Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

“Gülüstan” poeması

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:11, 16 avqust 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search

“Gülüstan” poemasıBəxtiyar Vahabzadənin 10-12 iyul tarixləri arasında Nuxada qələmə aldığı tarixi poema. İlk dəfə iki hissədən ibarət olmaqla “Nuxa fəhləsi” qəzetinin 23 oktyabr 1960-cı il tarixli 127 (1941) №-sində və 26 oktyabr tarixli 128 (1941)-ci №-sində dərc olunub; “Azərbaycanın birliyi və istiqlaliyyəti uğrunda vuruşan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə ithaf edildiyi göstərilir”; həmçinin, redaksiya adından qeyd olunub ki,

" Şair Bəxtiyar Vahabzadə Azərbaycan xalqının milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə aparmasından bəhs edən poema üzərində işləyir. Həmin poemanın bir fəsli ilk dəfə olaraq “Nuxa fəhləsi” qəsetində dərc edilir. "

İkinci hissənin sonunda poemanın 10-12 iyul tarixləri arasında Nuxada qələmə alındığı göstərilib.