Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rəhim Qazıyev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:42, 16 fevral 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rəhim Qazıyev
Rəhim Qazıyev
bayraqAzərbaycan Respublikasının Müdafiə naziribayraq
17 mart, 1992 — 20 fevral 1993[1]
Sələfi Tahir Əliyev
Xələfi Dadaş Rzayev
Şəxsi məlumatlar
Doğum tarixi 17 fevral 1943 (1943-02-17) (81 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, SSRİ
Atası Həsən Məmməd oğlu Qazıyev
Anası Libada Məmməd qızı Qazıyeva

Rəhim Həsən oğlu Qazıyev (d. 17 fevral 1943, Şəki, Azərbaycan SSR, SSRİ) — Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Respublikasının keçmiş Müdafiə naziri. 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olmuşdur.[2]

Haqqında məlumatlar

17 fevral 1943-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1950 – 1960-cı illərdə Nuxa şəhər 3 nömrəli orta məktəbin

1961 – 1967-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsində təhsil alıb.

Əmək fəaliyyəti

1968–ci ildən Ç.İldıtım adına Azərbaycan Politexnik İnstitutunun ali riyaziyyat kafedrasında əvvəl laborant, sonra baş laborant, daha sonra asisent

1975-ci ildən isə yeni yaradılmış İnşaat Mühəndisləri İnstitutunun ali riyaziyyat kafedrasında əvvəl baş müəllim, sonra isə dosent vəzifəsində işləyib.

1992 – 1993-cü illərdə Azərbaycan Respublikasının Müdafiə naziri olub.

Elmi fəaliyyəti

1979-cu ildə “Elastik, plastik və özlü mühitdə dağıntını nəzərə almaqla və almamaqla dalğaların yayılması məsələsinin təqribi analitik yolla həlli” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

İctimai-siyasi fəaliyyəti

1987 – 1990-cı cı illərdə Kommunist partiyasının üzvü olub.

1988-ci ildən milli azadlıq hərakatına qoşulub və Azərbaycan Xalq Xəbhəsi İdarə Heyətinin üzvü olub.

1990-cı lin sonunda 129 nömrəli Şəki birinci şəhər seçki dairəsindən (ikinci seçki) Azərbaycan SSR xalq deputatı seçilib.

1991-ci ilin əvvəllərində Azərbaycan Respublikası Ali Sovetin Milli Şurasına üzv seçilib.

Hərbi sahədə fəaliyyəti

1992-ci ilin yanvarın 31-dən yenicə yaranmış və Azərbaycan Respublikasının Müdafiə Nazirliyində də qeydiyyatdan keçirdiyi 109 nəfərlik könüllü döyüşçü dəstəsi ilə Şuşanın müdafiəsinə qatılıb. 1992-ci il fevral ayının 4-dən 5-nə keçən gecə, həmin 109 nəfərin arasında olan Emin Məmmədov adlı bir xain, Rəhim Qazıyevi kazarmada yatdığı yerdə öldürmək üçün onun çarpayısını gülləboran etmiş, 8 nəfər könüllünü öldürmüş, 6 nəfəri, o cümlədən, Rəhim Qazıyevi yaralamışdır.

17 mart 1992-cı il tarixdə Azərbaycan Respublikasının müdafiə naziri təyin edildikdən az sonra əvvəl strateji əhəmiyyətə malik Şuşa şəhəri, sonra isə Laçın dəhlizi ermənilər tərəfindən işğal edilsə də, həmin ilin ikinci yarısında Azərbaycan ordusu cabhədə üstünlüyü tam ələ almış, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin ərazisinin 52 %-i, həmçinin Laçın rayonunun 67 yaşayış məntəqəsi işğaldan azad olunmuş, 1988-ci ildən bağlı qalan Tətər – Ağdərə – Kəlbəcər şosse yolu açılmışdır. Lakin 1993-cü ilin əvvəllərində cəbhədəki uğursuzluqlardan sonra Rəhim Qazıyev müdafiə naziri vəzifəsindən istefa verməyə məcbur olub.

Məhkumuğu

1990-cı il 20 yanvar hadisələrindən sonra həbs edilib; 8 aylıq həbsdən sonra azadlığa buraxılıb.

1 Sentyabr 1993-cü il tarixində barəsində cinayət işi başlanıb və deputat toxunulmazlığına xitam verilib.

21 noyabr 1993-cü ildə həbs edilib və Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına yerləşdirilib.

1994-cü il sentyabrın 21-dən 22-nə keçən gecə bir neçə nəfərlə birlikdə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçıb.

1996-cı il aprelin 13-dən 14 keçən gecə Rusiyada həbs edilərək Azərbaycana gətirilib.

20 mart 2005-ci il tarixdə prezident İlham Əliyevin fərmanı ilə azadlığa buraxılıb.


=Həmçinin, bax:

Şəkidən Azərbaycan SSR xalq deputatlığına namizədlərin siyahısı (1990)


Şəxsi həyatı

Ailəli idi, Sevinc, Aytən və Şəbnəm adlı qızları var.

İstinadlar

Ədəbiyyat