Nəzir Əhmədov
Nəzir Əhmədov | |||||||
---|---|---|---|---|---|---|---|
Əhmədov Nəzir Laçın oğlu | |||||||
Nəzir Əhmədov | |||||||
|
|||||||
|
|||||||
Sələfi | Hüseyn Mustafabəyli | ||||||
Xələfi | Əşrəf Məmmədov | ||||||
|
|||||||
|
|||||||
Doğum tarixi | 27 dekabr 1925 | ||||||
Doğum yeri | Kəhrizoba, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ | ||||||
Vəfat tarixi | + 2010 | ||||||
Vəfat yeri | Bakı, Azərbaycan | ||||||
Atası | Laçın Əhmədov | ||||||
Həyat yoldaşı | Zlota Əhmədova | ||||||
Təhsili |
Nuxa Pedaqoji Texnikumu (1940 – 1942) Leninqrad Dövlət Universiteti, siyasi-iqtisad fakültəsi, (1950 – 1955) |
||||||
Elmi dərəcəsi | iqtisadiyyat elmləri namizədi | ||||||
Təltifləri |
Nəzir Əhmədov – dövlət xadimi, iqtisadçı alim, şair, 1992-ci ildə Heydər Əliyevi Azərbaycanda hakimiyyətə dəvət edən məşhur müraciəti imzalamış “91-lər”dən biri; Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (1998 – 2002), Şəki şəhər İcra hakimiyyəti başçısı (1993 – 1998) vəzifələrində çalışmış, sovet dövründə, müztəlif illərdə Abşeron və Zaqatala rayon partiya komitələrinin birinci katibi (1963 – 1975), Azərbaycan KP MK-nın üzvü (1966 – 1974), Azərbaycan SSR Ali Sovetinin deputatı (1967 – 1971) olmuşdur. 3 elmi kitabın və 7 şeir kitabının müəllifidir. .
Haqqında ətraflı məlumatlar
27 dekabr 1925-ci il tarixdə Şəki qəzasının Kəhrizoba kəndində anadan olub.
Haqqında məlumatlar
1940-cı ildə Təpəcənnət kənd yeddiillik məktəbini bitirib.
1940-ci ildə Nuxa Pedaqoji Texnikumuna daxil olub; lakin 1942-ci ildə təhsilini yarımçıq buraxaraq könüllü olaraq hərbi xidmətə gedib.
1944 – 1946-cı illərdə Xarkov şəhərində hərbi kəşfiyyat məktəbində, eyni zamanda axşam orta məktəbində,
1950 – 1955-ci illərdə isə Leninqrad Dövlət Universitetinin siyasi-iqtisad fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1946 – 1950-ci illərdə müxtəlif sovet sərəhəd qoşunları hissəsində qulluq edib.
1955 – 1956-ci illərdə Sov.İKP Leninqrad Vilayət Partiya komitəsində təlimatçı, bölmə müdiri,
1956 – 1957-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetində və N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müəllim,
1957 – 1959-cu illərdə Azərbaycan KP Bakı Şəhər Partiya Komitəsində bölmə müdiri,
1959 – 1963-cü illərdə Azərbaycan KP MK-da əvvəl təbliğat-təşviqat şöbəsində, sonra isə təşkilat şöbəsində təlimatçı,
1963 – 1974-cü illərdə Azərbaycan KP Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi,
1974 – 1975-ci illərdə Azərbaycan KP Abşeron Rayon Partiya Komitəsinin birinci katibi,
1975 – 1993-cü illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi və şöbə müdiri,
1993 – 1998-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı,
1998 – 2002-ci illərdə isə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
İqtisad elmləri namizədi olmaqla yanaşı, 3 elmi kitabın, 40 çap vərəqi həcmində elmi-nəzəri məqalələrin də müəllifidir.
İctimai-siyasi fəaliyyəti
1966 – 1974-cü illərdə Azərbaycan KP MK-nın üzvü,
1967 – 1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı və təbiəti mühafizə daimi komissiyasının sədri olub.
1965 – 1970-ci illərdə SSRİ rəsmi nümayəndə heyəti tərkibində Çexoslovakiya, Kuba, ABŞ, Macarıstan və Rumıniyaya xarici səfərlərdə iştirak edib.
16 Oktyabr 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən müraciəti imzalayan 91 nəfərdən biri olub.
Ədəbi yaradıcılığı
Ədəbi fəaliyyətlə də məşğul olub, “Nəzir Eltəkin” ədəbi təxəllüsü ilə şeir və poemalar yazıb.
Kitabları
- Desələr xatırlayın (1955);
- İzim qala (1995);
- Sarı Laçın (1996);
- Ömür körpüsü (1998);
- İsmipünhan sorağında (poema) (1998);
- Qaçaq Abbas (poema) (2001);
- Ömrün son baharı" (şeirlər və poemalar) (2006).
Təltif və mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni, 1966.
- “Lenin” ordeni, 1968.
- “Şərəf nişanı” ordeni, 1969.
- SSRİ XTNS-nin 2 qızıl medalı və birinci dərəcəli diplomlar, 1967, 1970.
- 15 medal
Ədəbiiyyat
- Məmmədov Ə., Xalıqov F. Əhmədov Nəzir // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 88 – 89. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı. Bakı: "Nurlar", 2011.
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış hərbçilər
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəki şəhər İcra hakimiyyəti başçıları
- 1925-ci ildə doğulanlar
- 27 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 2010-cu ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Lenin ordeninin kavalerləri
- "Şərəf Nişanı" ordeni laureatları
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr