Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Saleh Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Saleh Məmmədov
Məmmədov Saleh Mustafa oğlu
Saleh Məmmədov
Saleh Məmmədov.
Doğum tarixi 9 fevral 1995(1995-02-09)
Doğum yeri Abbas, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 22 oktyabr 2020 (25 yaşında)
Vəfat yeri Səfiyan kəndi, Laçın rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Abbas kəndinin qəbiristanlığı, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Atası Mustafa
Anası Qənirə
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Xidmət illəri 2013–2020
Rütbə OR-6 AZE ARMY.svg baş çavuş
Təltifləri III dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020"Vətən uğrunda" medalı — 2020"Cəbrayılın azad olunmasına görə" medalı — 2020"Qubadlının azad olunmasına görə" medalı — 2020"Laçının azad olunmasına görə" medalı — 2020

Saleh Məmmədov (1995–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

9 fevral 1995-ci il tarixdə Şəki rayonunun Abbas kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

2001 – 2012-ci illərdə Aşağı Layısqı kənd tam orta məktəbində təhsil alıb.

Hərbi fəaliyyəti[redaktə | HTML redaktə]

2013-cü ilin aprelindən 2014-cü ilin oktyabrınadək həqiqi hərbi xidmətdə olub; Milli Qvardiyanın Fəxri Qarovul Taborunda xidmət edib.

2015-ci ildən hərbi xidmətini Dövlət Sərhəd Xidmətində davam etdirib. Dövlət Sərhəd Xidmətinin çevik hərəkət taborunda 3 il xidmət edib.

2016-cı ildə Aprel döyüşlərində iştirak edib və ağır yaralanıb.

2019-cu ildən etibarən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Sülhməramlı Qüvvələrində baş çavuş rütbəsində müddətdən artıq xidmətini davam etdirib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində bir neçə rayon və yüksəkliklərin işğaldan azad olunmasında iştirak edib.

Şəhid olması[redaktə | HTML redaktə]

22 oktyabr 2020-ci il tarixdə – 25 yaşında, Laçın rayonunun Səfiyan kəndində qəhrəmancasına həlak olub.

24 oktyabr 2020-ci il tarixdə Abbas kəndinin qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Ailəsi[redaktə | HTML redaktə]

Ailədə bir bacı, iki qardaş olublar. Subay idi.

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 15 Dec 2020] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 06.02.2022.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 DEKABR 2020). Arxivləşdirilib (24 dekabr 2020).
  4. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 06.02.2022] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 06.02.2022.
  5. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 22.12.2021] // Azərbaycan Respublikası Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 04.12.2021.
  6. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : SALEH Mustafa oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Videolar[redaktə | HTML redaktə]