Yusif Rəhimov
Yusif Rəhimov | |
---|---|
Rəhimov Yusif Rəsul oğlu | |
Yusif Rəhimov, 2019. | |
Anadan olub | 12 yanvar 1959 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Uşaqları | Ruslan Rəhimov, Nemət Rəhimov, Rəsul Rəhimov |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), elektromexanika fakültəsi (1977 – 1984) |
Yusif Rəhimov – AMEA Şəki Regional Elmi Mərkəzinin ekoloji coğrafiya şöbəsinin müdiri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin orqanı olan “Mədəniyyət qalası” qəzetinin baş redaktoru.
Haqqında məlumatlar
12 yanvar 1959-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1966 – 1976-cı illərdə Nuxa şəhər 11 №-li orta məktəbində,
1977 – 1984-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) elektromexanika fakültəsində təhsil alıb.
Hərbi xidmət
1979 – 1981-ci illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1976 – 1977-ci illərdə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin 2 №-li filialında tərəziçi işləyib.
1984 – 1985-ci illərdə “Azərneftkimyazavodtəmiri” trestinin (Bakı) ixtisaslaşdırılmış mexanizasiya idarəsində mexanik,
1985 – 2002-ci illərdə Şəki Aqrar Sənaye Tikinti Trestində mühəndis, böyük mühəndis, baş mühəndis vəzifələrində çalışıb.
2002 – 2014-cü illərdə AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi,
2014-cü ildən isə ekoloji coğrafiya şöbəsinin müdiridir.
İkinci iş yeri
2012 – 2014-cü illərdə Şəki Heydər Əliyev Mərkəzinin direktoru olub.
Elmi fəaliyyəti
- AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun dissertantıdır.
Jurnalistlik fəaliyyəti
2014-cü ildən “Mədəniyyət qalası” baş redaktorudur. Şablon:Yaxşı məqalə