Tacəddin Aslanov
Tacəddin Aslanov | |
---|---|
Aslanov Tacəddin Valeh oğlu | |
Tacəddin Aslanov. | |
Anadan olub | 6 yanvar 1930 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 15 avqust 1978 (48 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | ürək tutması |
Vətəndaşlıq | SSRİ |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1947–) • Ali Partiya Məkəbi (1966–1968) |
Tacəddin Aslanov (1930–1978) — tanınmış hüquqşünas, Şəki rayon Xalq Məhkəməsinin sədri.
Haqqında məlumatlar
6 yanvar 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1937 – 1947-ci illərdə Nuxa şəhər 10 №-li tam orta məktəbində təhsil alıb.
1947-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.
1966 – 1968-ci illərdə Ali Partiya Məktəbində təhsil alıb.
Əmək fəaliyyəti
1960-cı illərdə V.İ.Lenin adına Nuxa İpək Kombinatı Komsomol Komitəsinin katibi olub.
1965-ci ildən Azərbaycan KP Nuxa Şəhər Partiya Komitəsində əvvəl təlimatçı, sonra isə təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.
1970 və 1975-ci illərdə Şəki Rayon Xalq Məhkəməsinin hakimi seçilib. Birinci dəfə Şəki rayon xalq hakimliyinə namizədliyi V.İ.Lenin adına Şəki İpək Kombinatının, ikinci dəfə isə “Paris Kommunası” kolxozunun əmək kollektivi tərəfindən irəli sürülmüşdür. 1975-ci ildən həm də Şəki Rayon Xalq Məhkəməsinin sədri idi.
Vəfatı
15 avqust 1978-ci il tarixdə – 48 yaşında, Şəkidə ürək tutmasından vəfat edib.
Ədəbiyyat
- Xalq hakimliyinə namizədlər // M.Salis İpəkçi : qəzet. — Şəki, 1976. — В. 10 aprel. — № 9 – 10 (1273).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |