Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əbdülqəni Nuxəvi

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (48398 dəyişikliyi 89.147.243.181 (Müzakirə) tərəfindən geri qaytarıldı. Baş qazi olması "Qafqaz kalendarı" ilə təsdiqlənməlidir. Kitabşünas olub, termin o vaxt formalaşmasa da...) tərəfindən edilmiş 00:05, 25 fevral 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Əbdülqəni Nuxəvi
Şəmsəddin Əbdülqəni Nuxəvi Kamaləddin Məhəmməd əfəndi oğlu Xəlisəqərizadə
Əbdülqəni Nuxəvi
Əbdüqlqəni Nuxəvinin “Qazıxana dəftəri” kitabıbın üz qabığı (Bakı, “Nurlan”, 2008).
Doğum tarixi 8 mart 1817(1817-03-08)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of Shaki Khanate4.png Şəki xanlığı, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 17 may 1879 (62 yaşında)
Vəfat yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Dəfn yeri “Babanın üstü” adlı yerin qəbiristanlığı

Əbdülqəni Nuxəvi (1817–1879) — görkəmli alim-pedaqoq, kitabşünas və xəttat. Azərbaycanda əlyazma kitab mədəniyyətinin qorunub saxlanması, inkişafı və təbliğində əvəzsiz xidmətləri olub. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda onun tərəfindən qələmə alınmış iki mindən artıq əlyazma qorunub saxlanılmaqdadır.

Haqqında məlumatlar

8 mart 1817-ci il tarixdə Nuxanın (indiki Şəki) Qışlaq kəndində anadan olub.

Təhsili

Nuxada fəaliyyət göstərən Abdulla əfəndi Axundzadənin, Sədrəddin bəy Nuxəvinin və Əlican bəy Nuxəvinin məktəb və mədrəsələrində, Dabbaqxana məscidinin nəzdindəki mədrəsədə, Qışlaq və Göynük kəndlərində ayrı-ayrı müəllimlərdən dərs alıb.

Bəzi ehtimallara görə Türkiyədə də təhsil almışdır.

Fəaliyyəti

Ən geci 1863-cü ildən Nuxa qəzasının baş qazisi vəzifəsində çalışıb.

Səyahətləri

1835 – 1839-cu illərdə — 3 il yarım müddət ərzində İranda (iki dəfə) və İsanbulda,

1872 – 1873-cü illərdə İstanbul, Qahirə, İsgəndəriyyə, Məkkə, Mədinə şəhərlərində səyahətdə olub.

Pedaqoji, elmi, xəttatlıq və kitabxanaçılıq fəaliyyəti

Qahirədə təhsil alan qardaşının göndərdiyi kitablardan, Şərq ölkələrinə səyahətləri zamanı əldə etdiyi, yaxud üzünü çıxartdığı kitablardan ibarət zəngin bir kitabxana yaratmışdır.

Dərsliklər də yazmış və müəllim kimi də fəaliyyət göstərmişdir.

Vəfatı

17 may 1879-cu il tarixdə – 62 yaşında, Nuxada (indiki Şəki) vəfat edib. “Babanın üstü” adlanan yerdəki qəbiristanlıqda dəfn olunub.

Ədəbiyyat

  1. Şərifli K. Əbdülqəni Nuxəvi Xalisəqarızadə / elmi redaktor: M.Adilov. — Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. — Bakı: Nurlan, 2002. — 500 nüsx. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 8 mart 2021.
  2. Şərifli K. Əbdülqəni əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanasının kataloqu / elmi redaktor: Azədə Musayeva. — Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. — Bakı: Nurlan, 2009. — I  cild. — Səhifələrin sayı:  425. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 8 mart 2021.

Həmçinin, bax: