Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Yusif Rəhimov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:12, 12 yanvar 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Yusif Rəhimov
Rəhimov Yusif Rəsul oğlu
Yusif Rəhimov
Yusif Rəhimov, 2019.
Anadan olub 12 yanvar 1959 (1959-01-12) (65 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları Ruslan Rəhimov, Nemət Rəhimov, Rəsul Rəhimov
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), elektromexanika fakültəsi (1977 – 1984)

Yusif RəhimovAMEA Şəki Regional Elmi Mərkəzinin ekoloji coğrafiya şöbəsinin müdiri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin orqanı olan “Mədəniyyət qalası” qəzetinin baş redaktoru.

Haqqında məlumatlar

12 yanvar 1959-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1966 – 1976-cı illərdə Nuxa şəhər 11 №-li orta məktəbində,

1977 – 1984-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) elektromexanika fakültəsində təhsil alıb.

Hərbi xidmət

1979 – 1981-ci illərdə Kiyev Hava Hücumundan Müdafiə Dairəsinin qırıcı aviasiya polkunda hərbi xidmət edib. Xidmət zamanı 1-ci dərəcəli aviasiya mexaniki ixtisasına yiyələnib. 1984-cü ildə ali təhsili bitirərkən siyasi rəhbərlik ixtisası üzrə leytenant rütbəsində və ehtiyatda olan zabit kimi qeydiyyata götürülüb.

Əmək fəaliyyəti

1976 – 1977-ci illərdə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin 2 №-li filialında tərəziçi işləyib.

1984 – 1985-ci illərdə “Azərneftkimyazavodtəmiri” trestinin (Bakı) ixtisaslaşdırılmış mexanizasiya idarəsində mexanik,

1985 – 2002-ci illərdə Şəki “Aqrarsənayetikinti” trestində mühəndis, böyük mühəndis, texniki şöbə rəisi, baş mühəndis vəzifələrində çalışıb.

2003 – 2014-cü illərdə AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi,

2014-cü ildən isə ekoloji coğrafiya şöbəsinin müdiridir.

İkinci iş yeri

2012 – 2014-cü illərdə Şəki şəhər Heydər Əliyev Mərkəzində baş fond mühafizi vəzifəsini icra edib.

Elmi fəaliyyəti

2017-ci ildən AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun dissertantıdır.

2020-ci ildən “Kiş Tarix Memarlıq Qoruğu”nun elmi şurasının üzvüdür.

2014 – 2020-ci illərdə bir çox respublika və beynəlxalq səviyyəli elmi konfranslarda çalışdığı müəssisəni təmsil edib.

Elmi jurnallarda və konfrans materiallarında 9 elmi məqaləsi dərc olunub.

Jurnalistlik fəaliyyəti

2015-ci ildən “Mədəniyyət qalası” baş redaktorudur. Şablon:Yaxşı məqalə

İctimai-siyasi aktivliyi

1984 – 1985-ci illərdə “Azərneftkimyazavodtəmiri” trestində işləyərkən, müxtəlif vaxtlarda xalq nəzarəti qrupunun sədri və ilk partiya təşkilatının katibi olub.

2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi

Ailəlidir, üç oğlu var və hamısı da ali təhsillidir. 2020-ci il Vətən müharibəsində ortancıl oğlu – mayor Neymət Rəhimov peşəkar hərbçi kimi, böyük və kiçik oğulları Ruslan və Rəsul Rəhimovlar isə mətbuat nümayəndəsi kimi iştirak etmişdir.

Həyat yoldaşı orta ixtisas təhsilli səhiyyə işçisidir.