Rəhim Qazıyev
Rəhim Qazıyev | |||||||
---|---|---|---|---|---|---|---|
|
|||||||
Sələfi | Tahir Əliyev | ||||||
Xələfi | az:Dadaş Rzayev | ||||||
Doğum tarixi | 17 fevral 1943 | ||||||
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ | ||||||
Atası | Həsən Məmməd oğlu Qazıyev | ||||||
Anası | Libada Məmməd qızı Qazıyeva | ||||||
Uşaqları | Sevinc Qazıyeva, Aytən Qazıyeva, Şəbnəm Qazıyeva | ||||||
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakultəsi (1961 – 1967) | ||||||
Elmi dərəcəsi | fiziki-riyaziyyat elmləri namizədi | ||||||
Elmi adı | dosent |
Rəhim Qazıyev – fizika-riyaziyyat elmləri namizədi, dosent, ictimai-siyasi xadim, Azərbaycan Respublikasının sabiq müdafiə naziri.
Haqqında məlumatlar
17 fevral 1943-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1950 – 1960-cı illərdə Nuxa şəhər 3 nömrəli orta məktəbində,
1961 – 1967-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsində təhsil alıb.
Elmi fəaliyyəti
1979-cu ildə “Elastik, plastik və özlü mühitdə dağıntını nəzərə almaqla və almamaqla dalğaların yayılması məsələsinin təqribi analitik yolla həlli” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyəti
1968–ci ildən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun ali riyaziyyat kafedrasında əvvəl laborant, sonra baş laborant, daha sonra asisent,
1975-ci ildən isə yeni yaradılmış İnşaat Mühəndisləri İnstitutunun ali riyaziyyat kafedrasında əvvəl baş müəllim, sonra isə dosent vəzifəsində çalışıb.
1992 – 1993-cü illərdə Azərbaycan Respublikasının Müdafiə naziri olub.
İctimai-siyasi fəaliyyəti
1987 – 1990-cı cı illərdə Kommunist partiyasının üzvü olub.
1988-ci ildən Azərbaycan milli azadlıq hərakatına qoşulub və Azərbaycan Xalq Xəbhəsi İdarə Heyətinin üzvü olub.
1990-cı lin sonunda 129 nömrəli Şəki birinci şəhər seçki dairəsindən (ikinci seçki) Azərbaycan SSR xalq deputatı seçilib.
1991-ci ilin əvvəllərində Azərbaycan Respublikası Ali Sovetin Milli Şurasına üzv seçilib.
Hərbi sahədə fəaliyyəti
1992-ci ilin yanvarın 31-dən yenicə yaranmış və Azərbaycan Respublikasının Müdafiə Nazirliyində də qeydiyyatdan keçirdiyi 109 nəfərlik könüllü döyüşçü dəstəsi ilə Şuşanın müdafiəsinə qatılıb. 1992-ci il fevral ayının 4-dən 5-nə keçən gecə, həmin 109 nəfərin arasında olan Emin Məmmədov adlı bir xain, Rəhim Qazıyevi kazarmada yatdığı yerdə öldürmək üçün onun çarpayısını gülləboran etmiş, 8 nəfər könüllünü öldürmüş, 6 nəfəri, o cümlədən, Rəhim Qazıyevi yaralayıb.
17 mart 1992-cı il tarixdə Azərbaycan Respublikasının müdafiə naziri təyin edildikdən az sonra, əvvəl strateji əhəmiyyətə malik Şuşa şəhəri, sonra isə Laçın dəhlizi ermənilər tərəfindən işğal edilsə də, həmin ilin ikinci yarısında cabhədə üstünlük tam Azərbaycan tərəfinin əlində olmuş, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin 52 %-i, həmçinin Laçın rayonunun 67 yaşayış məntəqəsi işğaldan azad edilmiş, 1988-ci ildən bağlı qalan Tətər – Ağdərə – Kəlbəcər şosse yolu açılmışdır. Lakin 1993-cü ilin əvvəllərində cəbhədə yenidən baş vermiş hərbi uğursuzluqlardan sonra Rəhim Qazıyev müdafiə naziri vəzifəsindən istefa verməyə məcbur olmuşdur.
Məhkumuğu
1990-cı ildə 20 yanvar hadisələri ilə bağlı təqsirli bilinərək həbs edilib və 8 aydan sonra azadlığa buraxılıb.
21 noyabr 1993-cü il tarixdə yenidən həbs edilib və Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına yerləşdirilib.
1994-cü il sentyabrın 21-dən 22-nə keçən gecə bir neçə nəfərlə birlikdə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçıb.
1996-cı il aprelin 13-dən 14 keçən gecə Rusiyada həbs edilərək Azərbaycana gətirilib.
20 mart 2005-ci il tarixdə prezident İlham Əliyevin fərmanı ilə azadlığa buraxılıb.
=Həmçinin, bax:
Şəkidən Azərbaycan SSR xalq deputatlığına namizədlərin siyahısı (1990)
Ədəbiyyat
- Əsgərov H. Rəhim Həsən oğlu Qazıyev (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1990. — В. 12 dekabr. — № 33 – 34 (1967 – 1968). — Səh. 2.