Məmmədəmin Şəkinski

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:41, 16 noyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məmmədəmin Şəkinski
Şəkinski Məmmədəmin Əhməd oğlu
Məmmədəmin Şəkinski
Məmmədəmin Şəkinski
Anadan olub 15 mart 1900(1900-03-15)
Anadan olduğu yer Aşqabad, Zakaspiysk vilayəti, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 28 sentyabr 1979 (79 yaşında)
Vəfat etdiyi yer Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşağı Əkrəm Şəkinski
Mükafatları Lenin ordeni

Məmmədəmin Şəkinski – Azərbaycan sovet dövlət xadimi; bir sıra məsul vəzifələrdə çalışmış, lakin 1937-ci ildə siyasi repressiyaya məruz qalaraq həbs olunmuşdur (1955-ci ildə bəraət alıb). Azərbaycan sovet milisinin yaradıcılarından biri hesab olunur.

Haqqında məlumatlar

15 mart 1900-ci ildə Aşqabad şəhərində anadan olub.

1909-cu ildə ailəsi ilə Nuxa şəhərinə köçüb.

1917-ci ildən Tiflisdə bolşevik hərəkatına qoşulmuş, Qars vilayətində, Nuxa və Ağdam qəzalarında bolşevik təbliğatı aparmışdır.

1918-ci ildə Hümmət partiyasının Aşqabad komitəsinin məsul katibi olub, Aşqabad Fəhlə və Əsgər Deputatları Sovetinə üzv seçilib.

1918 – 1919-cu illərdə Azərbaycan ordusunda xidmət edib.

1920 – 1923-cü illərdə qızıl ordunun 5-ci polkunun hərbi komissarı, Zaqatala qəza hərbi komissarı, Azərbaycan atıcı briqada və diviziyası siyasi şöbəsinin rəisi vəzifələrində işləyib.

1923 – 1937-ci illərdə Bakı milis rəisi, Bakı Baş Milis İdarəsi rəisinin müavini, Yevlax Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı komissarının müavini, Kirovabad Şəhər İcraiyyə Komitəsinin sədri, həmçinin, Azərbaycan SSR və Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitələrinin üzvü olub.

1937 – 1955-ci illərdə siyasi repressiyaya səbəbindən həbsdə yatıb; 1955-ci ildə bəraət alıb.

1955-ci ildən İttifaq əhəmiyyətli təqaüd alırdı.

1957-ci ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyi Arxiv idarəsinin rəisi vəzifəsində işləyib.

Lenin ordeni və medallarla təltif edilmişdir.

1979-cu ildə Bakıda vəfat edib.

Ədəbiyyat

  • Справочник Бакинской ярмарки 1924 года и путеводитель по Баку с планом ярмарки и г. Баку/Под ред. В.Серова, с. 69.
  • Şəkinski Məmmədəmin Əhməd oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 504. — 80.000 nüsx.
  • Məmmədov Ə., Xalıqov F. Şəkinski Məmmədəmin // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 522 – 523. — 1.000 nüsx.
  • "Шекинский Мамед Эмин Ахмед оглы (1900)". https://ru.openlist.wiki/ (русский). Открытый список. 16 Nov 2020 tarixində arxivləşdirilib.
  • "Шекинский Мамед Эмин Ахмед оглы". https://www.baku.ru/ (русский). Baku Pages. 16 Nov 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə