Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Xalid Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 14:25, 18 sentyabr 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Xalid Hacıyev
Hacıyev Xalid Məmmədsaleh oğlu
Xalid Hacıyev
Xalid Hacıyev, 2012-ci il.
Anadan olub 7 noyabr 1934 (1934-11-07) (89 yaş)
Anadan olduğu yer Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Uşağı Səbinə Hacıyeva
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili I.V.Stalin adına Moskva Nəqliyyat Mühəndisləri İnstitutu (1953–1958)

Xalid Hacıyev — tanınmış tikinti mütəxəssisi və SSRİ kateqoriyalı basketbol hakimi; uzun müddət tikinti sahəsi üzrə layihə institutlarında çalışmış, məsul vəzifələr tutmuş, həmçinin, paralel olaraq basketbol hakimi kimi fəaliyyət göstərmişdir.

Haqqında məlumatlar

7 noyabr 1934-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1943 – 1953-cü illərdə Dəmir Yolları Nazirliyinin nəzdindəki 1 nömrəli dəmir yol məktəbində,

1953 – 1958-ci illərdə İ.V.Stalin adına Moskva Nəqliyyat Mühəndisləri İnstitutunda (dəmiryol istismarı mühəndisi ixtisası üzrə) təhsil alıb.

Əmək fəaliyyəti

1958 – 1972 — “Azdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunda mühəndis, baş mühəndis, qrup rəhbəri,

1965-ci ildən tikinti şöbəsinin rəis müavini,

1969-cu ildən isə 2 saylı memar-inşaat şöbəsinin rəisi vəzifəsində çalışıb.

1972 – 1973-cü illərdə Azərbaycan SSR Dövlət Tikinti Komitəsinin sənaye tikinti şöbəsinin rəisi;

1973 – 1975-ci illərdə “Azdövlətlayihə” Dövlət Layihə İnstitutunda baş mühəndis;

1975 – 1982-ci illərdə “İttfaqyollayihə” Dövlət Layihə İnstitutunun Bakı filialının müdiri;

1982 – 1985-ci illərdə Azərbaycan SSR-in Moskva şəhərindəki Daimi Nümayəndəliyində baş referent;

1985 – 1985-ci illərdə “Bakışəhərlayihə” Layihə İnstitutunda baş mühəndisin müavini;

1985 – 1992-ci illərdə “Azəraqrolayihə” Layihə İnstitutunun müdiri;

1992 – 1996-cı illərdə “Azəraqrartikinti” ATSC-də baş mütəxəssis;

1996 – 2002-ci illərdə “Aqrarlayihə” MMC Bakı filialının rəisi;

2002 – 2004-cü illərdə “Azəraqrartikinti” ATSC-nin TMHLSSE şöbəsinin baş mütəxəssisi;

2004 – 2018-ci illərdə isə “Azəraqrartikinti” ASC Həmkarlar İttifaqı Komitəsinin sədri olub.

Ailəsi

İki qızı var: Böyük qızı Səbinə – memarlıq doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiridir; kiçik qızı Miladə, Azərbaycan Tibb Universitetini bitirdikdən sonra, təhsilini İtaliyada davam etdirib, orada yaşayır və işləyir.

Digər

Tələbəlik illərindən basketbolda hakimliyə maraq qöstərib. 1967-ci ildə SSRİ xalqlarının yubiley Spartakiadasının nəticələrinə əsasən Xalid Hacıyev basketbol üzrə ümumittifaq kateqoriyalı hakim dərəcəsi alıb. Çoxillik idman hakimliyi dövründə müxtəlif səviyyələrdə mindən çox oyunun (rayon, şəhər yarışları, Azərbaycan və SSRİ çempionatları, habelə beynəlxalq yoldaşlıq oyunları) hakimi olub.

2007-ci ildə Həcc ziyarətinə gedib.