Xəyyam Mirzəzadə
Xəyyam Hadı oğlu Mirzəzadə — Azərbaycan bəstəkarı, pedaqoq, Lenin komsomolu mükafatı laureatı (1970), Azərbaycanın əməkdar incəsənət xadimi (1972), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1975, 1986), professor (1979), Azərbaycan SSR xalq artisti (1987), "Şöhrət" (2000), "Şərəf" ordeni laureatı (2010).
Haqqında məlumatlar
5 oktyabr 1935-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib.
Əmək fəaliyyəti
1957-ci ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında işləməyə başlayıb; o cümlədən,
1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.
Yaradıcılığı
Yaradıcılığı instrumental və vokal musiqini, simfonik və kamera janrlarını əhatə edir. Dramatik tamaşalara və kinofilmlərə musiqilər bəstələmişdir. Bir çox kamera əsərlərinin və sonataların müəllifidir.
Əsərləri
Baletləri
- Ağlar və qaralar (balet) (2000).
Kamera orkestri üçün
- Musiqi (1964);
- Üç xoreoqrafik şəkil (1969).
Simfonik orkestr üçün
- I Simfoniya (1957);
- II Simfoniya (Triptix, 1970);
- Kiçik lirik süita (1963);
- Oçerklər-63 simfonik poema (1963);
- "Muğan çöllərində" süitası (1967).
Xor, solist və simfonik orkestr üçün
- "Çiçəklən, Vətənim" (1964) — E. Mahmudovla birgə, sözləri: Zeynal Cabbarzadə;
- Partiya haqqında oda (1975) — sözləri: Bəxtiyar Vahabzadə.
Ağacdan nəfəs alətləri üçün
- Sekstet (1962).
Misdən nəfəs alətləri üçün
- Kvartet (1970).
Simli kvartet üçün
- I Kvartet (1956);
- II Kvartet (1961);
- Dörd miniatür (1958);
- Noraşen rəqsləri (1972);
Skripka və fortepiano üçün
- Sonatina (1950);
- Poema vä sketso (1952).
Təltif və mükafatları
- Azərbaycan SSR Lenin komsomolu mükafatı (1970);
- “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı (1972);
- Azərbaycan SSR dövlət mükafatı (1975);
- Azərbaycan SSR dövlət mükafatı (1986);
- “Azərbaycan SSR xalq artisti” fəxri adı (1987);
- “Şöhrət” ordeni (2000);
- “Şərəf” ordeni (2010).
Vəfatı
30 iyul 2018-cı il tarixdə – 82 yaşında, uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. Bakıda – II Fəxri Xiyabanda dəfn olunub.
Ədəbiyyat
- Qasımova S. Xəyyam Mirzəzadə // Musiqi dünyası : jurnal. — Bakı, 2000. — № 3–4/5. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 6 Jul 2003 - 27 Jan 2020.
- Məmmədov Ə., Xalıqov F. Mirzəzadə Xəyyam // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 314 – 315. — 600 nüsx. — ISBN 5-8066-1708-4.