Mahir Xəlifəzadə
Mahir Xəlifəzadə | |
---|---|
Xəlifəzadə Mahir Çingiz oğlu | |
Mahir Xəlifəzadə, 5 iyun, 2021-ci il. | |
Doğum tarixi | 25 dekabr 1961 |
Doğum yeri | Tbilisi, Gürcüstan SSR, SSRİ |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
Alma-mater | Institute for Theiretical and Experimental Bioohysics, Moscow, USSR |
Təhsili |
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (–1984) SSRİ EA Beynəlxalq Bioloji Tədqiqatlar Mərkəzi, Nəzəri və Təcrübi Biofizika İnstitutu, məqsədli aspirantura (Moskva, 1988–1992) |
Atası | Çingiz Xəlifəzadə |
Anası | Solmaz Xəlifəzadə |
saytı linkedin səhifəsi |
Mahir Xəlifəzadə — peşəkar diplomat, fizika-riyaziyyat elmləri namizədi, siyasi elmlər üzrə professor, Kanadanın Toronto şəhərində fəaliyyət göstərən “Azərbaycan Qlobal Konteksdə” adlı tarix və siyasi araşdırmalar mərkəzinin rəhbəri[1]. Uzun müddət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində məsul vəzifələr tutmuş, müxtəlif vaxtlarda AMEA-nın müxtəlif institutlarında baş elmi işçi, şöbə müdiri və s. vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar
25 dekabr 1961-ci il tarixdə Tbilisidə anadan olub.
Təhsili
1979-cu ildə Bakı şəhər 20 №-li orta məktəbini,
1984-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.
1988 – 1992-ci illərdə SSRİ EA Beynəlxalq Bioloji Tədqiqatlar Mərkəzinin Nəzəri və Təcrübi Biofizika İnstitutunun məqsədli aspiranturasında (Moskva) təhsil alıb.
1994-cü ilin sentyabr ayında Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Yaponiya Xarici İşlər Nazirliyinin sertifikatını alıb.
1997-cü ilin sentyabr ayında Yunanıstan Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Avropa birliyinin siyasətinə dair Yunanıstan Xarici İşlər Nazirliyinin sertifikatını alıb.
2000-ci ilin oktyabr ayında İsveç Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Avropa birliyinin siyasətinə dair İsveç Xarici İşlər Nazirliyinin sertifikatını alıb.
Elmi fəaliyyəti
1992-ci ildə “Görə prosesinin molekulyar əsasları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
25 elmi məqalənin müəllifidir.
- THE SOUTH CAUCASUS: OBAMA’S FAILED RUSSIA “RESET” AND THE PUTIN DOCTRINE IN PRACTICE, BY MAHIR KHALIFA-ZADEH
- The South Caucasus: Obama’s Russia ‘Reset’ And Putin’s Doctrine
- ISRAELI-AZERBAIJANI ALLIANCE AND IRAN
- THE LEGEND OF BAKU MAIDEN TOWER (Zoroastrian legends)
- BRITISH-AMERICAN STRATEGIC PARTNERSHIP: GLOBAL AND REGIONAL COMPONENTSMakhir KHALIFA-ZADEH
- [IRAN AND AZERBAIJAN: KEY FACTORS IN BILATERAL RELATIONS http://www.azglobalcontext.org/2017/10/iran-and-azerbaijan-key-factors-in.html?m=1]
- Azerbaijan Timeline: Facts and Comments.
- GREAT BRITAIN'S FOREIGN POLICY AND IRAN'S NUCLEAR PROGRAM
- BRITISH-AMERICAN STRATEGIC PARTNERSHIP: GLOBAL AND REGIONAL COMPONENTS.
- IRAN AND THE SOUTHERN CAUCASUS: A STRUGGLE FOR INFLUENCE.
Əmək fəaliyyəti
1984 – 1987-ci illərdə Azərbaycan SSR EA Fiziologiya İnstitutunun əməkdaşı olub.
1993-cü ildən AMEA Fiziologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
1994-cü ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada İdarəsinin ABŞ sektoruna II katib vəzifəsinə təyin olunub.
1995 – 1997-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində siyasi məsələlər üzrə II katib vəzifəsində çalışıb.
1997-ci ilin avqust ayından yenidən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada İdarəsinin ABŞ sektoruna II katib vəzifəsinə təyin olunub.
2000-ci ilin fevral ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ABŞ və Kanada şöbəsinin I katibi (müdir əvəzi) vəzifəsinə təyin olunub.
2002-ci ilin fevral ayının 25-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci Ərazi İdarəsinin Orta Şərq və Cənubi Asiya şöbəsində I katib vəzifəsinə (müdir müavini) təyin olunub.
2004 – 2007-cı illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində siyasi məsələlər üzrə I katib vəzifəsində çalışıb.
2007 – 2008-cu illərdə ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi I Avropa şöbəsinin (İngiltərə və Skandinaviya ölkələri) müdiri olub.
2010-cu ildən Kanadanın Monreal şəhərində fəaliyyət göstərən Qloballaşdırma Problemləri üzrə Araşdırma Mərkəzində beynəlxalq məsələlər üzrə araşdırmaçı vəzifəsində çalışıb.
2017-ci ildə Kanadanın Toronto şəhərində özünün “Azərbaycan Qlobal Konteksdə” adlı tarix və siyasi araşdırmalar mərkəzini açıb və həmin mərkəzə rəhbərlik edir.
2011çi ildən Kanadanın Siyasi Elm üzrə Assosiasianın üzvi
2012ci ildən ABŞ Siyasi Elm üzrə Assosiasiyanın uzvi
İkinci iş yerləri
2008-ci ildən AMEA-nın İnsan Hüquqları İnstitutunda beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
İstinadlar
Ədəbyyat
- Məmmədov Ə., Xalıqov F. Xəlifəzadə Mahir // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 186 – 188. — 600 nüsx. — ISBN 5-8066-1708-4.