Anar Şəmsiyev
Anar Şəmsiyev — ali təhsilli rəssam-pedaqoq; “Asmart Creative Hub” yaradıcılıq mərkəzində (2016-cı ildən), “Yarat Müasir İncəsənət Məkanı”nda (2017-ci ildən), “XX – XXI Əsr Azərbaycan Rəngkarlığı Muzeyi”ndə (2018-ci ildən) pedaqoq-rəssam kimi fəaliyyət göstərir.
Anar Şəmsiyev | |
---|---|
Şəmsiyev Anar İsa oğlu | |
Anar Şəmsiyev | |
Anar Şəmsiyev, 2012. | |
Doğum tarixi | 8 noyabr 1989 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili |
• Əzim Əzimzadə adına Rəssamlıq Kolleci (2005 – 2009) • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, müasir rəngkarlıq fakültəsi (2011 – 2015) |
Haqqında məlumatlar
1989-cu ildə Bakıda anadan olub.
Təhsili
2005 – 2009-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Kollecində,
2011 – 2015-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müasir rəngkarlıq fakültəsində təhsil alıb.
Hərbi xidmət
2009 – 2010-cu illərdə həqiqi hərbi xidmətdə olub.
Yaradıcılığı
Əsərləri bir sıra rəsm sərgilərində sərgilənib.
Yaradıcılığından nümunələr
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |