Rəfsan Həbibullayev
Rəfsan Həbibullayev — Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin məzunu. Bir sıra respublika və beynəlxalq fənn olimpiadalarının qalibi, yaxud mükafatçısıdır.
Rəfsan Həbibullayev | |
---|---|
Həbibullayev Rəfsan Namiq oğlu | |
Rəfsan Həbibullayev. | |
Anadan olub | 15 may 2005 |
Anadan olduğu yer | Şəki, Azərbaycan |
Vətəndaşlıq | Azərbaycan |
Haqqında məlumatlar
15 may 2005-ci il tarixdə Şəkidə, hərbçi ailəsində anadan olub.
Təhsili
2011 – 2012-ci illərdə Şəki şəhər 18 saylı tam orta məktəbində,
2012 – 2015-cü illərdə Bakı şəhər 299 saylı tam orta məktəbində təhsil alıb.
2015-ci ildən sonra isə orta təhsilini Bakı Dövlət Universiteti nəzdindəki “Gənc istedadlar” liseyində davam etdirib.
Fənn olimpiadalarında uğurları
2 – 11 dekabr 2019-cu il tarixində Qətərin paytaxtı Doha şəhərində yeniyetmələr arasında keçirilən təbiət elmləri fənni üzrə dünya olimpiadasında gümüş medal[1];
2019 – 2020-сi tədris ili üzrə keçirilmiş Respublika fənn olimpiadasında fizika fənni üzrə 9-cu sinif şagirdləri arasında 1-ci yer[2];
19 – 26 iyun 2021-ci il tarixində Latviyada keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO 2021) həvəsləndirici mükafat[3].
2022-ci ilin may ayında Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilmiş Avropa Fizika Olimpiadasında bürünc medal[4].
Digər
2021-ci ildə hələ 10-cu sinifdə oxudığuna baxmayaraq SAT (Scholastic Aptitude Test) beynəlxalq sertifikatlaşdırma imtahanında iştirak etmiş və 1450 bal toplamışdır.
İstinadlar
Ədəbiyyat
- 2019-2020-сi tədris ili üzrə keçirilmiş Respublika fənn olimpiadalarının qaliblərinin adlı siyahısı . https://edu.gov.az/. Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Arxivləşdirilib (30 sentyabr 2020).
- Liseyimizin şagirdləri Dünya çempionatının mükafatçıları olub . http://www.tdv-btl.edu.az/. Bakı Türk liseyi (13.12.2019). Arxivləşdirilib (3 Feb 2020 - 29 Jun 2020).
- Təhsil Nazirliyi: Şagirdlərimiz Avropa Fizika Olimpiadasında uğurla çıxış edərək medal qazanıblar . https://azertag.az. AZƏRTAC (27.06.2021). Arxivləşdirilib (27 iyun 2021).
- Avropa Fizika Olimpiadasından uğurlu nəticə : [arx. 25.05.2022] // Azərbaycan Respublikası Təhsil Nazirliyi. — 2022. — 25 may. — Müraciət tarixi: 25.05.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |