Abdulla bəy Əfəndizadə
Abdulla bəy Əfəndizadə | |
---|---|
Əfəndizadə Abdulla bəy İsmayıl oğlu | |
Abdulla bəy Əfəndizadə | |
Doğum tarixi | 3 mart 1873 |
Doğum yeri | Nuxa, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfatı | 1928 |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Uşağı | Ziya Əfəndiyev |
Təhsili |
Mixaylov Sənət Məktəbi (Yelezavetpol (indiki Gəncə), 1888 – 1894) Aleksandr Müәllimlәr İnistitutu (Tiflis (indiki Tbilisi), 1895 – 1899) |
Abdulla bəy Əfəndizadə – maarif xadimi, yazıçı, tәrcümәçi, Azərbaycan parlamentininin (1918 – 1920) Nuxa şəhərindən seçilmiş deputatı. Rәşid bәy Əfәndiyevin qardaşı, Hikmət Ziyanın isə babasıdır.
Haqqında məlumatlar
3 mart 1873-cü il tarixdə Nuxada anadan olub.
Təhsili
1880 – 1888-ci illərdə Nuxada evdә vә mәhәllә mәktәbindә ibtidai,
1888 – 1894-cü illərdə Mixaylov Sənət Məktəbində (Yelezavetpol (indiki Gəncə)) kənd təsərrüfatı – bağçılıq və ipəkçilik, üzrә orta ixtisas,
1895 – 1899-ci illərdə dә Aleksandr Müәllimlәr İnistitutunda (Tiflis (indiki Tbilisi)) ali pedaqoji tәhsil alıb.
Əmək fəaliyyəti
1899 – 1920-ci illərdə, əvvəlcə, Bakıda Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə təsis edilmiş və Sultan Məcid Qənizadənin rəhbərlik etdiyi məktəbdə pedaqoji əmək fəaliyyətə başlayıb, daha sonra müxtәlif mәktәblәrdә müәllim vә müdir (1898–1920) işlәmişdir
İctimai-siyasi fəaliyyəti
1906 və 1907-ci illərdə Qafqaz Müsəlman Müəllimlərinin I və II qurultaylarında iştirak edib.
1918 – 1920-ci illərdə Nuxa şəhərinin təmsilçisi kimi Azərbaycan parlamentinin üzvü olub.
Ədəbi, elmi, pedaqoji-elmi, tərcüməçilik fəaliyyəti
1894-cü ildə “Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza” məcmuəsində NUxada topladığı folklor nümunələri,
1906-cı ildə “Rüstəmin yuxusu” kitabı,
1908-ci ildə Süleyman Sani Axundov və Fərhad Ağazadə (Şərqli) birlikdə tərtib etdikləri “İkinci il” məktəb dərsliyi,
1914-cü ildə “Şagirdlərə hədiyyə” kitabı,
1919-cu ildə Nuxadakı “Mədəniyyət” mətbəəsində siyasi lirika janrında qələmə aldığı “Hər ürəkdə səbt olubdur: ya ölüm, ya Türkiyə!” adlı kitabçası çap olunub.
Rus şairlərindən İ.A.Krılovun, M.Y.Lermontovun və başqalarının şeirlərini azərbaycan dilinə tərcümə edib.
Vəfatı
1928-ci ildə – 55 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- ƏFƏNDİYEV (Əfәndizadә) Abdulla bәy İsmayıl bәy oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. ?. — ISBN 978-9952-441-13-0.
- Baxışov V. Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında Nuxa qəzasını təmsil edən şəxslər (azərb.) // Ədalət : qəzet. — Bakı, 1918. — В. 8 iyun. — № 102. — Səh. 7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 13 Nov 2018 - 1 Jul 2020.
Həmçinin, bax
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1873-cü ildə doğulanlar
- 3 martda doğulanlar
- Martda doğulanlar
- 1928-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- AME məqaləsinə istinad olunan məqalələr