Sadıq Sadıqov
Sadıq Sadıqov (1926–+2000) — sovet dövründə Azərbaycanda bank sektorunda rəhbər vəzifələr tutmuş şəxs, Azərbaycan SSR əməkdar iqtisadçısı.
Sadıq Sadıqov | |
---|---|
Sadıqov Sadıq | |
Sadıq Sadıqov. | |
Anadan olub | 1926 |
Vəfat edib | + 2000 |
Mükafatları |
|
Haqqında məlumatlar
1926-cı ildə ziyalı ailəsində anadan olub.
Təhsili
1933 – 1943-cü illərdə Nuxa şəhər 2 №-li orta məktəbində təhsil alıb.
1943 – 1952-ci illərdə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) təhsil alıb.
Əmək fəaliyyəti
1952 – 1975-ci illərdə Azərbaycan SSR Dövlət Bankında işləyib; o cümlədən,
1952-ci ildən iqtisadçı,
1957 – 1961-ci illərdə Bakı şəhər idarəsinin rəisi,
1961 – 1975-ci illərdə Azərbaycan SSR Dövlət Bankının direktor müavini vəzifəsində çalışıb.
1975 – 1986-cı illərdə isə Azərbaycan SSR Sənaye-Tikinti Bankının (indiki Kapital Bank) idarə heyətinin sədri olub.
Təltif və mükafatları
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Sadıqov Sadıq // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 335–336. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |