Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Reyhan Miqdadqızı

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 09:25, 31 may 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Reyhan Mənəfova
Mənəfova Reyhan Miqdad qızı
Reyhan Mənəfova
Reyhan Mənəfova.
Təxəllüsü Reyhan Miqdadqızı
Doğum tarixi 31 may 1982(1982-05-31)
Atası Miqdad
Anası Mətanət
İxtisasları filoloq və Azərbaycan ədəbi tənqidçisi
Təhsili

 • Azərbaycan Dövlət Pedaqoji İnstitutu, filologiya ixtisası, bakalavriat (2008–2012)

 • Azərbaycan Universiteti, Azərbaycan ədəbi tənqidçisi ixtisası, magistratura(2017– 2019)
Adının digər versiyaları Reyhan Manafova, Рейхан Манафова, Рејһан Мәнәфова
facebook səhifəsi

Reyhan Mənəfova — filoloq, ədəbi tənqidçi və şairə, AMEA Şəki Regional Elmi Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri.

Haqqında məlumatlar

31 may 1982-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1999-cu ildə Şəki şəhər 7 saylı orta məktəbini bitirib.

2008 – 2012-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda bakalavr pilləsi üzrə,

2017 – 2019-cu illərdə Azərbaycan Universitetində magistr pilləsi üzrə təhsil alıb.

Əmək fəaliyyəti

2014-cü ildə AMEA Şəki Regional Elmi Mərkəzində işləyir; o cümlədən,

2023-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.

Elmi və ədəbi-bədii fəaliyyəti

35 elmi məqalə və konfrans materialının, 11 tezis, 30-dan çox elmi-publisistik məqalənin müəllifidir.

2 şeir kitabının müəllifidir.

3 kitabın tərtibçisi,1 kitabın elmi redaktoru, 1 kitabın bədii redaktorudur.

Digər

2017-ci ildən Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İdarə heyətinin üzvüdür.

2018 – 2019-cu illərdə “Pedaqogika” elmi jurnalının məsul katibi olub.

Dəfələrlə respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak edib.

1 beynəlxalq və 1 respublika səviyyəli konfransın təşkilatçısı və iştirakçısıdır.