Mahir Xəlifəzadə
Mahir Xəlifəzadə | |
---|---|
Xəlifəzadə Mahir Çingiz oğlu | |
Mahir Xəlifəzadə, 5 iyun, 2021-ci il. | |
Doğum tarixi | 25 dekabr 1961 |
Doğum yeri | Tbilisi, Gürcüstan SSR, SSRİ |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
Təhsili |
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (–1984) SSRİ EA Beynəlxalq Bioloji Tədqiqatlar Mərkəzi, Nəzəri və Təcrübi Biofizika İnstitutu, məqsədli aspirantura (Moskva, 1988–1992) |
Atası | Çingiz Xəlifəzadə |
Anası | Solmaz Xəlifəzadə |
Mahir Xəlifəzadə — peşəkar diplomat, elmi işçi, fizika-riyaziyyat elmləri namizədi, Kanadanın Toronto şəhərində fəaliyyət göstərən “Azərbaycan Qlobal Kompleksdə” (http://www.azglobalcontext.org/?m=1) adlı tarix və siyasi araşdırmalar mərkəzinin rəhbəri. Uzun müddət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində məsul vəzifələr tutmuş, müxtəlif vaxtlarda AMEA-nın müxtəlif institutlarında baş elmi işçi, şöbə müdiri və s. vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar
25 dekabr 1961-ci il tarixdə Tbilisidə anadan olub.
Təhsili
1979-cu ildə Bakı şəhər 20 №-li orta məktəbini,
1984-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.
1988 – 1992-ci illərdə SSRİ EA Beynəlxalq Bioloji Tədqiqatlar Mərkəzinin Nəzəri və Təcrübi Biofizika İnstitutunun məqsədli aspiranturasında (Moskva) təhsil alıb.
1994-cü ilin sentyabr ayında Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Yaponiya Xarici İşlər Nazirliyinin sertifikatını alıb.
1997-cü ilin sentyabr ayında Yunanıstan Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Avropa birliyinin siyasətinə dair Yunanıstan Xarici İşlər Nazirliyinin sertifikatını alıb.
2000-ci ilin oktyabr ayında İsveç Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Avropa birliyinin siyasətinə dair İsveç Xarici İşlər Nazirliyinin sertifikatını alıb.
Elmi fəaliyyəti
1992-ci ildə “Görə prosesinin molekulyar əsasları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
25 elmi məqalənin müəllifidir.
Əmək fəaliyyəti
1984 – 1987-ci illərdə Azərbaycan SSR EA Fiziologiya İnstitutunun əməkdaşı olub.
1993-cü ildən AMEA Fiziologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
1994-cü ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada İdarəsinin ABŞ sektoruna II katib vəzifəsinə təyin olunub.
1995 – 1997-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində siyasi məsələlər üzrə II katib vəzifəsində çalışıb.
1997-ci ilin avqust ayından yenidən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada İdarəsinin ABŞ sektoruna II katib vəzifəsinə təyin olunub.
2000-ci ilin fevral ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ABŞ və Kanada şöbəsinin I katibi (müdir əvəzi) vəzifəsinə təyin olunub.
2002-ci ilin fevral ayının 25-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci Ərazi İdarəsinin Orta Şərq və Cənubi Asiya şöbəsində I katib vəzifəsinə (müdir müavini) təyin olunub.
2004 – 2007-cı illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İslandiya Krallığındakı səfirliyində siyasi məsələlər üzrə I katib vəzifəsində çalışıb.
2007 – 2009-cu illərdə ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi I Avropa şöbəsinin (İngiltərə və Skandinaviya ölkələri) müdiri olub.
2010-cu ildən Kanadanın Monreal şəhərində fəaliyyət göstərən Qloballaşdırma Problemləri üzrə Araşdırma Mərkəzində beynəlxalq məsələlər üzrə araşdırmaçı vəzifəsində çalışıb.
2017-ci ildə Kanadanın Toronto şəhərində özünün “Azərbaycan Qlobal Kompleksdə” adlı tarix və siyasi araşdırmalar mərkəzini açıb və həmin mərkəzə rəhbərlik edir.
İkinci iş yerləri
2008-ci ildən AMEA-nın İnsan Hüquqları İnstitutunda beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
Ədəbyyat
- Məmmədov Ə., Xalıqov F. Xəlifəzadə Mahir // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 186 – 188. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
Şablon:Yaxşı məqalə https://ca.linkedin.com/in/prof-mahir-khalifa-zadeh-02a43844