Rəsul Rəsullu

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:31, 13 mart 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rəsul Rəsullu
Rəsullu Rəsul Yusif oğlu
Rəsul Rəsullu
Rəsul Rəsullu
Doğum tarixi 1908
Doğum yeri Nuxa
Vəfat tarixi 1962
Vəfat yeri Bakı
Elmi dərəcəsi filologiya elmləri namizədi
Elmi adı dosent
Təhsili

Bakı Pedaqoji Texnikumu (1924 – 1927)

Azərbaycan Pedaqoji İnstitutu (1936 – 1940)
Mükafatları "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı
"Əməkdə fərqlənməyə görə" medalı"Qafqazın müdafiəsinə görə" medalı

Rəsul Rəsullu (1908 – 1962) — filologiya elmləri namizədi, Azərbaycan SSR əməkdar müəllimi. “İpəkçi” qəzetinin ilk redaktoru (1933 – 1934)[qeyd 1], Nuxa İkiillik Müəllimlər İnstitutunun birinci və sonuncu direktoru. Bəzi məlumatlara əsasən bir müddət “Şəki fəhləsi” qəzetinin də redaktoru olmuşdur[qeyd 2]. Həyatının son illərində V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutun Azərbaycan ədəbiyyatı kafedrasında dosent vəzifəsində çalışıb.

Haqqında məlumatlar

1908-ci ildə Nuxada fəhlə ailəsində anadan olub.

Təhsili

1921 – 1924-cü illərdə Nuxada orta məktəbdə,

1924 – 1927-ci illərdə Bakı Pedaqoji Texnikumunda,

1936 – 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1927 – 1929-cu illərdə Zaqatala qəzasının İlisu kəndində müəllim,

1929 – 1930-cu illərdə Zaqatala-Şəki mahalı maarif şöbəsində inspektor vəzifəsində çalışıb.

1931 – 1936-cı illərdə Nuxadakı bir çox məktəb və texnikumlarda müəllimlik etməklə yanaşı,

1933 – 1934-cü illərdə həm də “İpəkçi” qəzetinin redaktoru olub.

1940 – 1953-cü illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunun direktoru,

1953 – 1958-cu illərdə Həsən bəy Zərdabi adına Pedaqoji İnstitutun (Kirovabad) Azərbaycan ədəbiyyatı kafedrasında dosent,

1958 – 1959-cu illərdə isə V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutun (Bakı) Azərbaycan ədəbiyyatı kafedrasında dosent vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1945-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuş “Ölməz sənətkar” adlı monoqrafiyanın və onlarla elmi məqalənin müəllifidir.

İctimai-siyasi fəaliyyəti

Nuxa İkiillik Müəllimlər İnstitutunun direktoru vəzifəsində işləyərkən – 1943-cü ilin yanvar ayında, aylıq maaşının 10 faizini müharibə qurtaranadək döyüş maşınlarının düzəldilməsi nəfinə vermək niyyətində olduğunu bəyan etmiş, digər ali məktəb rektorlarını da bu cür hərəkət etməyə çağırmışdı[qeyd 3].

1947-ci ildə Nuxa şəhər üçüncü seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Təltif və mükafatları

Qeydlər

  1. “İpəkçi” qəzetinin 1933–1934-cü illərdə çap olunmuş nüsxələrində qəzetin məsul redaktorunun Rəsul Rəsullu olduğu göstərilir. Hal-hazırda yalnız “İpəkçi” qəzeti redaksiyasının arxivində saxlanılan həmin nüsxələr, vaxtilə, elə Rəsul Rəsullunun şəxsi arxivində olmuşdu, lakin onun vəfatından sonra – XX əsrin 60-cı illərində, ailəsi tərəfindən qəzetin o vaxtkı redaktoru Salis Məmmədova təhvil verilib.
  2. “Şəki fəhləsi” qəzetinin 50 illiyi münasibəti ilə çap olunmuş kitabçada, qəzetin keçmiş redaktorlarından biri kimi Rəsul Rəsullunun da fotoşəkli dərc edilib.
  3. Böyük Vətən müharibəsinin 40 illiyi münasibəti ilə Azərbaycan KP MK Şəki Şəhər Komitəsi, “Şəki fəhləsi” qəzetinin redaksiyası və "Bilik" cəmiyyəti tərəfindən buraxılmış vərəqədə göstərilir ki,
    " 1943-cü ilin yanvar ayından etibarən Şəkidəki müəllimlər institutunun direktoru Rəsul Rəsullu yoldaş aylıq maaşının 10 faizini müharibə qurtaranadək faşizmə qarşı döyüş maşınları düzəldilməsi nəfinə vermək üçün təşəbbüs qaldırmış və bütün ali məktəb rektorlarını bu cür yardım etməyə çağırmışdı. "

İstifadə edilmiş əsas mənbə

Şablon:Yaxşı məqalə