Mirəli Axundov
Mirəli Axundov | |
---|---|
Axundov Mirəli Abdulla oğlu | |
Mirəli Axundov | |
Mirəli Axundov. | |
Doğum tarixi | 22 fevral 1902 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 1992 |
Vəfat yeri | Bakı, Azərbaycan |
Elm sahəsi | genetika |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Elmi adı | professor |
Uşaqları | Fuad Axundov, Ellada Axundova |
Mükafatları |
|
Mirəli Axundov (1902 – 1992) — biologiya elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR əməkdar müəllimi. Uzun müddət – 50 ildən artıq bir müddət ərzində, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin genetika və darvinizm kafedrasının müdiri vəzifəsində çalışıb.
Haqqında məlumatlar
22 fevral 1902-ci il tarixdə Nuxada anadan olub.
Təhsili
1919 – 1923-cü illərdə Azərbaycan Müəllimlər Seminariyasında,
1926 – 1930-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (biologiya ixtisası) təhsil alıb.
1932-ci ildə Moskva Pedaqoji İnstitutunun aspiranturasına (genetika ixtisası üzrə) daxil olub.
Əmək fəaliyyəti
1923 – 1926-cı illərdə həm Zaqatala şəhər ibtidai məktəbinin müdiri olmuş və həm də Zaqatala Sənaye və Kənd təsərrüfatı texnikumunda dərs demişdir.
1937 – 1988-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin genetika və darvinizm kafedrasının müdiri olub.
Elmi fəaliyyəti
Elmi fəaliyyətinin əsas istiqaməti XI – XIX əsrlərdə Azərbaycanda bioloji fikrin inkişaf tarixinin tədqiq edilməsi olub.
1965-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
Azərbaycanda biologiya elminin tədrisinin yaxşılaşdırılması istiqamətində 30-dan artıq elmi-metodik məqaləsi və 3 kitabı çap olunub.
Azərbaycan dilində ali məktəblər üçün müxtəlif illərdə “Genetika”, “Təkamül təlimi”, “Biologiyaya giriş”, “Darvinizm”, “Darvin təliminin əsasları”, “Yer üzərində həyatın mənşəyi və inkişafı”, “Faktlar milyoneri Ç.Darvin” və s. bu kimi dərslik və dərs vəsaitlərinin müəllifidir. Ümumiyyətlə 200-dən artıq elmi-tədqiqat, elmi-metodik, elmi-kütləvi kitab, broşür, dərslik, dərs vəsaiti və məqaləsi çap olunub.
Digər
Uzun müddət S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin biologiya üzrə “Elmi əsərlər” nəşrinin redaktoru olmuş, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin elmi-metodik şurasına rəhbərlik etmişdir.
20 ildən artıq bir müddət ərzində Azərbaycan televiziyasında “Təbiəti sevənlər” verilişinin aparıcısı olmuşdur.
Təltif və mükafatları
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı;
- “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı (1969);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” yubiley medalı;
- “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı.
Vəfatı
1992-ci ildə – 90 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Axundov Mirəli // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 50 – 52. — 1.000 nüsx.
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1902-ci ildə doğulanlar
- 22 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 1992-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Azərbaycan SSR əməkdar müəllimləri
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr