Murad Cabbarlı
Murad Cabbarlı | |||||||
---|---|---|---|---|---|---|---|
Cabbarlı Murad Qorxmaz oğlu | |||||||
Murad Cabbarlı, 2009-cu il. | |||||||
|
|||||||
Sələfi | Nazim İbrahimov | ||||||
Xələfi | Elxan Usubov | ||||||
Doğum tarixi | 5 may 1960 | ||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||
Təhsili | M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, fəlsəfə fakültəsi, elmi kommunizm ixtisası | ||||||
Adının digər versiyaları | Мурад Джаббарлы, Мурад Ҹаббарлы |
Murad Cabbarlı — fəlsəfə elmləri namizədi, pedaqoq və tanınmış iş adamı, Şəki şəhər İcra hakimiyyətinin sabiq başçısı.
Haqqında məlumatlar
5 may 1960-cı il tarixdə Bakıda anadan olub.
Təhsili
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini (elmi kommunizm ixtisası üzrə) bitirib.
Elmi fəaliyyəti
Fəlsəfə elmləri namizədidir.
Əmək fəaliyyəti
1977-ci ildən A.Qarayev adına Uşaq Kliniki Xəstəxanasında əmək fəaliyyətinə başlayıb.
1983 – 1991-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim,
1991 – 1992-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim vəzifəsində işləyib.
1992 – 1994-cü illərdə Moskva şəhərində “Soyuzvneştorq” istehsal-ticarət birliyinin baş direktorunun müavini,
1994 – 1996-ci illərdə “Neftemaşimpeks” SC-də kommersiya işləri üzrə direktor,
1996 – 1998-ci illərdə “Texnotsentr-5” MMC-nin direktor müavini vəzifələrində çalışıb.
1998 – 2000-ci illərdə Bakı şəhərində “Şəms-R” elm-istehsalat şirkətində baş direktorun müavini,
2000 – 2008-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim,
2002 – 2006-cı illərdə əvəzçilik qaydasında “Savalan” ATSC idarə heyətinin sədri,
2006–2008-ci illərdə “ADA-Mülkiyyət” MMC-nin direktoru,
2008-ci ildə “Şəki Aqro İndastris” MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini,
2008 – 2010-cu illərdə “Şəki Kərpic” MMC-nin direktoru,
2010 – 2011-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı olub.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |