Mahmud İsmayılov
Mahmud İsmayılov (Mahmud İsmayıl) | |
---|---|
İsmayılov Mahmud Əliabbas oğlu | |
Mahmud İsmayılov (Mahmud İsmayıl) | |
Mahmud İsmayılov | |
Doğum tarixi | 1 sentyabr 1920 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Azərbaycan SSR |
Vəfat tarixi | 16 avqust 2001 (80 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | proffessor |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi ( – 1941) |
Tanınır | Mahmud İsmayıl |
Mükafatları |
Mahmud İsmayılov (1 sentyabr 1920 – 16 avqust 2001) — sovet və Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü. 1946-cı ildən Azərbaycan SSR EA-nın Tarix İnstitutunda laborant kimi işə başlamış, ömrünün sonunadək həmin institutda işləmiş, 1954 – 1968-ci illərdə və 1983 – 2001-ci illərdə direktor müavini olmuşdur. Elmi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul idi, bir neçə tarixi və bir xronoloji romanı çap olunub.
Haqqında əlavə məlumatlar
1 sentyabr 1920-ci il tarixdə Nuxa şəhərində anadan olub.
Təhsili
1941-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Böyük Vətən müharibəsində
Böyük Vətən müharibəsində (1941 – 1945) iştirak edib, II dərəcəli “Vətən Müharibəsi ordeni” və bir sıra medallarla təltif olunub.
Elmi fəaliyyəti
1949-cu ildə elmlər namizədi elmi dərəcəsi,
1962-ci ildə isə elmlər doktoru elmi dərəcəsi,
1963-cü ildə professor elmi adı alıb.
1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Elmi yaradıcılığının əsas istiqaməti XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı, kənd təsərrüfatının tarixi problemlərinin tədqiqi olmuşdur. Onun «Azərbaycan dövlət kəndliləri XIX əsrin sonunda» (1957), «XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatı» (1960), «XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatında kapitalizm» (1964), «İmperializm dövründə Azərbaycanın sosial-iqtisadi strukturu» (1982) və b. əsərlərində Şimali Azərbaycanın kənd təsərrüfatı və iqtisadiyyatının bir sıra elmi problemləri öz əksini tapmışdır.
M.İsmayılov 3 cildlik «Azərbaycan tarixi»nin əsas müəlliflərindən biri, 7 cildlik «Azərbaycan tarixi»nin IV və V cildlərinin məsul redaktoru olmuşdur. Onun 1992-ci ildə çapdan çıxmış «Azərbaycan tarixi» əsəri dəfələrlə nəşr olunmuşdur.
M.İsmayılov Moskvada nəşr olunmuş «SSRİ-də tarix elminin tarixi» (1955), «Qafqaz xalqları» (1962) və b. əsərlərin yazılmasında yaxından iştirak etmişdir. O, Ankara, Kayseri, Paris, Roma, Moskva və başqa şəhərlərdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmişdir.
M.İsmayılovun rəhbərliyi ilə 25-dək namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur.
Bədii yaradıcılığı
“Ağ yapıncı”, “Xaqani”, “El üçün yan”, “İki od arasında” adlı tarixi, “Sənin ulu baban” adlı xronoloji romanların müəllifidir.
Vəfatı
16 avqust 2002-ci il tarixdə Bakıda vəfat edib.
Vəfatı münasibəti ilə Azərbaycan Respublikasının rəsmi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin, Azərbaycan Respublikasının Milli Məclisin sədri Murtuz Ələsgərovun, Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin və başqa görkəmli şəxslərin imzası ilə nekroloq dərc olunmuşdur.
Təltif və mükafatları
- II dərəcəli “Vətən Müharibəsi ordeni”
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı.
- “Qafqazın müdafiəsinə görə” medalı.
İstifadə edilmiş mənbələr
- İsmayılov Mahmud Əliabbas oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 597. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. İsmayılov Mahmud // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 284 – 286. — 1.000 nüsx.
- "Vəfat etmiş müxbir üzvlər/İsmayilov Mahmud Əliabbas oğlu". science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 19 Sep 2018 – 22 Jul 2019 tarixində arxivləşdirilib.
- "MAHMUD ƏLİABBAS OĞLU İSMAYILOV (nekroloq)". azertag.az (azərb.). AZƏRTAC. 17.08.2001. 9 Apr 2015 tarixində arxivləşdirilib.
Həmçinin bax
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1920-ci ildə doğulanlar
- 1 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 16 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- 2001-ci ildə vəfat edənlər
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr