Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Tələt Qasımov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 07:47, 2 sentyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Tələt Qasımov
Qasımov Tələt Əli oğlu
Tələt Qasımov.jpg
Tələt Qasımov.
bayraqAzərbaycan Respublikasının səhiyyə naziribayraq
1991 — 1992
Sələfi vəzifə təsis edilib
Xələfi Rahim Hüseynov
bayraqAzərbaycan SSR səhiyyə naziribayraq
1979 — 1991
Sələfi Hənifə Abdullayev
Xələfi Azərbaycan SSR ləğv olunub
bayraqAzərbaycan SSR səhiyyə nazirinin müavinibayraq
1978 — 1979
Şəxsi məlumatlar
Doğum tarixi 4 avqust 1939(1939-08-04)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 27 fevral 1999 (59 yaşında)
Vəfat yeri Bakı
Atası Əli Qasımov
Anası Səidə Qasımova
Həyat yoldaşı Yuliya Qasımova
Təhsili

Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1957–1963)

Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, klinik ordinatura (1965–1967)
Elmi dərəcəsi tibb elmləri namizədi
Təltifləri "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 1989
Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı — 1970"Şərəf Nişanı" ordeni  — 1981

Tələt Qasımov (1939–1999) — görkəmli dövlət xadimi və tibb işçisi, tibb elmləri namizədi, Azərbaycan SSR əməkdar həkimi. Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri olmuşdur.

Haqqında məlumatlar

4 avqust 1939-cu il tarixdə Bakıda anadan olub.

Təhsili

1956-cı ildə Bakı şəhər 6 №-li orta məktəbini bitirib.

1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində,

1965 – 1967-ci illərdə əvvəl Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturasına təhsil alıb.

Elmi fəaliyyəti

1967-ci ildə “Bronxial asma zamanı kliniki-biokimyəvi tədqiqatlar” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyəti

1957 – 1963-cü illərdə institutda təhsil alarkən Bakı şəhər 2 №-li klinik xəstəxanada tibb qardaşı vəzifəsində çalışıb.

1963 – 1965-ci illərdə hərbçi-həkim kimi Sovet Ordusunda (Macarıstanda) xidmət edib.

1967 – 1970-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışıb.

1970 – 1974-cü illərdə Azərbaycan LKGİ-nin sədri olub.

1974 – 1978-cu illərdə Azərbaycan KP MK-da işləyib, o cümlədən, 1976 – 1978-ci illərdə elm və təhsil müəssisələri şöbəsinin səhiyyə və sosial təminat sektorunun müdiri olub.

1978 – 1979-cu illərdə Azərbaycan SSR Səhiyyə nazirinin müavini və nazirliyin IV baş idarəsinin rəisi vəzifəsində çalışıb.

1979 – 1992-ci illərdə Azərbaycan SSRİ-nin (1991-ci ilədək) və Azərbaycan Respublikasının (1991-ci ildən) səhiyyə naziri olub.

1992 – 1993-cü illərdə Azərbaycanın Moskvadakı nümayəndəliyində ümumi məsələlər üzrə müşavir vəzifəsində çalışıb.

1992-ci ildən sonra heç yerdə işləməyib.

İctimai-siyasi fəaliyyəti

1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alarkən institutun komsomol komitəsi katibinin müavini olub.

1965 – 1967-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışarkən isə institutun komsomol komitəsinin katibi olub.

1970-ci ildə Azərbaycan LKGİ MK-nın büro üzvü seçilib.

1980 – 1984 və 1985 – 1990-cı illərdə X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Təltif və mükafatları

Vəfatı

27 fevral 1999-cu il tarixdə – 59 yaşında, Bakıda vəfat edib.

Ailəsi

  • Atası: Əli Qasımov, Nuxada anadan olmuşdur, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışıb, Bakıda tibb məktəbinin müdiri olub, 1941-ci ildə könüllü olaraq müharibəyə gedib, 1942-ci ildə itkin düşüb;
  • Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun əmisi qızı, həkim, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda çalışıb, Nuxada anadan olmuşdur.
  • Bacısı: Rəna;
  • Həyat yoldaşı: Yuliya Qasımova;
  • Övladları: NərminəƏli Qasımov.

İstinadlar

  1. "Respublikanın xalq maarifi və mədəniyyət işçilərinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə tətif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1972-ci il tarixli Fərmanı" (PDF). www.anl.az (azərb.). ww.anl.az. 5 Dec 2010 – 16 Jan 2020 tarixində arxivləşdirilib (PDF).

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Касумов Талят Али оглы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 305-306. — 1.000 nüsx.
  2. Məmmədov N. Tələt Qasımov // Konsilium : jurnal. — 2009. — № 5 may. — Səh. 4 (3 – 15).