Şablon:Bilirsinizmi?
Jump to navigation
Jump to search
- 30 iyul 2020-ci il tarixdə musiqişünas alim, tarzən, sənətşünaslıq elmləri doktoru, Aleksandr Hersen adına Rusiya Dövlət Pedaqoji Universitetinin şimal xalqları institutu fakültəsinin paleoasiya dilləri, folkloru və ədəbiyyatı kafedrasının professoru, Sankt-Peterburq azərbaycanlı icmasının görkəmli nümayəndəsi Faiq Çələbiyev vəfat edib.
- 20 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda elmin inkişafında xidmətlərinə görə akademik Fəxrəddin Qədirova “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Məlumat üçün əlavə edək ki, 19 iyulda Fəxrəddin Qədirovun 70 yaşı tamam olub.
- 2 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vüqar Kərimovu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsinə təyin edib. Vüqar Kərimov 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub.
- 28 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş “Yeni Klinika”nın direktoru – tibb üzrə elmlər doktoru Pərviz Abbasov, əslən Şəkidəndir. O, 1981-ci ildə Şəkidə anadan olub, daha əvvəl — 2017 – 2020-ci illərdə “Caspian İnternational Hospital”ın baş həkimi idi.
- 27 fevral 2020-ci il tarixdə yeniyetmə Azərbaycan şahmatçısı Aydın Süleymanlı Moskvada keçirilmiş “Aeroflot open 2020” beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq qalib olub. O, 2019-cu ilin oktyabr ayında isə Hindistanın Mumbay şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında 14 yaşlı oğlanlar arasında Dünya çempionu olmuş və Beynəlxalq Usta adını qazanmışdır. Aydın Süleymanlı Şəkidən çıxmış alimin, vaxtilə, AMEA Fizika İnstitutunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.
- 27 fevral 2010-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sərhəd Qoşunları komandanı general-leytenant Əsgər Xəlilov “Rəşadət” ordeni ilə təltif edilib və hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb. O, 4 may 1955-cu tarixdə Nuxada anadan olmuşdur.
Şablondan istifadə təlimatı[yarat]
Redaktorlar bu şablonla bağlı eksperimentlərini bu şablonun sandbox (yarat | bax) və testcases (yarat) səhifələrində həyata keçirə bilərlər Göstərilməsi lazım olan kateqoriyalar /doc səhifəsinə əlavə edilməlidir (bu şablondakı bütün alt səhifələr). |