Mahir Xəlifəzadə
Mahir Xəlifəzadə | |
---|---|
Xəlifəzadə Mahir Çingiz oğlu ing. Mahir Khalifa-zadeh | |
![]() | |
Mahir Xəlifəzadə, 15 oktyabr 2018-ci il. |
Mahir Xəlifəzadə — siyasi elmlər üzrə (Beynəlxalq münasibətləri) professor, Ph.D, peşəkar diplomat (diplomatik rütbə - 1-ci dərəcəli Müşavir), Kanadanın Toronto şəhərində fəaliyyət göstərən “Azərbaycan Qlobal Konteksdə” adlı tarix və siyasi araşdırmalar mərkəzinin rəhbəri[1]. Uzun müddət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində (ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı) məsul vəzifələr tutmuş, müxtəlif vaxtlarda AMEA-nın müxtəlif institutlarında baş elmi işçi, şöbə müdiri və s. vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
25 dekabr 1961-ci il tarixdə Tbilisidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1979-cu ildə Bakı şəhər 20 №-li orta məktəbində, əla diplomla bitirib;
1979 – 1984-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində;
1988 – 1992-ci illərdə SSRİ EA Beynəlxalq Bioloji Tədqiqatlar Mərkəzinin Nəzəri və Təcrübi Biofizika İnstitutunun məqsədli aspiranturasında (Moskva) təhsil alıb (Ph.D);
1994-cü ildə Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Yaponiya Xarici İşlər Nazirliyinin sertifikatını alıb;
1997-cü ildə Yunanıstan Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Avropa birliyinin siyasətinə dair Yunanıstan Xarici İşlər Nazirliyinin sertifikatını alıb;
2000-ci ildə İsveç Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Avropa birliyinin siyasətinə dair İsveç Xarici İşlər Nazirliyinin sertifikatını alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1993 – 1994-ci illərdə Azərbaycan Resuplikası Milli Məclisin yanında Strateji Araşdırmalar Mərkəzinin global siyasət və beynəlxalq təhlükəsizlik məsələlər üzrə şöbə müdiri;
1994 – 1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada İdarəsinin ABŞ sektorunda II katib;
1995 – 1998-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində siyasi məsələlər üzrə II katib vəzifəsində çalışıb;
2000-ci ilin fevral ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ABŞ və Kanada şöbəsinin müdir əvəzi vəzifəsində çalışıb;
2002-ci ilin fevral ayının 25-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci Ərazi İdarəsinin Orta Şərq və Cənubi Asiya (Iran) şöbəsində müdir müavini;
2002-ci ilin avgust ayında 1-ci dərəcəli Müşavir diplomatik rütbəsini alib;
2004 – 2007-cı illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində siyasi məsələlər üzrə Müşavir olub;
2007 – 2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi I Avropa şöbəsinin (İngiltərə və Skandinaviya ölkələri) müdiri olub;
2010 - 2014-ci illərdə Kanadanın Monreal şəhərində fəaliyyət göstərən "Qloballaşdırma Problemləri üzrə Araşdırma Mərkəzi"ndə çalışıb;
2011- Politoloq/analitik, Kanada Siyasi Elmlər Assosiasiyasıyası, Ottava, Kanada;
2012- Beynəlxalq Eko-Enerji Akademiyasında "Politoloqiya və Beynəlxalq Münasibətlər" üzrə professoru rütbəsini alib, Bakı, Azərbaycan;
2017- ildə Kanadanın Toronto şəhərində özünün “Azərbaycan Qlobal Konteksdə” (Azerbaijan in Global Context) adlı tarix və siyasi araşdırmalar mərkəzini açıb və həmin mərkəzə rəhbərlik edir.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
22 dekabr 1992-ci il tarixdə Moskvada “Görə prosesinin molekulyar əsasları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib (Ph.D).
52 elmi məqalənin və 2 kitab fəsilin müəllifidir.
Elmi qurumlarında üzvlüyü[Vizual/Mobil redaktə | HTML redaktə]
- Kanada Siyasi Elm üzrə Assosiasiyası (2011-ci ildən);
- Toronto University (2011-ci ildən);
- ABŞ Siyasi Elm üzrə Assosiasiyası (2012-ci ildən);
- World History Encyclopedia, UK, (2023-ci ildən);
- Kanada Tarixi Assosiasiyası, Ottava, Kanada, (2023-ci ildən).
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
Ədəbyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 186-188. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Diplomatic List Summer 1999 : AZERBAIJAN : [arx. 3 Jan 2017 - 29 Dec 2020] : [ing.] // U.S. Department of State. — 1999. — 1 June. — Müraciət tarixi: 24.12.2021.
Aidiyyəti linklər[Vizual/Mobil redaktə | HTML redaktə]
- Azerbaijan in Global Context, Media and Analysis Center, Toronto, Canada http://www.azglobalcontext.org,
- Canadian Historical Association, New Publications 2025, https://cha-shc.ca/publications/historians-corner-the-chas-digital-newsletter/historians-corner-february-2025/
- Mahir Xəlifəzadə, Azərbaycan Respublikası Diaspora Üzrə Dövlət Komitəsi
- Mahir Xəlifəzadə, Google Scholar, https://scholar.google.com/citations?user=UAmaogYAAAAJ&hl=en
- academia.edu, https://independent.academia.edu/MahirKhalifazadeh
- researchgate.net, https://www.researchgate.net/profile/Mahir-Khalifa-Zadeh-2
- Mahir Xəlifəzadə, https://ca.linkedin.com/in/prof-mahir-khalifa-zadeh-02a43844
- Махир Халифа-заде, https://cyclowiki.org/wiki/%D0%9C%D0%B0%D1%85%D0%B8%D1%80_%D0%A5%D0%B0%D0%BB%D0%B8%D1%84%D0%B0-%D0%B7%D0%B0%D0%B4%D0%B5
Videolar[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[HTML redaktə]
...
...