Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Zaman bəy Şeyxəlibəyov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Zaman bəy Şeyxəlibəyov (Şixəlibəyov)
Şeyxəlibəyov Zaman bəy Şeyxəli bəy oğlu
rus.: Заманбек Шихалибеков
Zaman bəy Şeyxəlibəyov (Şixəlibəyov)
Zaman bəy Şeyxəlibəyov.
Doğum tarixi 7 noyabr 1838(1838-11-07) (26 oktyabr)
Doğum yeri Nuxa, Şəki əyaləti, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 6 may 1904 (65 yaşında) (23 aprel)
Vəfat yeri Daşkənd, Türküstan ölkəsi, Flag of Russia.svg Rusiya İmperiyası
Uşaqları İsa bəy (1856–?), Hacıağa bəy (1859–?) İbrahim bəy (?–1915)
Mükafatları RUS Imperial Order of Saint George ribbon.svg Şöhrət ordeni komandoru

Zaman bəy Şeyxəlibəyov (1838–1904) — XIX əsrin ikinci yarısında Şərqi Türküstanda/Qərbi Çində və Mərkəzi Asiyada fəaliyyət göstərmiş məşhur diplomat, dövlət xadimi və tərcüməçi. Müxtəlif illərdə dörd dövlətə xidmət etmişdir. 1877-ci ilin ikinci yarsından sonra Rusiya İmperiyasında – Türküstan general-qubernatorun dəftərxanasında, əvvəl tərcüməçi, sonra baş tərcüməçi vəzifəsində çalışmış, həyatının son illərində Rusiya İmperiyasının dövlət müşaviri(ru) (rus.: статский советник) mülki rütbəsinə malik olmuşdur[1], hansı ki bu mülki rütbə general-mayor və polkovnik hərbi rütbələri arasındakı şərti hərbi rütbəyə uyğun idi.

Həyat və fəaliyyəti[redaktə | HTML redaktə]

7 noyabr (26 oktyabr) 1838-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub[2].

Nuxada[redaktə | HTML redaktə]

1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda adı 35-ci sırada – 22 yaşlı quberniya katibi(ru) mülki məmur rütbəsini daşıyan şəxs kimi, qeyd edilib[3][qeyd 1].

1860 – 1867-ci illərdə Nuxa qəza məhkəməsində katib[4][5][6][7][8][9],

1868 – 1872-ci illərdə Yelisavetpol Dairə Məhkəməsinin Nuxa barışdırıcı şöbəsində məhkəmə icraçısı (rus.: судебный пристав) vəzifəsində çalışıb[10][11][12][13].

İstanbulda[redaktə | HTML redaktə]

1872-cı ildən sonra xeyli qafqazlının içərisində Türkiyəyə mühacirət edib[qeyd 2].

1873 – 1875-ci illər arasında Osmanlı dövlətinin nümayəndəsi kimi İstanbuldan Şərqi Türküstana göndərilən rəsmi nümayəndələr arasında olmuş, 1875-ci ildə Kaşğara yetişmiş Osmanlı hərbi yardımını bütün yol boyu – İstanbuldan Kaşğaradək, müşayiət etmişdir[14].

Yeddişəhərdə (Kaşğarda)[redaktə | HTML redaktə]

1876-cı ilin dekabr ayı üçün Zaman bəyin adı Çindən müstəqilliyini elan etmiş Yeddişəhər (Kaşğar) dövlətinin əmiri Yaqub xanın(ru) etibarlı nümayəndəsi olaraq – “Zaman xan əfəndi” kimi çəkilir[15][qeyd 3].

1877-сi ildə məşhur rus səyyahı və coğrafiyaşünası Nikolay Prijevalskiy Şərqi Türküstana etdiyi səyahətində qarşılaşdığı Zaman bəydən öz gündəliyində dəfələrlə bəhs etmiş, həmçinin, geri dönərkən Zaman bəyə səmimi təşəkkür məktubu yazdığını da gündəliyində qeyd etmiş və səyahətinin uğurla başa çatmasında Zaman bəyin xüsusi rolunu vurğulamışdır[16].

1877-ci ilin sonunda Yaqub xanın ölümündən və Yeddişəhər dövlətinin Çin tərəfindən tam işğal edilməsindən sonra Zaman bəy Daşkəndə gedib.

Daşkənddə[redaktə | HTML redaktə]

1877 – 1900-cu illərdə Daşkənddə – Türküstan general-qubernatorunun dəftərxanasında əvvəl tərcüməçi[17], sonra baş tərcüməçi[1] vəzifəsində çalışıb.

1900-cü il noyabr ayının 18-də (5-də) öz xahişi ilə Türküstan general-qubernator dəftərxanasının baş tərcüməçisi vəzifəsindən azad olunub[1].

Daşkənddə işləyərkən diplomatik səfərlərdə iştirak etməsi[redaktə | HTML redaktə]

1877 – 1878-ci illərdə Rusiya İmperiyasının Əfqanıstandakı diplomatik heyətində yer alıb[18].

Sağdan birinci Zaman bəy, mərkəzdə Buxara xanı.
Sağdan birinci Zaman bəy, mərkəzdə Buxara xanı, 1896-cı il, Moskva.

1892-сi ildə Rusiya imperatoru III Aleksandrın(ru) (h.o. 1881 – 1894) dəvəti ilə Peterburqa səfər edən və sonra isə öz ölkəsinə geri dönən Buxara xanı Seyid Əbdüləhəd xanı(ru) (h.o. 1885 – 1910) bütün yol boyu müşayiət etmiş şəxslərdən biri olub (Seyid Əbdüləhəd xan geri dönərkən – 19 fevral 1893-cü il tarixdə, Bakıdan keçmiş, gecələmək üçün Bakıda Zaman bəyin həmyerlisi olan Həsən bəy Nəbibəyovun evinə düşmüşdür[19]).

1900-cü ilin iyun ayında Minvoda bir aylıq istirahətə getmiş Buxara xanı Seyid Əbdüləhəd xanı bütün istirahəti boyu müşayiət edib[20].

Daşkənddə işləyərkən qəzetdə fəaliyyəti[redaktə | HTML redaktə]

1878 – 1882-ci illərdə “Türkistan vilayətinin qəzeti”nin ədəbi əməkdaşı olub[21][qeyd 4].

Mülki rütbələri[redaktə | HTML redaktə]

1860-ci ildə quberniya katibi(ru)[4],

1863-cü ildə kollej katibi(ru)[6],

1867-ci ildə titulyar müşaviri(ru)[9],

1897-сi ildə kollej müşaviri(ru) rütbəsinə malik olub[22].

Daha sonra isə ona dövlət müşaviri(ru) (rus.: статский советник) rütbəsi verilib[1].

Təltif və mükafatları[redaktə | HTML redaktə]

  • 4-cü dərəcəli Georgiyev xaçı[qeyd 5];
  • Tunisin “Şöhrət” ordeni (1897)[23].

Həmçinin, 1897-ci ildə İranın 2-ci dərəcəli “Şiri-Xurşid” ordeni ilə təltif edilməsi üçün isə Rusiya tərəfindən diplomatik təqdimat verilib[22].

Görünüşü[redaktə | HTML redaktə]

Nikolay Prijevalskiy Zaman bəyi belə təsvir edir: “Görünüşünə görə kök, orta boylu, qarayanız, iri burunlu; təxminən 40 yaşında[24].

Vəfatı[redaktə | HTML redaktə]

6 may (23 aprel) 1904-cü il tarixdə – 65 yaşında, Daşkənddə vəfat edib[2].

Ailəsi[redaktə | HTML redaktə]

1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nın bir səhifəsi.

Atası[redaktə | HTML redaktə]

1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda atası praporşik Şeyxəli bəy Hacı bəy oğlu vəfat etmiş şəxs kimi qeyd edilsə də[25], 1866–1880-ci illərdə tərtib edilmiş “Qazıxana dəftəri”ndə onun 1869-cu ilin mart ayının 21-i tarixdə sağ olması və həmin vaxt oğlu Zaman bəyin kəbini kəsilərkən oğlunun vəkili olması göstərilib[26].

Qardaşları[redaktə | HTML redaktə]

Bala bəy; 1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda 20 yaşlı şəxs kimi qeydə alınıb[3].

Mehdi bəy bəy; 1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda 16 yaşlı şəxs olaraq qeydə alınıb[25]. 1866–1880-ci illərdə tərtib edilmiş “Qazıxana dəftəri”ndə onun 1 noyabr 1870-ci il tarixdə Abdulla İbrahim oğlunun qızı Əfruzla evlənməsi qeydə alınıb[27]. Mehdi bəy 1873–1874-cü illərdə Yelisavetpol Dairə Məhkəməsində tərcüməçi vəzifəsində çalışmışdır[28][29]. 11 sentyabr 1874-cü il tarixdə – 30 yaşında, uzun sürən xəstəlikdən sonra Nuxada vəfat edib[30].

İbrahim bəy; 1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda 10 yaşlı şəxs olaraq qeydə alınıb[25]. 1866–1880-ci illərdə tərtib edilmiş “Qazıxana dəftəri”ndə onun 7 noyabr 1871-ci il tarixdə Mustafa bəy Hacı Şəmsəddin bəy oğlunun qızı Ballı bəyimlə evlənməsi qeydə alınıb[31]. 1 noyabr 1870-ci il tarixdə qardaşı Mehdi bəyin kəbin mərasimində qardaşının vəkili kimi iştirak edib[27]. İbrahim bəy 1874-cü ildə Zaqatala dairəsinin idarə aparatında tərcüməçi işləyirdi[32]. 19 avqust 1876-cı il tarixdə – 26 yaşında, uzun sürən xəstəlikdən sonra Nuxada vəfat edib[33].

Məhəmməd bəy; 1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda 8 yaşlı şəxs olaraq qeydə alınıb[25]. 23 noyabr 1871-ci il tarixdə qardaşı İbrahim bəyin kəbin mərasimində qardaşının vəkili kimi iştirak edib[31].

Arvadı[redaktə | HTML redaktə]

Zaman bəy azı iki dəfə evlənsə də mənbələrdə onun yalnız bir nikahı haqqında məlumat var. O, 21 mart 1869-cu il tarixdə sabiq Şəki xanları İsmayıl xanın qızı və Məhəmmədhəsən xanın qız nəvəsi Səkinə bəyimlə evlənib[qeyd 6]. Səkinə bəyim Zaman bəydən 20 yaş böyük idi və bu evlilik 9 ildən çox davam etməmişdir[qeyd 7].

Övladları[redaktə | HTML redaktə]

1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda Zaman bəyin 4 yaşlı İsa bəy və 1 yaşlı Hacıağa bəy adlı oğullarının adları qeyd edilib.

1876-cı ildə vəfat etmiş qardaşı İbrahim bəyin adını verdiyi oğlu İbrahim bəy Şeyxəlibəyov rus ordusunun poruçiki olub, Birinci Dünya müharibəsində – 25 (12) iyul 1915-ci il tarixdə, döyüşdə ağır yaralanıb və həmin yaradan da vəfat edib[34].

Həyat və fəaliyyətinin öyrənilməsi[redaktə | HTML redaktə]

19-cu əsrin 4-cü rübündən etibarən Rusiyanın Şərq tarixçiləri Zaman bəyin özü haqqında, onun səyahətlərdə və diplomatik danışıqlarda ruslara köməyi haqqında kifayət qədər məlumatlı olublar[35]. Azərbaycanda isə Zaman bəy Şeyxəlibəyovun həyat və fəaliyyətinin araşdırılmasına çox gec başlanılmışdır; ilk elmi-publisistik məqaləni 2014-cü ildə geologiya-mineralogiya elmləri doktoru, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru Zəkəriyyə Əlizadə (1936-2016) tarixi ədəbiyyata, professor Ədalət Tahirzadənin ona təqdim etdiyi arxiv sənədlərinə istinadla yazıb. Bundan sonra Rusiyada yaşayan tarixçi-tədqiqatçı Eldar İsmayılov Moskva arxivlərindən Zaman bəy Şeyxəlibəyovun şəxsi işini tapıb və həmin işin surətini Zəkəriyyə Əlizadəyə göndərib. Lakin 2016-cı ildə Zəkəriyyə Əlizadənin vəfatından sonra Eldar İsmayılovun ona göndərdiyi Zaman bəy Şeyxəlibəyovla bağlı materiallar da itib. Həmin şəxsi işdən yalnız Zaman bəyin təvəllüd və ölüm tarixləri məlumdur ki, hansı ki Ədalət Tahirzadə 2016-cı ildə “Tarix” dərgisində (İstanbul Universitetinin nəşri) türkcə dərc olunmuş “Sultan Əbdüləzizin Şərqi Türküstan-Kaşğar Xanlığına göndərdiyi zabit” adlı məqaləsində bu şəxsi işə istinad edərək Zaman bəyin təvəllüd və ölüm tarixlərini göstərmişdir. Zəkəriyyə Əlizadədən və Ədalət Tahirzadən sonra Azərbaycanda Zaman bəyin həyat və fəaliyyətini bir də 2020-ci ildə Aydın Məmmədov tədqiq etmişdir. Həmin ildə onun “Şəkinin tanımadığımız məşhuru – Zaman bəy Şeyxəlibəyov” adlı məqaləsi “Mədəniyyət” qəzetində çap olunmaqla yanaşı, o, Vikipediyanın rusca böməsində, həmçinin özünün Şəki Ensiklopediyasında da Zaman bəy Şeyxəlibəyov haqqında məqalə hazırlamışdır.

Qeydlər[redaktə | HTML redaktə]

  1. Lakin daha sonrakı bəzi rəsmi sənədlərdə Zaman bəyin atasının adı Şeyxəli kimi yox, “Hacı bəy” kimi, bir sənəddə isə “Hacı xan” (Генеалогическое общество Алматы,) kimi göstərilir... Şəki əyalətinin 1824-cü il kameral siyahıyaalınmasında – bəylərin siyahısında, Hacı bəy Hacı Rəsul bəy oğlu qeydə alınıb (Камералное описание, 1824) ki, bu Hacı Rəsul bəy isə çox güman ki, Hacı Çələbi xanın əmisi oğlu Şeyxəlinin oğludur. Belədirsə, deməli, Zaman bəy də Hacı Çələbi xanın əmisi oğlu Hacı Şeyxəlinin nəslindəndir.
  2. Q.P.Fyodorov yazır ki,
    " Уроженец Нухи, Заманбек во время турецкой войны 1876 года, будучи совсем юным, эмигрировал в числе очень многих кавказцев в Турцию. Возвратиться обратно он боялся, ожидая репрессий русских властей, и остался в Константинополе со своими братьями... Султан... в числе четырех-пяти человек, отправленных в Кашгар, был и Заманбек (Фёдоров Г.П. (XXI), 2013). "

    Lakin Zaman bəyin 1876-cı ildə Türkiyəyə mühacirət etməsi doğru görünmür. Çünki, o, 1875-ci ildə artıq Kaşğarda idi. Bundan başqa, Türkiyə-Rusiya müharibəsi də 1876-cı ildə başlamamışdı, 1877-ci ildə başlayıb.

  3. Rus səyyahı Nikolay Prjevalski(ru) (1839 – 1888) 1877-ci ildə Şərqi Türküstandakı Robnor gölü istiqamətində səyahətə başlayarkən ilk dəfə 13 – 16 (1 – 4) may tarixləri arasında Yaqub xanın nümayəndəsi olan Zaman bəylə qarşılaşıb (Пржевальский Н.М., 1947). Zəkəriyyə Əlizadənin məqaləsində isə göstərilir ki, 8 iyun 1872-ci il tarixdə Zaman bəy Yeddişəhər dövləti ilə Rusiya İmperiyası arasında bağlanmış 5 bəndlik ticarət sazişinin hazırlanmasında və ruslarla danışıqlarda iştirak etmişdir (Əlizadə Z., 2014). Əgər 1872-ci il tarixi doğrudursa, onda, deməli, Zaman bəy 1872-ci ilədək Türküyədən Kaşğara gəlib? Ola bilər ki, söhbət 1872-ci ildən yox, əslində 1877-ci ilin əvvəllərindən gedir. Belə ki, 1876-cı ilin sonu, 1877-ci ilin əvvəllərində Rusiya İmperiyası ilə Yeddişəhər dövləti arasında danışıqlar aparılmış, Zaman bəy də danışıqlarda Yeddişəhər dövlətini təmsil etmişdir (Куропаткин А.Н., 1879).
  4. Özbək və qazax dillərində ilk qəzet olan “Türkistan vilayətinin qəzeti” (özb.: “Turkiston viloyatining gazeti”(uz); qaz.: “Түркістан уәлаятының газеті”(kk)) Türküstan general-qubernatorluğu dəftərxanasının rusca rəsmi “Turkestanskiye vedomosti” (rus.: «Туркестанские ведомости») qəzetinə əlavə olaraq 1870 – 1882-ci illərdə Daşkənddə çap olunub. Qəzet həftədə iki dəfə qazax, iki dəfə isə özbək dilində çıxırdı. Qəzetdə əsasən rus dilindən tərcümələr dərc olunurdu. Qazax dilində məqalələri redaktor Şahmərdan İbrahimov və yanındakı ədəbi işçilər – Zaman bəy Şeyxəlibəyov, Yusup Qazıbəyov, Hasan Janışevtar hazırlayırdılar. Qazax versiyasının hazırlanmasında əsas işi bu dörd nəfər görmüşdür («Түркістан уалаятының газетінде»,).
  5. Zaman bəyin fotoşəkilinə əsasən onun 4-cü dərəcəli Georgiyev xaçı ilə təltif olunduğunu güman etmək olar; belə ki sinəsindəki nişanlardan biri Georgiyev xaçına çox bənzəyir.
  6. “Qazıxana dəftəri”ndə Səkinə bəyim Məhəmmədhəsən xanın qızı kimi təqdim olunur (Qazıxana dəftəri (2), 2008) və (Qazıxana dəftəri (3), 2008). Əslində isə o, Məhəmmədhəsən xanın qız nəvəsi olmaqla Şəki xanı İsmayıl (?–1819) xanın qızıdır və İsmayıl xanın qızı Səkinə bəyimin Zaman bəyə ərə getməsi barədə Hacı Seyid Əbdülhəmiddə də məlumat var (ŞXT-1958, 1958).
  7. 13 mart 1878-ci ildə Səkinə bəyim Mirzə bəy Sultanovun oğlu Həsən xanla ailə qurub (Qazıxana dəftəri-5, 2008).

İstinadlar[redaktə | HTML redaktə]

  1. 1,0 1,1 1,2 1,3 Офицеры РИА.
  2. 2,0 2,1 Tahirzade A., 2016.
  3. 3,0 3,1 Список беков и чиновников мусульманского вероисповедения гор. Нухи, 1860.
  4. 4,0 4,1 Кавказский календарь, 1860, Отд. V, с. 21.
  5. Кавказский календарь, 1861, с. 347.
  6. 6,0 6,1 Кавказский календарь, 1863, с. 319.
  7. Кавказский календарь, 1864, с. 24 (on-line 340).
  8. Кавказский календарь, 1865, с. 27 (on-line 414).
  9. 9,0 9,1 Кавказский календарь, 1866, с. 29 (on-line 491).
  10. Кавказский календарь, 1868, с. 36 (on-line 514).
  11. Кавказский календарь, 1869, с. 40 (on-line 536).
  12. Кавказский календарь, 1871, с. 51 (on-line 523).
  13. Кавказский календарь, 1872, с. 52 (on-line 523).
  14. Əlizadə Z., 2014.
  15. Куропаткин А.Н., 1879, с. 7.
  16. Пржевальский Н.М., 1947, с. 139 (прм. 18).
  17. Фёдоров Г.П. (XXI), 2013, с. 875.
  18. Пржевальский Н.М., 1947, с. 138.
  19. Наш Баку.
  20. Абдирашидов Д., 2011, с. 121.
  21. Assanova B.S., 2018, с. 10.
  22. 22,0 22,1 Россия и Палестина, 2018, с. 200.
  23. Абдирашидов Д., 2011, с. 105.
  24. Хмельницкий С.И., 1950, с. 194.
  25. 25,0 25,1 25,2 25,3 Список беков и чиновников мусульманского вероисповедения гор. Нухи, 1860, ряд: 35.
  26. Qazıxana dəftəri-1, 2008, s. 151.
  27. 27,0 27,1 Qazıxana dəftəri-6, 2008, s. 143.
  28. Кавказский календарь, 1873, с. 51 (on-line 323).
  29. Кавказский календарь, 1874, с. 40 (on-line 365).
  30. Qazıxana dəftəri-4, 2008, s. 41.
  31. 31,0 31,1 Qazıxana dəftəri-2, 2008, s. 138.
  32. Кавказский календарь, 1874, с. 141 (on-line 466).
  33. Qazıxana dəftəri-3, 2008, s. 49.
  34. «Русское слово», 12 июль 1915.
  35. Пржевальский Н.М., 1947, с. 138 (прм. 18).

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Высочайшие приказы, текстовая версия, 1900, ноябрь : Ноября 5-го дня, в Ливадии. : [arx. 21 Apr 2019 - 30 Dec 2019] : [rus.] // Офицеры русской императорской армии. — 1900. — 27 сентября. — Müraciət tarixi: 06.05.2022.
  2. Tahirzade A. Sultan Abdulaziz'in Doğu Türkistan-Kaşğar Hanliği'na gönderdigi subay (türk.) // Türkçe Tarih : dergi. — 2016. — В. Aralıq. — № 2.
  3. Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı = Список беков и чиновников мусульманского вероисповедения гор. Нухи. — Azərbaycan Respublikası Dövlət Tarix arxivi, fond 10, op. 1, s/v 79, 1860.
  4. Служащие (чиновники) Семиреченской области : [arx. 20.10.2020] : [rus.] // Генеалогическое общество Алматы. — Müraciət tarixi: 06.05.2022.
  5. Составленоно капитаном Харченновым и поручиком Скоржинским Камералное описание жителей города Нухи и Шекинской провинции. — Dövlət Tarix Arxivi, fond 24; Опис №1, № 162, 1824.
  6. Переход к указанной странице // Кавказский календарь на 1861 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1860. — С. 21 (Отд. V). Архивировано 13 Mar 2017 - 3 Dec 2019.
  7. Переход к указанной странице // Кавказский календарь на 1862 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1861. — С. 347. Архивировано 13 Mar 2017 - 3 Dec 2019.
  8. Переход к указанной странице // Кавказский календарь на 1864 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1863. — С. 319. Архивировано 13 Mar 2017 - 3 Dec 2019.
  9. Переход к указанной странице // Кавказский календарь на 1865 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1864. — С. 24 (on-line 340). Архивировано 7 Nov 2016 - 20 Oct 2020.
  10. Переход к указанной странице // Кавказский календарь на 1866 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1865. — С. 27 (on-line 414). Архивировано 4 Mar 2016 - 3 Dec 2019.
  11. Переход к указанной странице // Кавказский календарь на 1867 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1866. — С. 29 (on-line 491). Архивировано 8 Oct 2016 - 3 Dec 2019.
  12. Переход к указанной странице // Кавказский календарь на 1869 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1868. — С. 36 (on-line514). Архивировано 7 Nov 2016 - 3 Dec 2019.
  13. Переход к указанной странице // Кавказский календарь на 1870 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1869. — С. 40 (on-line 536). Архивировано 7 Nov 2016 - 16 Nov 2020.
  14. Переход к указанной странице // Кавказский календарь на 1872 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1871. — С. 51 (on-line 523). Архивировано 7 Nov 2016 - 27 Jun 2020.
  15. Переход к указанной странице // Кавказский календарь на 1873 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1872. — С. 52 (on-line 523). Архивировано 7 Nov 2016 - 3 Dec 2019.
  16. Фёдоров Г.П. Моя служба в Туркестанском крае (1870 – 1910 года). Часть двадцать первая (rus.). https://mytashkent.uz/ (2013). Müraciət tarixi: 6 may 2022. Arxivləşdirilib (13 Sep 2016 - 23 Oct 2020).
  17. Переход к указанной странице // Кавказский календарь на 1874 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1873. — С. 51 (on-line 323). Архивировано 7 Nov 2016 - 14 Jan 2021.
  18. Переход к указанной странице // Кавказский календарь на 1875 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1874. — С. 40 (on-line 365). Архивировано 7 Nov 2016 - 3 Dec 2019.
    Переход к указанной странице // Кавказский календарь на 1875 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1874. — С. 141 (on-line 466). Архивировано 7 Nov 2016 - 3 Dec 2019.
  19. Əlizadə Z. Prjevalskinin borclu olduğu şəkili – Zaman bəy Şıxəlibəyov (azərb.) // 525-ci qəzet : qəzet. — 2014. — В. 7 iyun. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 dekabr 2020.
  20. Куропаткин А.Н. Кашгария. Историко-географический очерк страны, ее военные силы, промышленность и торговля. — 1879 Arxivləşdirilib; arxivləşdirmə tarixi: 17 May 2017 - 6 Aug 2020.
  21. Пржевальский Н.М. От Кульджи за Тянь-Шань и на Лоб-Нор / под ред. и со вступительной статьей Э.М. Мурзаева. — Москва: ОГИЗ Государственное издательство географической литературы, 1947. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 14 yanvar 2022.
  22. Assanova B.S. Қазақ мерзімді баспасөзінің қалыптасуы мен дамуының мерзімді басылымдардың рөлі (kaz) // Хабаршы Вестник Bulletin («tарих және саяси-әлеуметтік ғылымдар» сериясы) / Абай атындағы Қазақ ұлттық педагогикалық университеті. — Алматы, 2018. — № 2 (57). — Səh. 10. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 31 dekabr 2020.
  23. «Түркістан уалаятының газетінде» публицистиканың қалыптасуы // Қазақ публицистикасының баспасөз бетінде қалыптасуы. — Səh.: 122 – 123. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 Apr 2020 - 20 Jun 2020.
  24. Наш Баку. "Визиты эмира бухарского Сеид Абдул-Ахат Бухадур-хана в Баку (1892, 1893г.г.)". https://www.ourbaku.com/ (русский). 21 Oct 2020 tarixində arxivləşdirilib.
  25. Абдирашидов Д. Аннотированная библиография туркестанских материалов в газете «Таржумāн» (1883 – 1917) // CERS : jurnal. — 2011. — № 5. — ISBN 978-4-904039-29-08. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 31 dekabr 2020.
  26. Россия и Палестина: научные и культурные связы. — Сант-Петербург, 2018. — ISBN 978-5-336-00236-2. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 noyabr 2019.
  27. Сведения об убитых и раненых в ПМВ офицерах... (rus.) // Русское слово : газета. — 12 июль 1915. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 May 2019 - 6 Jun 2020.
  28. Teymurqızı T. (16/04/20). "Vətən mənim içimdədir". https://azadaz.com/ (azərb.). Azadaz.com. 26 Dec 2020 tarixində arxivləşdirilib.
  1. Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — Səh.: 151. — 200 nüsx.
    Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — Səh.: 138. — 200 nüsx.
    Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — Səh.: 49. — 200 nüsx.
    Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — Səh.: 151. — 200 nüsx.
    Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — Səh.: 102. — 200 nüsx.
    Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — Səh.: 41. — 200 nüsx.
    Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — Səh.: 102. — 200 nüsx.
    Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — Səh.: 142. — 200 nüsx.
  2. Хмельницкий С.И. Николай Михайлович Пржевальский (1839-1888). — Ленинград: Молодая гвардия, 1950. — 50.000 nüsx.
  3. İstinad edilən səhifə // Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı:  68. — Səh.: 31.
  1. http://www.iuhrdf.org/tr/2017/02/04/osmanli-devletinin-dogu-turkistana-yardimi-ve-cin-isgali/
  1. https://www.iyigunler.net/sultan-abdulhamid-han-ve-dogu-turkistan-makale,2407.html
  1. http://isamveri.org/pdfsbv/D00120/1983-1987_13/1983-1987_13_HALACOGLUY.pdf
  1. https://dergipark.org.tr/tr/download/article-file/2134771