Zaman Qarayev
Zaman Qarayev | |
---|---|
Qarayev Zaman Sadıq oğlu | |
Zaman Qarayev. | |
Doğum tarixi | 5 yanvar 1931 |
Doğum yeri | Böyük Dəhnə, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfatı | 24 may 2004 (73 yaşında)[1] |
Uşağı | Hüseyn Qarayev |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti |
İlk əsəri | “Təşəbbüs” (“İnqilab və mədəniyyət” jurnalı, 1951) |
Elmi dərəcəsi | filologiya elmləri namizədi |
Zaman Qarayev (1931–2004) — tanınmış yazıçı, publisist, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi.
Haqqında məlumatlar
5 yanvar 1931-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Böyük Dəhnə kəndində anadan olub.
Təhsili
1937 – 1947-ci illərdə Böyük Dəhnə kənd məktəbində,
1947 – 1952-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1952 – 1954-cü illərdə Qasım İsmayılov rayonunun Qasım İsmayılov kəndində yaşlılar üçün orta məktəbin direktoru və ədəbiyyat müəllimi vəzifəsində işləyib.
1954 – 1954-ci illərdə Nuxa rayonunun 1 saylı Kiçik Dəhnə kənd orta məktəbində,
1955 – 1961-ci illərdə isə Böyük Dəhnə kənd orta məktəbində azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışıb.
1961 – 1967-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində,
1967 – 1971-ci illərdə “Gənclik” nəşriyyatında,
1971-ci ildə “Kənd həyatı” jurnalında redaktor vəzifəsində çalışıb.
1971 – 1991-cı illərdə əmək fəaliyyətini Azərbaycan radiosunda davam etdirmiş, əvvəl məktublar şöbəsinin müdiri, 1980-cı ildən isə radionun informasiya baş redaksiyasının əməkdaşı olmuşdur.
1991-ci ildən sonra “Haqq söz” qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri vəzifəsində işləyib.
Yaradıcılığı
Bədii yaradıcılığa gənc yaşlarından başlamış, 20 yaşında “İnqilab və mədəniyyət” jurnalında “Təşəbbüs” adlı hekayəsi çap olunmuşdur. 1954-cü ildən “Nuxa fəhləsi” qəzetinin redaksiyasının nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi dərnəyinin üzvü olub. 1959-cu ildə "Kürən", 1961-ci ildə isə "Qonağım olun" adlı kitabları işıq üzü görüb. Bundan başqa “Xarqo”, “Əlincə qalası”, “Kürü keçdilər”, “İldırımlı diyar” kimi romanların, onlarla povestin, hekayələrin müəllifidir. Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun ömür və döyüş yoluna həsr olunmuş “Xarqo” romanını və “Mənim atam” hekayəsini yazmışdır. Daha sonra bu əsərlər ümumtəhsil məktəblərinin ədəbiyyat dərsliklərinə daxil edilib.
1961-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
O, yüzdən artıq elmi, bədii, ictimai-siyasi kitabın redaktoru olmuş, radio dalğalarda səslənən bir sıra verilişlərin, o cümlədən “Nina”, “Şirinnaz”, “Boran”, “Kazaklar”, “Ölü canlar”, “Sakit Don”, “Saçlı”, Medalyon”, “Ağbulaq dağlarında”, “Polkovnik Şaber”, “Dəyirman mühasirəsi”, “Bahar suları” kimi səhnələşdirilmiş radiopyeslərin müəllifidir.
Vəfatı
24 may 2004-cü il tarixdə – 73 yaşında, Bakıda vəfat edib.
Kitabları
- Kürən (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1959, 30 s.
- Qonağım olun (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1961, 42 s.
- Göy çəmənlər (povest və hekayələr). Bakı: Azərnəşr, 1965, 134 s.
- Xarqo (povest). Bakı: “Gənclik” nəşriyyatı, 1967, 110 s.
- Gəlinaparan (povest və hekayələr). Bakı: “Gənclik” nəşriyyatı, 1969, 165 s.
- Ayrılıqdan sonra (povest və hekayələr). Bakı: “Yazıçı” nəşriyyatı, 1981, 145 s.
- Əlincə qalası (tarixi roman). Bakı: “Yazıçı” nəşriyyatı, 1988, 183 s.
- Amansız vəzir (povest və hekayələr). Bakı: “Gənclik” nəşriyyatı, 1998, 72 s.
- Xarqo (roman). Bakı: Şirvannəşr, 1998, 122 s.
- Dəhnə ziyalıları (oçerklər, məqalələr, hekayələr). Bakı: “Şuşa” nəşriyyatı, 2000.
İstinadlar
Ədəbiyyat
- Qarayev Z. Epiloq əvəzinə redaktor sözü // Dəhnə ziyalıları. — Bakı: Şuşa, 2000. — Səhifələrin sayı: 152. — Səh.: 145-148. — 500 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Qarayev Zaman // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 317-318. — 1.000 nüsx.
- Mete Ə. Zaman Qarayev // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 177-179. — 500 nüsx.
- Kamil Adışirinov (10 iyun 2019). "Sözə ömürlük bağlılıq" (azərb.). 525.az. 19 aprel 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2020.
- "2016-Cİ İL ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ GÜNLƏR TƏQVİMİ" (PDF). www.azkurs.org (azərb.). Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. 2016. 4, 9. 30 May 2017 – 21 Jan 2020 tarixində arxivləşdirilib.
Bildiriş
© 2019 – 2024 Şəki Ensiklopediyası |
- Z
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış alimlər
- Şəkinin tarixi haqqında məlumat verən müəlliflər
- 1931-ci ildə doğulanlar
- 5 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 24 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 2004-cü ildə vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Dəhnə ziyalıları” kitabına istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə