Ənvər Mikayılzadə
Ənvər Mikayılzadə | |
---|---|
Mikayılzadə Ənvər İsmayıl oğlu | |
Ənvər Mikayılzadə. | |
Anadan olub | 13 yanvar 1933 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 12 oktyabr 2009 (76 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
Nuxa Pedaqoji Texnikumu ( – 1953) S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət universiteti) Bakı Ali Partiya Məktəbi(az) |
Mükafatları |
Ənvər Mikayılzadə (1933–2009) — jurnalist, müxtəlif illərdə “Şəki fəhləsi” qəzetinin redaktoru və Azərinform/AzərTac informasiya agentliyinin bölgə müxbiri kimi məsul vəzifələrdə fəaliyyət göstərib. 1990-cı ildə – Azərinformin 70 illik yubileyi münasibəti ilə “Azərbaycan SSR əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür.
Haqqında məlumatlar
13 yanvar 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
Nuxa şəhər 4 №-li məktəbində oxuyub.
1953-cü ildə Nuxa Pedaqoji Texnikumunu bitirib.
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət universiteti),
Bakı Ali Partiya Məktəbində(az) təhsil alıb.
Əmək fəaliyyəti
Azərbaycan KP Nuxa/Şəki şəhər partiya komitəsində texniki katib, katib köməkçisi, təlimatçı, partiya komissiyasının sədri,
“Lenin bayrağı”/“Şəki fəhləsi” qəzetinin şöbə müdiri vəzifəsində çalışıb.
1974 – 1979-cu illərdə “Şəki fəhləsi” qəzetinin redaktoru və Azərbaycan KP Şəki şəhər partiya komitəsi bürosunun üzvü olub.
1985-ci ildən Azərinformun, daha sonralar isə AzərTacın bölgə müxbiri olmuş, həmçinin, Şəki Kənd Təsərrüfatı Texnikumunda direktor müavini vəzifəsində çalışmışdır.
Vəfatı
12 oktyabr 2009-cu il tarixdə – 76 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Şükürov R., Orsər R. Mikayılzadə Ənvər İsmayıl oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 207. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1933-cü ildə doğulanlar
- 13 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 12 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2009-cu ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar jurnalistləri
- Şəxslər (ad sırası ilə)
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə