Nazim Mustafayev
Nazim Mustafayev | |
---|---|
Mustafayev Nazim Pirməmməd oğlu | |
Nazim Mustafayev. | |
Doğum tarixi | 9 aprel 1941 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA Aşqarlar Kimyası İnstitutu, Transmissiya və sənaye yağları üçün aşqar və aşqar kompozisiyaları laboratoriyasının müdiri |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
Mükafatları |
Nazim Mustafayev — kimya elmləri doktoru, professor, AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Transmissiya və sənaye yağları üçün aşqar və aşqar kompozisiyaları laboratoriyasının müdiri.
Haqqında məlumatlar
9 aprel 1941-сi il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1948 – 1958-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,
1958 – 1963-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində,
1963 – 1966-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1966-cı ildə Azərbaycan SSR EA Aşqarlar Kimyası İnstitutunun Transmissiya yağları üçün aşqarlar laboratoriyasında işləməyə başlayıb; əvvəl kiçik elmi işçi, sonra böyük mühəndis, daha sonra kiçik elmi işçi və nəhayət böyük elmi işçi vəzifələrində çalışmış, 1983-cü ildən isə laboratoriyanın müdiri olmuşdur.
Elmi fəaliyyəti
1968-ci ildə “Ksantogenatlar, tiollar və arilxlorfosfitlər əsasında kükürd və fosforsaxlayan birləşmələrin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi” mövzusu üzrə namizədlik,
1991-ci ildə isə “Tiokarbon turşuları törəmələri əsasında sürtkü yağlarına effektli yeyilmə və siyirilməyə qarşı aşqarların işlənilməsinin elmi əsasları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
1992-ci ildə professor elmi adını alıb.
208 elmi əsərin, o cümlədən 100 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Əsərlərindən 90-nı çap olunmuşdur. 18 elmi əsəri isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub.
Təltif və mükafatlar
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (1970);
- “Əmək veteranı” medalı (1987);
- Türkiyə Firat Unuversitetinin “Xatirə” medalı (1991);
- AMEA Rəyasət Heyətinin Fəxri fərmanları (2001, 2006, 2011).
Mənbələr
- Aşqarlar Kimyası İnstitutunun elmlər doktorları : Mustafayev Nazim Pirməmməd oğlu : [arx. =16 Jan 2017 - 20 Sep 2020] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 09.04.2023.
- Məmmədov Ə., Xalıqov F. Mustafayev Nazim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 434-435. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- 9 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 1941-ci ildə doğulanlar
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr