Fərhad Əzizov
Fərhad Əzizov | |
---|---|
Əzizov Fərhad Şirin oğlu | |
Fərhad Əzizov | |
Fərhad Əzizov. | |
Doğum tarixi | 8 dekabr 1946 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA Şəki Regional Elmi Mərkəzi (elmi işlər üzrə direktor müavini) |
Elmi dərəcəsi | biologiya elmləri namizədi |
Təhsili |
• M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, kimya-texnologiya fakültəsi (1964–1969) • Azərbaycan SSR EA Genetika və Seleksiya İnstitutu, aspirantura (1976–1980) |
Fərhad Əzizov — biologiya elmləri namizədi, AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, Şəki “Sahibkarlar Assosiasiyası”nın təsisçisi və prezidenti.
Haqqında məlumatlar
8 dekabr 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1947 – 1957-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,
1964 – 1969-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsində,
1976 – 1980-cı illərdə Azərbaycan SSR EA Genetika və Seleksiya İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1969 – 1970-ci illərdə Sumqayıt Kimya zavodunda aparatçı,
1970 – 1974-cü illərdə “Neft Kimya Avtomat” Elmi-Tədqiqat Layihə İnstitutunda mühəndis vəzifəsində işləyib.
1974-cü ildə Azərbaycan SSR EA Şəki Zona Elmi Bazasında kiçik elmi işçi vəzifəsinə qəbul edilib.
1989 – 2014-cü illər ərzində Azərbaycan SSR EA/AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasında böyük elmi işçi vəzifəsində çalışıb.
2014-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavinidir.
Pedaqoji fəaliyyəti
2002 – 2006-cı illərdə Şəki Pedaqoji Texnikumunda və Şəki Musiqi Texnikumunda ümumi biologiya fənnindən dərs deyib.
Elmi fəaliyyəti
1983-cü ildə Daşkənddə Özbəkistan SSR EA Bioüzvi Kimya İnstitutunun Elmi Şurasında dissertasiya işini müdafiə edib və biologiya elmləri namizədi elmi dərəcəsini alıb.
16-sı xaricdə olmaqla, çapdan çıxmış 31 elmi əsərin, o cümlədən, 4 müəlliflik şəhadətnaməsinin və 1 patentin müəllifidir.
Digər
2001-ci ildə “Bioflor” Ekoloyi Tərbiyə İctimai Birliyini,
2002-ci ildə “Şəki Sənətkarlar Assosiasiyası”nı,
2003-cü ildə Şəki “Ailə Turizm Assosiasiyası”nı,
2004-cü ildə Şəki “Sahibkarlar Assosiasiyası”nı təsis edib.
Təltif və mükafatları
- AMEA həmkarlar təşkilatının fəxri fərmanı (2016).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |