Zaman bəy Şeyxəlibəyov
Zaman bəy Şixəlibəyov | |
---|---|
Şeyxəlibəyov Zaman bəy Şeyxəli bəy oğlu rus.: Заманбек Шихалибеков | |
Zaman bəy Şixəlibəyov. | |
Anadan olub | 7 noyabr 1838 | (26 oktyabr)
Anadan olduğu yer | Nuxa, Şəki əyaləti, Rusiya İmperiyası |
Vəfat edib | 5 iyun 1904 (65 yaşında) (23 aprel) |
Vəfat etdiyi yer | Daşkənd, Türküstan ölkəsi, Rusiya İmperiyası |
Uşaqları | İsa bəy (1856 – ?), Hacıağa bəy (1859 – ?) İbrahim bəy (? – 1915) |
Zaman bəy Şixəlibəyov (1838 – 1904) — tərcüməçi, diplomat və dövlət xadimi; müxtəlif illərdə dörd dövlətə xidmət etmişdir: 1860 – 1872-ci illərdə Rusiya İmperiyasında əvvəl Nuxa qəza məhkəməsində katib, sonra isə Yelisavetpol Dairə Məhkəməsinin Nuxa barışdırıcı şöbəsində Məhkəmə pristavı vəzifəsində işləmiş, 1873 – 1875-ci illər arasında Osmanlı dövlətinin nümayəndəsi kimi İstanbuldan Türküstana göndərilənlər arasında yer almış, daha sonra Yeddişəhər(az) əmirinin nümayəndəsi kimi ruslarla danışıqlarda iştirak etmiş və nəhayət, 1877-ci ilin ikinci yarsından sonra Rusiya İmperiyasında – Türküstan general-qubernatorun dəftərxanasında, tərcüməçi vəzifəsində çalışmış, həmçinin, rəsmi səfərlərdə Buxara əmirini müşayiət etmişdir. Rusiya İmperiyasının mülki məmur rütbələrini daşımış, o cümlədən həyatının son illərində dövlət müşaviri(ru) (rus.: статский советник) rütbəsinə malik olmuşdur, hansı ki bu general-mayor və polkovnik hərbi rütbələri arasındakı hərbi rütbəyə uyğun idi[1].
Haqqında məlumatlar
7 noyabr (26 oktyabr) 1838-ci il tarixdə Nuxada anadan olub[2].
1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda adı 35-ci sırada, vəfat etmiş praporşik Şeyxəli bəy Hacı bəy oğlunun böyük oğlu – 22 yaşlı quberniya katibi(ru) mülki məmur rütbəsini daşıyan şəxs kimi, qeyd olunub. Həmin sənəddə Zaman bəyin özünün 4 yaşlı İsa bəy və 1 yaşlı Hacıağa bəy adlı oğullarının, həmçinin, 20 yaşlı Bala bəy, 16 yaşlı Mehdi bəy, 10 yaşlı İbrahim bəy və 8 yaşlı Məhəmməd bəy adlı qardaşlarının da olduğu göstərilib[3][qeyd 1].
1860 – 1867-ci illərdə Nuxa qəza məhkəməsində katib[4][5][6][7][8][9],
1868 – 1872-ci illərdə Yelisavetpol Dairə Məhkəməsinin Nuxa barışdırıcı şöbəsində məhkəmə pristavı vəzifəsində çalışıb[10][11][12][13]
1872-cı ildən sonra xeyli qafqazlının içərisində Türkiyəyə mühacirət edib[qeyd 2].
1873 – 1874-cü illərdə qardaşı Mehdi bəy Şixəlibəyov Yelisavetpol Dairə Məhkəməsində tərcüməçi vəzifəsində çalışıb[14][15]
1874-cü ildə isə digər qardaşı praporşik İbrahim bəy Şixəlibəyov Zaqatala dairəsinin idarə aparatında tərcüməçi işləyib[16].
1874-cü ildən sonra isə çox güman ki Mehdi bəy və İbrahim bəy də Türkiyəyə mühacirət ediblər[qeyd 2].
1873 – 1875-ci illər arasında Osmanlı dövlətinin nümayəndəsi kimi İstanbuldan Şərqi Türküstana göndərilənlər arasında olmuş, 1875-ci ildə Kaşğara yetişmiş Osmanlı hərbi yardımını bütün yol boyu – İstanbuldan Kaşğaradək, müşayiət etmişdir[17].
1876-cı ilin dekabr ayı üçün Zaman bəyin adı Çindən müstəqilliyini elan etmiş Yeddişəhər (Kaşğar) dövlətinin əmiri Yaqub xanın(ru) etibarlı nümayəndəsi olaraq – “Zaman xan əfəndi” kimi çəkilir[18][qeyd 3].
1877-ci ilin ikinci yarısında Yaqub xanın öldürülməsindən və Yeddişəhər dövlətinin Çin tərəfindən tam işğal edilməsindən sonra Daşkəndə gedib.
1877 – 1900-cu illərdə Daşkənddə – Türküstan general-qubernatorunun dəftərxanasında, tərcüməçi[19], baş tərcüməçi[20] vəzifəsində çalışıb.
1877 – 1878-ci illərdə Rusiya İmperiyasının Əfqanıstandakı diplomatik heyətində yer alıb[21].
1878 – 1882-ci illərdə “Türkistan vilayətinin qəzeti”nin ədəbi əməkdaşı olub[22][qeyd 4].
1892-сi ildə Rusiya imperatoru III Aleksandrın(ru) (h.o. 1881 – 1894) dəvəti ilə Peterburqa səfər edən və sonra isə öz ölkəsinə geri dönən Buxara xanı Seyid Əbdüləhəd xanı(ru) (h.o. 1885 – 1910) bütün yol boyu müşayiət etmiş şəxslərdən biri olub (Seyid Əbdüləhəd xan geri dönərkən – 19 fevral 1893-cü il tarixdə, Bakıdan keçmiş, gecələmək üçün Bakıda Zaman bəyin həmyerlisi olan Həsən bəy Nəbibəyovun evinə düşmüşdür[23]).
1900-cü ilin iyun ayında Minvoda bir aylıq istirahətə getmiş Buxara xanı Seyid Əbdüləhəd xanı bütün istirahəti boyu müşayiət edib[24].
1900-cü il noyabr ayının 18-də (5-də) öz xahişi ilə Türküstan general-qubernator dəftərxanasının baş tərcüməçisi vəzifəsindən azad olunub[20].
Mülki rütbələri
- 1860-ci ildə quberniya katibi(ru)[4],
- 1863-cü ildə kollej katibi(ru)[6],
- 1867-ci ildə titulyar müşaviri(ru)titulyar müşaviri[9],
- 1897-сi ildə kollej müşaviri(ru) (rus.: коллежский советник) mülki məmur rütbəsinə malik olub[25],
- Daha sonra isə ona dövlət müşaviri (rus.: статский советник) mülki məmur rütbəsi verilmişdir.
Təltif və mükafatları
- 4-cü dərəcəli “George xaçı”;
- 1897-ci ildə Tunisin “Şöhrət” ordeni ilə təltif olunub[26];
- 1897-ci ildə İranın 2-ci dərəcəli “Şiri-Xurşid ordeni” ilə təltif edilməsi üçün isə Rusiya tərəfindən diplomatik təqdimat verilib[25].
Vəfatı
6 may (23 aprel) 1904-cü il tarixdə – 65 yaşında, Daşkənddə vəfat edib[2].
Digər
Oğlu İbrahim bəy Şixəlibəyov rus ordusunun poruçiki olub, Birinci Dünya müharibəsində – 25 (12) iyul 1915-ci il tarixdə, döyüşdə ağır yaralanıb və həmin yaradan da vəfat edib[27][qeyd 5].
Tanınmış müğənni və aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti Nüşabə Ələsgərli 2020-ci ilin əvvəllərində mediaya verdiyi müsahibəsində Zaman bəy Şixəlibəyovun nəslindən olduğunu iddia edib.
Qeydlər
- ↑ Lakin daha sonrakı rəsmi sənədlərdə Zaman bəyin atasının adı Şeyxəli kimi yox, “Hacı bəy” kimi, bir sənəddə isə “Hacı xan” (Генеалогическое общество Алматы,) kimi göstərilir. Şəki əyalətinin 1824-cü il kameral siyahıyaalınmasında – bəylərin siyahısında, Hacı bəy Hacı Rəsul bəy oğlu qeydə alınıb (Камералное описание, 1824) ki, bu Hacı Rəsul bəy isə çox güman ki, Hacı Çələbi xanın əmisi oğlu Şeyxəlinin oğludur. Belədirsə, deməli, Zaman bəy də Hacı Çələbi xanın əmisi oğlu Hacı Şeyxəlinin nəslindəndir.
- ↑ 2,0 2,1 Q.P.Fyodorov yazır ki,
Уроженец Нухи, Заманбек во время турецкой войны 1876 года, будучи совсем юным, эмигрировал в числе очень многих кавказцев в Турцию. Возвратиться обратно он боялся, ожидая репрессий русских властей, и остался в Константинополе со своими братьями... Султан... в числе четырех-пяти человек, отправленных в Кашгар, был и Заманбек (Фёдоров Г.П. (XXI),, с. 874). Lakin Zaman bəyin 1876-cı ildə Türkiyəyə mühacirət etməsi doğru görünmür. Çünki, o, 1875-ci ildə artıq Kaşğarda idi. Bundan başqa, Türkiyə-Rusiya müharibəsi də 1876-cı ildə başlamamışdı, 1877-ci ildə başlayıb.
- ↑ Rus səyyahı Nikolay Prjevalski(ru) (1839 – 1888) 1877-ci ildə Şərqi Türküstandakı Robnor gölü istiqamətində səyahətə başlayarkən ilk dəfə 13 – 16 (1 – 4) may tarixləri arasında Yaqub xanın nümayəndəsi olan Zaman bəylə qarşılaşıb (Пржевальский Н.М., 1947, с. 5). Zəkəriyyə Əlizadənin məqaləsində isə göstərilir ki, 8 iyun 1872-ci il tarixdə Zaman bəy Yeddişəhər dövləti ilə Rusiya İmperiyası arasında bağlanmış 5 bəndlik ticarət sazişinin hazırlanmasında və ruslarla danışıqlarda iştirak etmişdir (Əlizadə Z., 7 iyun 2014, s. 24 – 25). Əgər 1872-ci il tarixi doğrudursa, onda, deməli, Zaman bəy 1872-ci ilədək Türküyədən Kaşğara gəlib? Ola bilər ki, söhbət 1872-ci ildən yox, əslində 1877-ci ilin əvvəllərindən gedir. Belə ki, 1876-cı ilin sonu, 1877-ci ilin əvvəllərində Rusiya İmperiyası ilə Yeddişəhər dövləti arasında danışıqlar aparılmış, Zaman bəy də danışıqlarda Yeddişəhər dövlətini təmsil etmişdir (Куропаткин А.Н., 1879, с. 10 – 13).
- ↑ Özbək və qazax dillərində ilk qəzet olan “Türkistan vilayətinin qəzeti” (özb.: “Turkiston viloyatining gazeti”(uz); qaz.: “Түркістан уәлаятының газеті”(kk)) Türküstan general-qubernatorluğu dəftərxanasının rusca rəsmi “Turkestanskiye vedomosti” (rus.: «Туркестанские ведомости») qəzetinə əlavə olaraq 1870 – 1882-ci illərdə Daşkənddə çap olunub. Qəzet həftədə iki dəfə qazax, iki dəfə isə özbək dilində çıxırdı. Qəzetdə əsasən rus dilindən tərcümələr dərc olunurdu. Qazax dilində məqalələri redaktor Şahmərdan İbrahimov və yanındakı ədəbi işçilər – Zaman bəy Şixəlibəyov, Yusup Qazıbəyov, Hasan Janışevtar hazırlayırdılar. Qazax versiyasının hazırlanmasında əsas işi bu dörd nəfər görmüşdür («Түркістан уалаятының газетінде»,, s. 122 – 123).
- ↑
- 1.) 1860-cı ildə tərtib edilmiş 1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda Zaman bəyin 10 yaşlı İbrahim bəy adlı qardaşının da olduğu göstərilib.
- 2.) Eyni tarixdə Nuxadan olan kornet Məhəmməd Nəbibəyov da ağır yaralanmışdır və Kiyev xəstəxanasında müalicə olunurdu («Русское слово», 12 июль 1915).
İstinadlar
- ↑ Генеалогическое общество Алматы.
- ↑ 2,0 2,1 Tahirzade A., 2016, Aralıq.
- ↑ Список беков и чиновников мусульманского вероисповедения гор. Нухи, 1860.
- ↑ 4,0 4,1 Кавказский календарь,, 1860, Отд. V.
- ↑ Кавказский календарь,, 1861.
- ↑ 6,0 6,1 Кавказский календарь,, 1863.
- ↑ Кавказский календарь,, 1864.
- ↑ Кавказский календарь,, 1865.
- ↑ 9,0 9,1 Кавказский календарь,, 1866.
- ↑ Кавказский календарь,, 1868.
- ↑ Кавказский календарь,, 1869.
- ↑ Кавказский календарь,, 1871.
- ↑ Кавказский календарь,, 1872.
- ↑ Кавказский календарь,, 1873.
- ↑ Кавказский календарь,, 1874.
- ↑ Кавказский календарь,, 1874.
- ↑ Əlizadə Z., 7 iyun 2014.
- ↑ Куропаткин А.Н., 1879.
- ↑ Фёдоров Г.П. (XXI), .
- ↑ 20,0 20,1 Офицеры РИА, 1900.
- ↑ Пржевальский Н.М., 1947.
- ↑ Assanova B.S., 2018.
- ↑ Наш Баку.
- ↑ Абдирашидов Д., 2011.
- ↑ 25,0 25,1 Россия и Палестина, 2018.
- ↑ Абдирашидов Д., 2011.
- ↑ «Русское слово», 12 июль 1915.
Ədəbiyyat
- Генеалогическое общество Алматы. "Служащие (чиновники) Семиреченской области". https://genealogiya.kz/ (русский). Генеалогическое общество Алматы. 20 Oct 2020 tarixində arxivləşdirilib.
- Tahirzade A. Sultan Abdulaziz'in Doğu Türkistan-Kaşğar Hanliği'na gönderdigi subay (türk.) // Türkçe Tarih : dergi. — 2016, Aralıq. — № 2.
- Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı = Список беков и чиновников мусульманского вероисповедения гор. Нухи. — Azərbaycan Respublikası Dövlət Tarix arxivi, fond 10, op. 1, s/v 79, 1860.
- Составленоно капитаном Харченновым и поручиком Скоржинским Камералное описание жителей города Нухи и Шекинской провинции. — Dövlət Tarix Arxivi, fond 24; Опис №1, № 162,, 1824.
- Переход к указанной странице // Кавказский календарь на 1861 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1860. — С. 21 (Отд. V). Архивировано 13 Mar 2017 - 3 Dec 2019.
- Переход к указанной странице // Кавказский календарь на 1862 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1861. — С. 347. Архивировано 13 Mar 2017 - 3 Dec 2019.
- Переход к указанной странице // Кавказский календарь на 1864 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1863. — С. 319. Архивировано 13 Mar 2017 - 3 Dec 2019.
- Переход к указанной странице // Кавказский календарь на 1865 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1864. — С. 24 (on-line 340). Архивировано 7 Nov 2016 - 20 Oct 2020.
- Переход к указанной странице // Кавказский календарь на 1866 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1865. — С. 27 (on-line 414). Архивировано 4 Mar 2016 - 3 Dec 2019.
- Переход к указанной странице // Кавказский календарь на 1867 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1866. — С. 29 (on-line 491). Архивировано 8 Oct 2016 - 3 Dec 2019.
- Переход к указанной странице // Кавказский календарь на 1869 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1868. — С. 36 (on-line514). Архивировано 7 Nov 2016 - 3 Dec 2019.
- Переход к указанной странице // Кавказский календарь на 1870 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1869. — С. 40 (on-line 536). Архивировано 7 Nov 2016 - 16 Nov 2020.
- Переход к указанной странице // Кавказский календарь на 1872 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1871. — С. 51 (on-line 523). Архивировано 7 Nov 2016 - 27 Jun 2020.
- Переход к указанной странице // Кавказский календарь на 1873 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1872. — С. 52 (on-line 523). Архивировано 7 Nov 2016 - 3 Dec 2019.
- Фёдоров Г.П. (XXI). "Моя служба в Туркестанском крае (1870 – 1910 года)/Часть двадцать первая". https://mytashkent.uz/ (русский). mytashkent.uz. 13 Sep 2016 – 23 Oct 2020 tarixində arxivləşdirilib. (#redundant_parameters)
- Переход к указанной странице // Кавказский календарь на 1874 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1873. — С. 51 (on-line 323). Архивировано 7 Nov 2016 - 14 Jan 2021.
- Переход к указанной странице // Кавказский календарь на 1875 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1874. — С. 40 (on-line 365). Архивировано 7 Nov 2016 - 3 Dec 2019.
- Переход к указанной странице // Кавказский календарь на 1875 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1874. — С. 141 (on-line 466). Архивировано 7 Nov 2016 - 3 Dec 2019.