Zaman bəy Şeyxəlibəyov
Zaman bəy Şixəlibəyov | |
---|---|
Şeyxəlibəyov Zaman bəy Şeyxəli bəy oğlu | |
Zaman bəy Şixəlibəyov. | |
Anadan olub | 26 oktyabr 1838 |
Anadan olduğu yer | Nuxa, Şəki əyaləti, Rusiya İmperiyası |
Vəfat edib | 23 aprel 1904 (65 yaşında) |
Vəfat etdiyi yer | Daşkənd, Türküstan ölkəsi, Rusiya İmperiyası |
Uşaqları | İsa bəy (1856 – ?), Hacıağa bəy (1859 – ?) |
Zaman bəy Şixəlibəyov (rus.: Заманбек Шихалибеков) (1838 – 1904) — Rusiya İmperiyasında dövlət müşaviri(ru) (rus.: статский советник)[qeyd 1], tərcüməçi və diplomat; müxtəlif illərdə dörd dövlətə xidmət edib, gənc yaşlarında Rusiya İmperiyasında quberniya katibi olmuş, sonra Osmanlı dövlətinin nümayəndəsi kimi İstanbuldan Türküstana göndərilənlər arasında yer almış, daha sonra Yeddişəhər(az) əmirinin nümayəndəsi kimi ruslarla danışıqlarda iştirak etmiş və nəhayət, 1877-ci ildən Rusiya İmperiyasında Türküstan general-qubernatorun dəftərxanasında tərcüməçi vəzifəsində çalışmış, həmçinin, rəsmi səfərlərdə Buxara əmirini müşayiət etmişdir.
Haqqında məlumatlar
26 oktyabr 1838-ci il tarixdə Nuxada anadan olub[1].
1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda, 35-ci sırada, vəfat etmiş praporşik Şeyxəli bəy Hacı bəy oğlunun böyük oğlu – 22 yaşlı quberniya katibi kimi adı qeyd olunub. Həmin sənəddə Zaman bəyin 4 yaşlı İsa bəy və 1 yaşlı Hacıağa bəy adlı oğullarının, 20 yaşlı Bala bəy, 16 yaşlı Mehdi bəy, 10 yaşlı İbrahim bəy və 8 yaşlı Məhəmməd bəy adlı qardaşlarının da olduğu göstərilib[2][qeyd 2].
1860-cı ildən sonra Zaman bəy çox gənc ikən xeyli qafqazlının içərisində öz qardaşları ilə birlikdə Türkiyəyə mühacirət etmişdir[qeyd 3].
1873 – 1875 ci illər arasında Osmanlı dövlətinin nümayəndəsi kimi İstanbuldan Türküstana göndərilənlər arasında olmuş, 1875-ci ildə Kaşğara yetişmiş Osmanlı hərbi yardımını bütün yol boyu – İstanbuldan Kaşğaradək, müşayiət etmişdir[3].
1876-cı ilin dekabr ayı üçün Zaman bəyin adı Çindən müstəqilliyini elan etmiş Yeddişəhər (Kaşğar) dövlətinin əmiri Yaqub xanın(ru) etibarlı nümayəndəsi olaraq – “Zaman xan əfındi” kimi çəkilir[4][qeyd 4].
1877-ci ilin ikinci yarısında Yaqub xanın öldürülməsindən və Yeddişəhər dövlətinin Çin tərəfindən tam işğal edilməsindən sonra Zaman bəy Daşkəndə getmiş və Türküstan general-qubernatorun dəftərxanasına işə götürülmüşdür[5]. Ona dövlət müşaviri (rus.: статский советник) mülki məmur rütbəsi də verilmişdir, hansı ki həmin rütbə general-mayor və polkovnik hərbi rütbələri arasındakı hərbi rütbəyə uyğun gəlirdi.
1877 – 1878-ci illərdə Rusiya İmperiyasının Əfqanısta göndərdiyi diplomatik heyətdə yer alıb.
1882-сi ildə Rusiya imperatoru III Aleksandrın(ru) (h.o. 1881 – 1894) dəvəti ilə Peterburqa səfər edən və sonra isə öz ölkəsinə geri dönən Buxara xanı Seyid Əbdüləhəd xanı(ru) (h.o. 1885 – 1910) bütün yol boyu müşayiət etmiş şəxslərdən biri də Zaman bəy olub. Seyid Əbdüləhəd xan geri dönərkən – 19 fevral 1893-cü il tarixdə, Bakıdan keçmiş, gecələmək üçün Bakıda Zaman bəyin həmyerlisi olan Həsən bəy Nəbibəyovun evini seçmişdir[6].
1900-cü ilin iyun ayında Minvodda bir aylıq istirahət edən Buxara xanı Seyid Əbdüləhəd xanı bütün istirahəti boyu müşaiyyət edib[7].
1897-ci ildə Tunisin “Şöhrət” ordeni ilə təltif olunub[7].
1900-cü il noyabr ayının 18-də (5-də) öz xahişi ilə Türküstan general-qubernator dəftərxanasının baş tərcüməçisi vəzifəsindən azad olunub[8].
23 aprel 1904-cü il tarixdə – Daşkənddə, 65 yaşında vəfat edib[1].
Qardaşı: İbrahim bəy Şixəlibəyov rus ordusunun poruçiki idi, Birinci Dünya müharibəsində – 25 (12) iyul 1915-ci il tarixdə, döyüşdə yaralanmış və həmin yaradan da vəfat etmişdir[9][qeyd 5].
Digər
Tanınmış müğənni və aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti Nüşabə Ələsgərli 2020-ci ilin əvvəllərində mediaya verdiyi müsahibəsində Zaman bəy Şixəlibəyovun nəslindən olduğunu iddia edib.
Qeydlər
- ↑ Rusiya İmperiyasında mülki rütbə; general-mayor və polkovnik hərbi rütbələri arasındakı hərbi rütbəyə uyğun gəlirdi.
- ↑ Lakin daha sonrakı rəsmi sənədlərdə Zaman bəyin atasının adı Şeyxəli kimi yox, “Hacı bəy” kimi, bir sənəddə isə “Hacı xan” (Генеалогическое общество Алматы,) kimi, qardaşı İbrahim bəyin atasının adı isə “Zaman bəy” kimi göstərilir («Русское слово», 12 июль 1915). Şəki əyalətinin 1824-cü il kameral siyahıyaalınmasında – bəylərin siyahısında, Hacı bəy Hacı Rəsul bəy oğlu qeydə alınıb (Камералное описание, 1824) ki, bu Hacı Rəsul bəy isə çox güman ki, Hacı Çələbi xanın əmisi oğlu Şeyxəlinin oğludur. Belədirsə, deməli, Zaman bəy də Hacı Çələbi xanın əmisi oğlu Hacı Şeyxəlinin nəslindəndir.
- ↑ Q.P.Fyodorov yazır ki,
Уроженец Нухи, Заманбек во время турецкой войны 1876 года, будучи совсем юным, эмигрировал в числе очень многих кавказцев в Турцию. Возвратиться обратно он боялся, ожидая репрессий русских властей, и остался в Константинополе со своими братьями... Султан... в числе четырех-пяти человек, отправленных в Кашгар, был и Заманбек (Фёдоров Г.П. (XXI),, с. 874). Lakin Zaman bəyin 1876-cı ildə Türkiyəyə mühacirət etməsi doğru görünmür. Çünki, o, 1875-ci ildə artıq Kaşğarda idi. Bundan başqa, Türkiyə-Rusiya müharibəsi də 1876-cı ildə başlamamışdı, 1877-ci ildə başlayıb.
- ↑ Rus səyyahı Nikolay Prjevalski(ru) (1839 – 1888) 1877-ci ildə Şərqi Türküstandakı Robnor gölü istiqamətində səyahətə başlayarkən ilk dəfə 13 – 16 (1 – 4) may tarixləri arasında Yaqub xanın nümayəndəsi olan Zaman bəylə qarşılaşıb (Пржевальский Н.М., 1947, с. 5). Zəkəriyyə Əlizadənin məqaləsində isə göstərilir ki, 8 iyun 1872-ci il tarixdə Zaman bəy Yeddişəhər dövləti ilə Rusiya İmperiyası arasında bağlanmış 5 bəndlik ticarət sazişinin hazırlanmasında və ruslarla danışıqlarda iştirak etmişdir (Əlizadə Z., 7 iyun 2014, s. 24 – 25). Əgər 1872-ci il tarixi doğrudursa, onda, deməli, Zaman bəy 1872-ci ilədək Türkiyədən Kaşğara gəlib? Ola bilər ki, söhbət 1872-ci ildən yox, əslində 1877-ci ilin əvvəllərindən gedir. Belə ki, 1876-cı ilin sonu, 1877-ci ilin əvvəllərində Rusiya İmperiyası ilə Yeddişəhər dövləti arasında danışıqlar aparılmış, Zaman bəy də danışıqlarda Yeddişəhər dövlətini təmsil etmişdir (Куропаткин А.Н., 1879, с. 10 – 13).
- ↑
- 1.) 1860-cı ildə tərtib edilmiş Nuxada yaşayan bəylərinin siyahısında İbrahim bəy 10 yaşında, amma Zaman bəyin oğlu kimi yox, Zaman bəyin qardaşı kimi qeydə alınıb.
- 2.) Eyni tarixdə Nuxadan olan kornet Məhəmməd Nəbibəyov da ağır yaralanıb və Kiyev xəstəxanasında müalicə olunurdu («Русское слово», 12 июль 1915).
İstinadlar
Ədəbiyyat
- Tahirzade A. Sultan Abdulaziz'in Doğu Türkistan-Kaşğar Hanliği'na gönderdigi subay (türk.) // Türkçe Tarih : dergi. — 2016, Aralıq.
- Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı = Список беков и чиновников мусулманского вероисповедения гор. Нухи. — Azərbaycan Respublikası Dövlət Tarix arxivi, fond 10, op. 1, s/v 79, 1860.
- Генеалогическое общество Алматы. "Служащие (чиновники) Семиреченской области". https://genealogiya.kz/ (русский). Генеалогическое общество Алматы. 20 Oct 2020 tarixində arxivləşdirilib.
- Сведения об убитых и раненых в ПМВ офицерах... (rus.) // Русское слово : газета. — 12 июль 1915. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 May 2019 - 6 Jun 2020.
- Составленоно капитаном Харченновым и поручиком Скоржинским Камералное описание жителей города Нухи и Шекинской провинции. — Dövlət Tarix Arxivi, fond 24; Опис №1, № 162,, 1824.
- Фёдоров Г.П. (XXI). "Моя служба в Туркестанском крае (1870 – 1910 года)/Часть двадцать первая". https://mytashkent.uz/ (русский). mytashkent.uz. 13 Sep 2016 – 23 Oct 2020 tarixində arxivləşdirilib. (#redundant_parameters)
- Əlizadə Z. Prjevalskinin borclu olduğu şəkili – Zaman bəy Şıxəlibəyov (azərb.) // 525-ci qəzet : qəzet. — 7 iyun 2014. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 dekabr 2020.
- Офицеры РИА (1900). "Высочайшие приказы, текстовая версия, 1900, ноябрь". https://www.ria1914.info/ (русский). Офицеры русской императорской армии. 21 Apr 2019 - 30 Dec 2019 tarixində arxivləşdirilib.
- Наш Баку. "Визиты эмира бухарского Сеид Абдул-Ахат Бухадур-хана в Баку (1892, 1893г.г.)". https://www.ourbaku.com/ (русский). 21 Oct 2020 tarixində arxivləşdirilib.
- Пржевальский Н.М. От Кульджи за Тянь-Шань и на Лоб-Нор / под ред. и со вступительной статьей Э.М. Мурзаева. — Москва: ОГИЗ Государственное издательство географической литературы, 1947.
Куропаткин А.Н. Кашгария. Историко-географический очерк страны, ее военные силы, промышленность и торговля. — 1879 Arxivləşdirilib; arxivləşdirmə tarixi: 17 May 2017 - 6 Aug 2020.
Абдирашидов Д. Аннотированная библиография туркестанских материалов в газете «Таржумāн» (1883 – 1917) // CERS : jurnal. — № 5. — ISBN 978-4-904039-29-08. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 31 dekabr 2020.
- Teymurqızı T. (16/04/20). "Vətən mənim içimdədir". https://azadaz.com/ (azərb.). Azadaz.com. 26 Dec 2020 tarixində arxivləşdirilib.