Vasim Məmmədəliyev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 21:23, 13 oktyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Vasim Məmmədəliyev
Məmmədəliyev Vasim Məmmədəli oğlu
Vasim Məmmədəliyev
Vasim Məmmədəliyev 2011-ci il.
Doğum tarixi 27 avqust 1942(1942-08-27)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 oktyabr 2019 (77 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət universiteti, şərqşünaslıq fakültəsi, ərəb filologiyası şöbəsi (1959–1964)

Xarici Dillər Pedaqoji İnstitutu, aspirantura, sami dilləri ixtisası (1964 – 1967)
Üzvlüyü AMEA, həqiqi üzv
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 1992
"Şərəf" ordeni — 2009“Şöhrət” ordeni (Azərbaycan) — 2002
"Qızıl çinar" beynəlxalq mükafatı — 2017
Commonsda da Vasim Məmmədəliyev ilə əlaqəli mediafayllar var

Vasim Məmmədəliyev (1942–2019) — tanınmış şərqşünas-alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı və ərəb filologiyası kafedrasının müdiri.

Haqqında məlumatlar

27 avqust 1942-ci il tarixində Bakıda anadan olub.

Təhsili

1949 – 1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbində,

1959 – 1964-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində,

1964 – 1967-ci illərdə isə Xarici Dillər Pedaqoji İnstitutunun aspiranturasında sami dilləri ixtisası üzrə təhsil alıb.

Elmi fəaliyyəti

1968-ci ildə “Müasir ərəb, azərbaycan dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlil” mövzusunda namizədlik dissertasiyasını,

1974-cü ildə isə “Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1978-ci il professor elmi adını alıb.

1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri olub.

2001-ci ildə AMEA-nın müxbir üzvü,

2007-ci ildən müxbir üzvü seçilib.

40 fəlsəfə doktorunun, 5 elmlər doktorunun elmi rəhbəri olub.

160-dək elmi əsərin, o cümlədən 21 monoqrafiyanın müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub.

Əmək fəaliyyəti

1981 – 1991-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin şərqşünaslıq fakültəsinin dekanı,

1991 – 1992-ci illərdə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət universitetinin prorektoru,

1992 – 2019-cu illərdə Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı və ərəb filologiyası kafedrasının müdiri olub.

Ailəsi

İki qızı, bir oğlu var.

Vəfatı

13 oktyabr 2019-cu il tarixdə – 77 yaşında, Bakıda vəfat edib. Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Məmmədəliyev Vasim // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 282-283. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. "Vəfat etmiş həqiqi üzvlər:Məmmədəliyev Vasim Məmmədəli oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 3 Apr 2020 – 21 Jan 2021 tarixində arxivləşdirilib.
  3. "Unudulmaz şərqşünas alim və müəllim". http://bsu.edu.az/ (azərb.). Bakı Dövlət Universiteti. 20 Oct 2020 tarixində arxivləşdirilib.