Nuxa okruqu
Nuxa okruqu | |
---|---|
Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Şəki fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4. | |
İnzibati mərkəz: | Nuxa (indiki Şəki) |
Yaranma tarixi: | 25 yanvar 1930 |
Ləğv olunma tarixi: |
30 avqust 1930 (0 il mövcud olub) 217 gün mövcud olub |
Coğrafi region: | Azərbaycan SSR |
Yerləşirdi: | Azərbaycan SSR, SSRİ |
Nuxa okruqu — Azərbaycan ərazisində 1930-cu ildə təqribən yarım il ərzində mövcud olmuş birinci dərəcəli inzibati ərazi. 3 rayondan – Göynük, Cəfərabad və Vartaşen rayonlarından, o cümlədən, 26 kənd sovetliyindən və 100 kənddən ibarət idi. İnzibati mərkəzi Nuxa idi.
Yaradılması
25 yanvar 1930-cu il tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə, eyni tarixdə ləğv edilmiş keçmiş Zaqatala-Şəki mahalı ərazisinin bir hissəsində yaradılmışdır. Həmin tarixədək Zaqatala-Şəki mahal K(b)F İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı olan “Şəki fəhləsi” qəzeti həmin tarixdən sonra yenə də eyni təsisatların orqanı kimi çıxmaqda davam etmiş, yalnız 20 may 1930-cu il tarixdən başlamaqla Nuxa Okruq K(b)F İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı kimi çap olunmuşdur.
Rəhbərlik
Okruq icraiyyə komitəsinin sədri Ələşrəf İsmayılov, icraiyyə komitəsinin katibi Abbasov idi.
Ləğv edilməsi
Okruq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə ləğv olundu. Lakin bu tarixdən sonra “Şəki fəhləsi” qəzeti hələ 16 oktyabr 1930-cu il tarixədək Nuxa Okruq K(b)F İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı kimi çap edilmişdir. Okruqun ləğv edilməsi nəticəsində, onun tərkibində olmuş ikinci dərəcəli inzibati ərazilər – rayonlar, birinci dərəcəli inzibati əraziyə çevrildilər.
Ədəbiyyat
- Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Şəki fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4.
- İnzibati-ərazi vahidləri : I. İnzibati-ərazi vahidləri haqqında ümumi məlumat : [arx. 17 Jun 2012 - 26 Jun 2022] // Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. — Müraciət tarixi: 11.07.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |