Nuxa okruqu
Nuxa okruqu — Azərbaycan ərazisində 1930-cu ildə yarım ildən bir az çox müddət ərzində mövcud olmuş birinci dərəcəli inzibati ərazi. 25 yanvar 1930-cu il tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə, eyni tarixdə ləğv edilmiş keçmiş Zaqatala-Şəki mahalı ərazisinin bir hissəsində yaradılmışdır. Həmin tarixədək Zaqatala-Şəki mahal K(b)F İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı olan “Şəki fəhləsi” qəzeti həmin tarixdən sonra yenə də eyni təsisatların orqanı kimi çıxmaqda davam etmiş, yalnız 20 may 1930-cu il tarixdən başlamaqla Nuxa Okruq K(b)F İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı kimi çap olunmuşdur. Okruqun inzibati mərkəzi Nuxa, icraiyyə komitəsinin sədri Ələşrəf İsmayılov, icraiyyə komitəsinin katibi Abbasov olub. Okruq 3 rayondan – Göynük, Cəfərabad Vartaşen rayonlarından, o cümlədən, 26 kənd sovetliyindən və 100 kənddən ibarət idi. Okruq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə ləğv olunmuşdur. Lakin bu tarixdən sonra “Şəki fəhləsi” qəzeti hələ 16 oktyabr 1930-cu il tarixədək Nuxa Okruq K(b)F İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı kimi çap edilmişdir. Okruqun ləğv edilməsi nəticəsində, onun tərkibində olmuş ikinci dərəcəli inzibati ərazilər – rayonlar, birinci dərəcəli inzibati əraziyə çevrildilər.
Nuxa okruqu | |
---|---|
Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Şəki fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4. | |
İnzibati mərkəz: | Nuxa (indiki Şəki) |
Yaranma tarixi: | 25 yanvar 1930 |
Ləğv olunma tarixi: |
30 avqust 1930 (0 il mövcud olub) 217 gün mövcud olub |
Coğrafi region: | Azərbaycan SSR |
Yerləşirdi: | Azərbaycan SSR, SSRİ |
Ədəbiyyat
- Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Şəki fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4.
- İnzibati-ərazi vahidləri : I. İnzibati-ərazi vahidləri haqqında ümumi məlumat : [arx. 17 Jun 2012 - 26 Jun 2022] // Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. — Müraciət tarixi: 11.07.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |