Rəsul Rəsullu
Rəsul Rəsullu | |
---|---|
Rəsullu Rəsul Yusif oğlu | |
Rəsul Rəsullu | |
Rəsul Rəsullu | |
Doğum tarixi | 1908 |
Doğum yeri | Nuxa |
Vəfat tarixi | 1962 |
Vəfat yeri | Bakı |
Elmi dərəcəsi | filologiya elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
Bakı Pedaqoji Texnikumu (1924 – 1927) Azərbaycan Pedaqoji İnstitutu (1936 – 1940) |
Mükafatları |
|
Rəsul Rəsullu (1908 – 1962) — filologiya elmləri namizədi, Azərbaycan SSR əməkdar müəllimi, “İpəkçi” qəzetinin ilk redaktoru[qeyd 1], Nuxa İkiillik Müəllimlər İnstitutunun birinci və sonuncu direktoru. Bəzi məlumatlara əsasən bir müddət “Şəki fəhləsi” qəzetinin də redaktoru olmuşdur[qeyd 2]. Həyatının son illərində V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutun Azərbaycan ədəbiyyatı kafedrasında dosent vəzifəsində çalışıb.
Haqqında məlumatlar
1908-ci ildə Nuxada fəhlə ailəsində anadan olub.
Təhsili
1921 – 1924-cü illərdə Nuxada orta məktəbdə,
1924 – 1927-ci illərdə Bakı Pedaqoji Texnikumunda,
1936 – 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1927 – 1929-cu illərdə Zaqatala qəzasının İlisu kəndində müəllim,
1929 – 1930-cu illərdə Zaqatala-Şəki mahalı maarif şöbəsində inspektor vəzifəsində çalışıb.
1931 – 1936-cı illərdə Nuxadakı bir çox məktəb və texnikumlarda müəllimlik etməklə yanaşı,
1933 – 1934-cü illərdə həm də “İpəkçi” qəzetinin redaktoru olub.
1940 – 1953-cü illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunun direktoru,
1953 – 1958-cu illərdə Həsən bəy Zərdabi adına Pedaqoji İnstitutun (Kirovabad) Azərbaycan ədəbiyyatı kafedrasında dosent,
1958 – 1959-cu illərdə isə V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutun (Bakı) Azərbaycan ədəbiyyatı kafedrasında dosent vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1945-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuş “Ölməz sənətkar” adlı monoqrafiyanın və onlarla elmi məqalənin müəllifidir.
Digər
1925 – 1926-cı illərdə “R.R.” ədəbi imzası ilə “Şəki fəhləsi” qəzetində məqalələri dərc olunub.
Nuxa İkiillik Müəllimlər İnstitutunun direktoru vəzifəsində işləyərkən – 1943-cü ilin yanvar ayında, aylıq maaşının 10 faizini müharibə qurtaranadək döyüş maşınlarının düzəldilməsi nəfinə vermək niyyətində olduğunu bəyan etmiş, digər ali məktəb rektorlarını da bu cür hərəkət etməyə çağırmışdı[qeyd 3].
1947-ci ildə Nuxa şəhər üçüncü seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı (1942);
- “Əməkdə fərqlənməyə görə” medalı (1944);
- “Qafqazın müdafiəsinə görə” medalı (1945).
Qeydlər
- ↑ “İpəkçi” qəzetinin 1933–1934-cü illərdə çap olunmuş nüsxələrində qəzetin məsul redaktorunun Rəsul Rəsullu olduğu göstərilir. Hal-hazırda yalnız “İpəkçi” qəzeti redaksiyasının arxivində saxlanılan həmin nüsxələr, vaxtilə, elə Rəsul Rəsullunun şəxsi arxivində olmuşdu, lakin onun vəfatından sonra – XX əsrin 60-cı illərində, ailəsi tərəfindən qəzetin o vaxtkı redaktoru Salis Məmmədova təhvil verilib.
- ↑ “Şəki fəhləsi” qəzetinin 50 illiyi münasibəti ilə çap olunmuş kitabçada, qəzetin keçmiş redaktorlarından biri kimi Rəsul Rəsullunun da fotoşəkli dərc edilib.
- ↑
Böyük Vətən müharibəsinin 40 illiyi münasibəti ilə Azərbaycan KP MK Şəki Şəhər Komitəsi, “Şəki fəhləsi” qəzetinin redaksiyası və "Bilik" cəmiyyəti tərəfindən buraxılmış vərəqədə göstərilir ki,
1943-cü ilin yanvar ayından etibarən Şəkidəki müəllimlər institutunun direktoru Rəsul Rəsullu yoldaş aylıq maaşının 10 faizini müharibə qurtaranadək faşizmə qarşı döyüş maşınları düzəldilməsi nəfinə vermək üçün təşəbbüs qaldırmış və bütün ali məktəb rektorlarını bu cür yardım etməyə çağırmışdı.
İstifadə edilmiş əsas mənbə
- Şükürov R., Orsər R. Rəsullu Rəsul Yusif oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 114 – 116. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
- #Məmmədli Q. İmzalar. — təkrar (2010). — «Azərbaycan Dövlət Nəşriyyatı», 1977. — Səh.: 98. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 iyun 2020.
- R
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış jurnalistlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- Azərbaycan SSR əməkdar müəllimləri
- "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr