Şablon:Bilirsinizmi?
Jump to navigation
Jump to search
Xəbərlər arxivi>>
- 4 iyun 2024-cü il tarixdə, Birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgəri Səbuhi Süleymanovun (1972–1992) qalıqları Tərtər Şəhidlər xiyabanından ekshumasiya edilərək anadan olduğu Cəfərabad kəndinin kənd qəbiristanlığında dəfn ediləcək. O, uzun müddət itkin düşmüş hesab edilmişdi.
- 27 may 2024-cü il tarixdə Vüsal Xəlilovun may ayından Azərbaycan Mərkəzi Bankının baş direktoru vəzifəsinə təyin olunması xəbəri mediada yayılıb. O, bu təyinatınadək “PAŞA Bank” ASC-də texnologiya blokunun baş direktoru idi.
- 15 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Rahim Həsənova tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
- 9 may 2024-cü il tarixdə tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra 63 yaşında Şəkidə vəfat edib.
- 8 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Kamil Adışirinova filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir.
- 25 aprel 2024-cü il tarixdə AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının final oyununda Aydın Süleymanlı qələbə qazanaraq Azərbaycan çempionu olub. O, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionudur və şahmat üzrə qrossmeysterdir.
- 18 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.
- 17 aprel 2024-cü il tarixdə — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəbli 76 yaşında, Bakıda vəfat edib. O, 1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
- 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.
- 23 fevral 2024-cü il tarixdə baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında konstitusiya məhkəməsinin hakimi vəzifəsinə sabiq ədliyyə naziri Fikrət Məmmədovun təyin edilməsi haqqında prezidentin təqdimatı səsvermə yolu ilə qəbul edilib.
Şablondan istifadə təlimatı[yarat]
Redaktorlar bu şablonla bağlı eksperimentlərini bu şablonun sandbox (yarat | bax) və testcases (yarat) səhifələrində həyata keçirə bilərlər Göstərilməsi lazım olan kateqoriyalar /doc səhifəsinə əlavə edilməlidir (bu şablondakı bütün alt səhifələr). |