Saleh Məmmədov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) (→‎Hərbi fəaliyyəti) tərəfindən edilmiş 17:15, 6 fevral 2022 tarixli redaktə
Saleh Məmmədov
Məmmədov Saleh Mustafa oğlu
Saleh Məmmədov
Saleh Məmmədov.
Doğum tarixi 9 fevral 1995(1995-02-09)
Doğum yeri Abbas, Şəki rayonu, Azərbaycan
Vəfat yeri Səfiyan kəndi, Laçın rayonu, Azərbaycan
Dəfn yeri Abbas kənd qəbiristanlığı
Mənsubiyyəti Azərbaycan Ordusu
Atası Mustafa
Anası Qənirə
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları
Xidmət illəri 2013–2020
Rütbə baş çavuş
Təltifləri III dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020"Vətən uğrunda" medalı — 2020"Cəbrayılın azad olunmasına görə" medalı — 2020"Qubadlının azad olunmasına görə" medalı — 2020"Laçının azad olunmasına görə" medalı — 2020

Saleh Məmmədov (1995–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu.

Haqqında məlumatlar

9 fevral 1995-ci il tarixdə Şəki rayonunun Abbas kəndində anadan olub.

Təhsili

2001 – 2012-ci illərdə Aşağı Layısqı kənd tam orta məktəbində təhsil alıb.

Hərbi fəaliyyəti

2013-cü ilin aprelindən 2014-cü ilin oktyabrınadək həqiqi hərbi xidmətdə olub; Milli Qvardiyanın Fəxri Qarovul Taborunda xidmət edib.

2015-ci ildən hərbi xidmətini Dövlət Sərhəd Xidmətində davam etdirib. Dövlət Sərhəd Xidmətinin çevik hərəkət taborunda 3 il xidmət edib.

2016-cı ildə Aprel döyüşlərində iştirak edib və ağır yaralanıb.

2019-cu ildən etibarən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Sülhməramlı Qüvvələrində baş çavuş rütbəsində müddətdən artıq xidmətini davam etdirib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində bir neçə rayon və yüksəkliklərin işğaldan azad olunmasında iştirak edib.

Şəhid olması

22 oktyabr 2020-ci il tarixdə Laçın rayonunun Səfiyan kəndində qəhrəmancasına həlak olub.

24 oktyabr 2020-ci il tarixdə Abbas kənd qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Ailədə bir bacı, iki qardaş olublar. Subay idi.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 15 Dec 2020] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 06.02.2022.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 DEKABR 2020). Arxivləşdirilib (24 dekabr 2020).
  4. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 06.02.2022] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 06.02.2022.
  5. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 22.12.2021] // Azərbaycan Respublikası Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 04.12.2021.
  6. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : SALEH Mustafa oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Videolar