Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
12–13 noyabr
Pedaqoq-riyaziyyatçı, Səki şəhər 8 saylı beynəlmiləl tam orta məktəbinin müəllimi Aydın Məmmədov 13 noyabr 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Şəkil: Aydın Məmmədov.
12–13 noyabr
Metallogeniya, geokimya və petrologiya sahələri üzrə görkəmli mütəxəssis, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar geoloqu, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Geologiya İnstitutunun metallogeniya şöbəsinin müdiri Həmid Mustafayev (1932–2011) 13 noyabr 1932-ci il tarixdə Bakıda anadan olub.
Şəkil: Həmid Mustafayev.
12–13 noyabr
İslam alimi, yazıçı, din xadimi, vaiz, nəqşibəndiyyə şeyxi və Fateh İsgəndərpaşa məscidinin (İstanbul, Türkiyə) imamı Məhəmməd Zahid (1897–1980) 13 noyabr 1980-ci il tarixdə – 83 yaşında, İstanbulda vəfat edib. Cənazə namazı 14 noyabr tarixdə Süleymaniyə Məscidində qılındıqdan sonra nəşi Qanuni Sultan Süleyman Türbəsi məzarlığında dəfn edilmişdir. Məhəmməd Zahidin valideynləri 1880-cı ildə Nuxadan (indiki Şəki) Anadoluya köçərək Bursada məskunlaşmışdılar. Məhəmməd Zahidin imam olduğu məscidin icma üzvləri arasında Türkiyənin bir sıra görkəmli dövlət xadimləri, o cümlədən Turqut Özal, Nəcməddin Ərbakan və başqa görkəmli şəxslər də olub.
Şəkil: Məhəmməd Zahid.
12–13 noyabr
Tanınmış jurnalist, “Bakı” axşam qəzetinin redaktor müavini Əhməd Rəşidov (1918–1982) 13 noyabr 1981-ci il tarixdə – 63 yaşında, Bakıda vəfat edib. O, daha əvvəllər bir sıra qəzet və jurnal redaksiyalarında da çalışmış və “Mingəçevir inşaatçısı” qəzetinin ilk redaktoru olmuşdur.
Xülasə sayı:4 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)