Lütfəli Abdullayev
Lütfəli Abdullayev | |
---|---|
Abdullayev Lütfəli Əmir oğlu | |
Lütfəli Abdullayev | |
Lütfəli Abdullayev | |
Doğum tarixi | 22 mart 1914 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 9 dekabr 1973 (59 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Rusiya İmperiyası→ Azərbaycan Cümhuriyyəti→ SSRİ |
Peşəsi | aktyor |
Mükafatları | |
IMDb | ID 0008710 |
Abdullayev Lütfəli Əmir oğlu — Azərbaycan aktyoru,[1] Azərbaycanın xalq artisti (1960), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, milli xalq oyun-tamaşalarının gülüş estetikasını bacarıq və həssalıqla mənimsəmiş, vəziyyət komediyalarında oynamağı xoşlayan, məsxərə hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən obrazın komik xarakterini açmaq üçün istifadə edən aktyor.
Haqqında məlumatlar
22 mart 1914-cü il tarixdə Nuxada anadan olub.
Təhsili
Nuxada yeddillik məktəbi bitirib.
Yaradıcı fəaliyyəti
Teatr
Nuxada yeddillik məktəbi bitirdikdən sonra bir neçə ay Nuxa fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və vodevillərdə oynayıb.
1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuş, səsinin oxu ölçü-quruluşunu cilalayıb müəyyən qəlibə salmışdır. Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunda oynayıb.
1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib.
1949-cu ilin yazında Milli Dram Teatrına keçib. Burada Tulio ("Rəqs müəllimi", Lope de Veqa), Rəşid ("Kimdir müqəssir?", Georgi Mdivani), Tağı ("Köhnə dudman", Əbdürrəhim bəy Haqverdiyev), Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı), Nadir ("Çiçəklənən arzular", Məmmədhüseyin Təhmasib) rollarında çıxış edib.
1951-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə başlayıb.
1956-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrınında fəaliyyət göstərib.
Kino
1945-ci ildə Rza Təhmasibin lentə aldığı “Arşın mal alan” filmində Vəli rolunu oynayıb. O, bu rola görə 1946-cı ildə Stalin mükafatına (sonralar "SSRİ Dövlət mükafatı" adlandı) layiq görülüb. Lütfəli Abdullayev həmçinin “Əhməd haradadır?” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefçilov) filmlərinə çəkilib.
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar artisti” fəxri adı (1943).
- "Stalin" mükafatı – “Arşın mal alan” filmində “Vəli” roluna görə (1946).
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) (1959).
- “Azərbaycan SSR xalq artisti” (1960).
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (1971).
Vəfatı
9 dekabr 1973-cü ildə Bakıda vəfat edib, İkinci Fəxri xiyabanda dəfn edilib.
Xatirəsi
Bakıda adına küçə var.
2014-cü ildə Lütfəli Abdullayev haqqında “Ürəklərdə yaşayan sənətkar Lütfəli Abdullayev” adlı qısametrajlı səndəli fim çəkilmişdir.
13 fevral 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
Filmoqrafiya
- Aktrisanın təbəssümü
- Arşın mal alan
- Bəşir Səfəroğlu
- Böyük ömrün anları
- Əhməd haradadır?
- "İmportnı" yaxud zırrama
- "Kazbek" qutusu
- Qəribə əhvalat
- Məktuba cavab
- O olmasın, bu olsun
- Payız konserti
- Ulduz
- Üzeyir ömrü
- Ürəklərdə yaşayan sənətkar. Lütfəli Abdullayev
Ədəbiyyat
- Abdullayev Lütfəli // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1976. — I cild. — Səhifələrin sayı: 648. — Səh.: 17. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Abdullayev Lütfəli // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 12. — 1.000 nüsx.
- Abdullayev Lütfəli // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I c. — Səh. 33. — ISBN 978-9952-441-02-4.
- ↑ Sarıyeva, İ. Lütfəli Abdullayev sənətinə dövlət qayğısı... //Bakı xəbər.- 2015.- 5 noyabr.- S.15.
- L
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış aktyorlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1914-cü ildə doğulanlar
- 22 martda doğulanlar
- Martda doğulanlar
- 9 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1973-cü ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar artistləri
- Azərbaycan SSR xalq artistləri
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Kino xadimləri
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr