Rövşən Həsənov
Jump to navigation
Jump to search
Rövşən Həsəov | |
---|---|
Həsənov Rövşən Əli oğlu | |
Rövşən Həsəov | |
Doğum tarixi | 27 avqust 1983 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Boyu | 180 sm |
Çəkisi | 85 kq |
İdman növü | karate, budo döyüş növləri |
Rövşən Həsənov — Qocyu-Ryu Kontakt Karate idman növü üzrə 1-ci Dan “Qara kəmər” sahibi, bir sıra klub, şəhər və respublika birinciliklərinin qalibi, Şəki “Qafqaz” İdman Klubunun eksperti. Şəkinin görkəmli ziyalılarından biri olmuş Baxşəli Axundovun nəticəsidir.
Haqqında məlumatlar
27 avqust 1983-cü il tarixdə Şəkidə anadan olub.
Təhsili
2000-ci ildə Şəki şəhər 4 saylı orta məktəbini bitirib.
2004 – 2006-cı illərdə Şəki Texniki Peşə Məktəbində turizm agenti ixtisası üzrə təhsil alıb.
2006 – 2007-ci illərdə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Azərbaycan Respublika Komitəsi Mədəniyyət İşçiləri Evininin nəzdində olan jurnalistika kursunda iştirak edib.
İdman uğurları
- 29 avqust 2013-cü ildə Şəkidə keçirilmiş Çingiz Mustafayevin 53 illiyinə həsr edilmiş turnirin qalibi.
- 10 may 2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş Kontakt Karate döyüş növü üzrə Şəki şempionatının qalibi.
- Azərbaycan Budo Döyüş Növləri Federasiyası tərəfindən 2017-ci ildə İmişlidə keçirilmiş budo döyüş növləri MMA kontakt sistemi üzrə respublika birinciliyinin 85 kq çəkidə qalibi.
- 2019-cu ilin dekabr ayında Şəki Olimpiya Kompleksində keçirilən ümummilli lider Heydər Əliyev adına Beynəlxalq turnirin qalibi.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |