Emin Şəkinski

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Emin Şəkinski
Şəkinski Emin Əkrəm oğlu
Emin Şəkinski
Emin Şəkinski.
Doğum tarixi 6 oktyabr 1960(1960-10-06)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 21 oktyabr 2020 (60 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Atası Əkrəm Şəkinski
Anası Fərəh Şəkinskaya
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (–1982)

 • M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (–1993)
Hərbi fəaliyyəti
Rütbə General-mayor
Vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi (rəis)
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Emin Şəkinski (1960–2020) — polis general-mayoru, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi.

Haqqında məlumatlar

10 iyun 1960-cı ildə Bakıda anadan olub.

Təhsili

1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini,

1993-cü ildə M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyəti

1985-ci ildən Azərbaycan SSR daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb. Müxtəlif illərdə, əvvəl Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsində şöbə rəisi, sonra Yasamal Rayon Polis İdarəsi 26-cı polis bölməsinin rəisi, daha sonra Xətai Rayon Polis İdarəsinin rəis müavini vəzifəsində işləyib.

2004-cü ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhlükəsizlik İdarəsinin rəisi,

2005-ci ilin aprel ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi,

2016-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Təltif və mükafatları

Ailəsi

  • Atası: Əkrəm Şəkinski (1929 – 1998), mühəndis-geoloq və dövlət xadimi olub, 1991 – 1998-ci illərdə Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri və s. məsul vəzifələrdə çalışıb.
  • Anası: Fərəh Şəkinskaya (1929 – 2016), dövlət və mədəniyyət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi olub, 1989 – 1993-cü illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb.
  • Oğlu:, öz sağlığında yol qəzasında həlak olub.

Ədəbiyyat

  1. General Emin Şəkinski vəfat etdi : [arx. 03.12.2020] // Sputnik.az. — 2020. — 21 oktyabr. — Müraciət tarixi: 05.10.2021.