Məmməd Əfəndiyev (iqtisadçı)
Məmməd Əfəndiyev | |
---|---|
Əfəndiyev Məmməd Məmməd oğlu | |
Məmməd Əfəndiyev. | |
Doğum tarixi | 31 dekabr 1907 |
Doğum yeri | Nuxa (indiki Şəki), Yelezavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 2 aprel 1987 (79 yaşında) |
Vəfat yeri | Kirovabad (indiki Gəncə), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
Elm sahəsi | kənd təsərrüfatı və iqtisadiyyat |
Elmi dərəcəsi | kənd təsərrüfatı elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
• Zaqafqaziya Kommunist Universiteti (Tiflis (indiki Tbilisi); 1928–1932) • K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası, aspirantura (1933–1937) |
Həyat yoldaşı | Babayeva Nailə İdris bəy qızı |
Evladları | Aleksey Əfəndiyev, Şəhla Əfəndiyeva, İffət Əfəndiyeva və İzzət Əfəndiyeva |
Mükafatları |
|
Məmməd Əfəndiyev (1907–1987) — kənd təsərrüfatı sahəsi üzrə tanınmış alim və pedaqoq, kənd təsərrüfatı elmləri namizədi, dosent, Azərbaycan SSR əməkdar iqtisadçısı. Uzun müddət Gəncədəki indiki Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı müəssisələrində istehsalın təşkili kafedrasının rəhbəri olmuş, bir müddət isə kənd təsərrüfatının iqtisadiyyatı fakültəsinin dekanı vəzifəsini tutmuşdur (bu fakültənin yaradıcısı və ilk dekanıdır).
Haqqında məlumatlar
31 dekabr 1907-ci il tarixdə Nuxanın (indiki Şəki) Giləhli məhəlləsində anadan olub.
Təhsili
1923 – 1926-cı illərdə Bakıda fəhlə fakültəsində,
1928 – 1932-ci illərdə Zaqafqaziya Kommunist Universitetində (Tiflis, indiki Tbilisi),
1933 – 1937-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1926 – 1928-ci illərdə Nuxada,
1932 – 1933-cü illərdə isə əvvəl Lənkəranda, sonra isə Kirovabadda (indiki Gəncə) komsomol və partiya işində çalışıb.
1937 – 1984-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Kirovabad) işləyib; o cümlədən,
1937 – 1984-cı illərdə kənd təsərrüfatı müəssisələrində istehsalın təşkili kafedrasında əvvəl baş müəllim, sonra dosent, daha sonra professor,
1937 – 1976-cı illərdə kafedranın rəhbəri,
1959 – 1966-cı illərdə isə kənd təsərrüfatının iqtisadiyyatı fakültəsinin dekanı olub.
İkinci iş yerləri
Böyük Vətən müharibəsi dövründə (1941–1945) AKTİ Tədris təsərrüfatına rəhbərlik edib, Kirovabad radiosunda xəbərlərin tərcüməçisi, Ağstafa, Şəmkir kolxozlarında iqtisadçı olaraq çalışıb.
Elmi fəaliyyəti
1937-ci ildə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi, sonralar isə dosent elmi adını alıb.
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda işlədiyi müddət ərzində kənd təsərrüfatının iqtisadiyyatı, təşkili və planlaşdırılması sahəsi üzrə 21 elmlər namizədi yetişdirib. 70-ə yaxın elmi əsərin müəllifidir.
İctimai-siyasi aktivliyi
1941-ci ildən kommunist partiyasının üzvü olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda işlədiyi müddət ərzində dəfələrlə fakültə partiya təşkilatının katibi, institut və şəhər partiya komitələrin üzvü, şəhər sovetinin deputatı seçilib.
1970-ci illərdə dəfələrlə Özbəkistanın və Tacikistanın kənd təsərrüfatı institutlarında dövlət imtahan komissiyalarının sədri, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin iqtisadi şurasının, Azərbaycan SSR Elmlər Akademiyasının koordinasiya şurasının, Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının Zaqafqaziya filialın iqtisadi bölməsinin üzvü olub.
Dəfələrlə Moskva şəhərində Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində iştirak edib.
Təltif və mükafatları
- “Qafqazın müdafiəsinə görə” medalı;
- Lenin yubiley medalı (1970);
- “1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı (1975);
- “Azərbaycan SSR əməkdar iqtisadçısı” fəxri adı (1980).
Vəfatı
2 aprel 1987-ci il tarixdə – 79 yaşında, Kirovabadda vəfat edib. Orada Fəxri xiyabanda dəfn olunub.
Xatirəsi
Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə) bir auditoriyaya adı verilib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 157-158. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Eyni ad-soyadlılar
- 1907-ci ildə doğulanlar
- 31 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 2 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 1987-ci ildə vəfat edənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Azərbaycan SSR əməkdar iqtisadçıları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr