Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

Məmməd Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış həkiml...' ilə yarat) tərəfindən edilmiş 23:53, 13 aprel 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Məmməd Hacıyev
Hacıyev Məmməd (Məhəmməd) Cəbrayıl oğlu
Məmməd Hacıyev
Məmməd Hacıyev.
Doğum tarixi 8 may 1890(1890-05-08) (26 aprel)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1955(1955-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (65)
Vəfat yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of Russia.svg Rusiya İmperiyasıFlag of the Soviet Union.svg SSRİ
Mükafatları Əmək qəhrəmanı
"Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 1942

Haqqında məlumatlar

8 may (26 aprel) 1890-cı ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1903-cü ilin avqustunda Kerç Aleksandr gimnaziyasına daxil olaraq 14 iyun 1911-ci ildə orada 8-illik tam orta təhsili bitirib.

1911 – 1916-cı illərdə Novorossiya Universitetinin (Odessa) tibb fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1916 – 1924-cü illərdə əvvəl iki ay Odessadakı poliklinikalardan birində həkim, sonra isə Kerç şəhərindəki xəstəxananın baş həkimi, daha sonra isə Nəriman Nərimanovun dəvəti ilə Bakıya gələrək bir-neçə il Bakıdakı xəstəxanalarda həkim işləyib.

1924 – 1954-cü illərdə Nuxa şəhər xəstəxanasının (bu illərdə xəstəxana əvvəl “Nuxa Xalq Xəstəxanası”, 7 dekabr 1926-cı il tarixdən “Qədirli adına Nuxa Xalq Xəstəxanası”, 1942-ci ildən Mirzə Fətəli Axundov adına Nuxa şəhər xəstəxanası və s. adlanmışdır) baş həkimi olub.

Təltif və mükafatları

  • Əmək qəhrəmanı adı (1928—1938-ci illər arasında);
  • Azərbaycan SSR əməkdar həkimi (1942);
  • orden və medallar.

Vəfatı

1954-cü ildə − 64 yaşında, Nuxada vəfat edib.

Xatirəsi

1968-ci ildə Şəki Mərkəzi Rayon Xəstəxanasına onun adı verilib. Daha sonra Şəki Mərkəzi Rayon Xəstəxanası qarşısında büstü qoyulub və Şəkidəki bir küçəyə də adı verilib.

Ailəsi

  • Atası: Cəbrayıl Hacı (Əbdül)cabbar oğlu (1855–?) – 2-ci gildiya tacir (bu rütbəni ona 30 dekabr 1910-cu ildə Kerç Şəhər İdarəsi vermişdir).
  • Anası: Tutu Usta Lətif qızı.
  • Oğlu: Fevzi Hacıyev – tanınmış cərrah, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun ümumi cərrahiyyə kafedrasında dosenti.
  • Qızı: Faimə Hacıyeva – göz həkimi (uzun müddət Bakı şəhər 4 №-li klinik xəstəxanasında göz xəstəlikləri şöbəsinin müdiri olub).

Ədəbiyyat

  1. Mete Ə. Ənənələr yaşayır // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 331 – 333. — 500 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Hacıyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 152. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  3. Əsədov Q. (2016). "ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (II hissə)". www.municipality.shaki.info (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.
  4. Mərdanov M.C., Tahirzadə Ə.Ş. HACIYEV Məhəmməd Cəbrayıl oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F – İ hərfləri. — Bakı: Təhsil, 2019. — III  cild. — Səh.: 149 – 152.

Şablon:Yaxşı məqalə