova - Gözümdə Leylisən - sözləri: Rüfət Əhmədzadə
- Flora Kərimova - Belə ola həmişə - sözləri: Əliağa Kürçaylı
- Flora Kərimova - "Bağışla" ("Onun bəlalı sevgisi" filmindən - sözləri: Ramiz Rövşən
- Akif İslamzadə - Alagözlüm (Neyləyim?) - sözləri: Nigar Rəfibəyli
- Hüseyn Bakılı - Payız gəldi - sözləri: Fikrət Qoca
- Rafiq Babayev - Əlvida - sözləri: Anar
- Anatollu Qəniyev - Balıqçılar mahnısı - sözləri: Rəfiq Zəka
- Hüseynağa Hadıyev - Bu gecə - sözləri: Zeynal Xəlil
- Hüseynağa Hadıyev - Nə gözəldir Azərbaycan - sözləri: İbrahim Kəbirli
- Hüseynağa Hadıyev - Sən olmuşam - sözləri: Gəray Fəzli
- Elmira Rəhimova - Mavidir - sözləri: Nəbi Xəzri
- Şövkət Ələkbərova - Dərələr - sözləri: Nəbi Xəzri
- Şövkət Ələkbərova - Ağ çiçək - sözləri: Nəbi Xəzri
- Gülağa Məmmədov - Bizim Lənkəran - sözləri:
- Azər Zeynalov - Şükriyyə - sözləri: Əhməd Cavad
- "Dədə Qorqud" filmindən Qıpçaq Məliyin evində rəqs
- "Musiqi xəzinəsi" verilişi. Eldar Mansurov, Vaqif Səmədoğlu və bəstəkarın qızı Ceyran Mahmudova Emin Sabitoğlunun yaradıcılığı haqqda danışırlar: I hissə, II hissə, III hissə
- Emin Sabitoğlunun doğum günüdür
- "Nəğməli könül" tamaşası[[es :Emin Sabitoglu]]
- E
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış pedaqoqlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1937-ci ildə doğulanlar
- 2 noyabrda doğulanlar
- Noyabrda doğulanlar
- 18 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 2000-ci ildə vəfat edənlər
- Lenin komsomolu mükafatı laureatları
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Azərbaycan SSR dövlət mükafatı laureatları
- Azərbaycan Respublikasının xalq artistləri
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr