Hüseyn Rəsulov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Ədibi fəaliyyəti) tərəfindən edilmiş 21:37, 20 aprel 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Hüseyn Rəsulov
Rəsulov Hüseyn Bəxtiyar oğlu
Hüseyn Rəsulov
Hüseyn Rəsulov.
Anadan olub 23 yanvar 1923(1923-01-23)
Anadan olduğu yer Nuxa, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 28 aprel 1991 (68 yaşında)
Vəfat etdiyi yer Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

Nuxa Pedaqoji Məktəbi (–1941)

Nuxa İkiillik Müəllimlər İnstitutu (1943–1945)
Mükafatları "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 1965

Hüseyn Rəsulov (1923–1991) — tanınmış pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi. Müxtəlif illərdə Şəki şəhər 10 №-li orta məktəbinin direktoru, Şəki rayon Xalq Maarif şöbəsinin müdiri və s. vəzifələrdə çalışmışdır. Həmçinin, ədəbi yaradıcılıqla da məşğul olub.

Haqqında məlumatlar

23 yanvar 1923-cü il tarixdə Nuxada anadan olub.

Təhsili

1941-ci ildə Nuxa Pedaqoji Məktəbini bitirib.

1941-ci ilin sentyabr ayından 1942-ci ilin fevral ayına qədər Suxumu hərbi-piyada (atıcı-pulyomotçu) məktəbində,

1943 — 1945-ci illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunda təhsil alıb.

Hərbi xidmətdə

5 avqust 1941-ci ildə Sovet Ordusu sıralarına çağırılıb.

1942-ci ilin fevral ayında kiçik leytenant rütbəsi alıb (Suxumu hərbi-piyada (atıcı-pulyomotçu) məktəbinini bitirdiyinə görə).

1942-ci ilin mart ayından dekabr ayına kimi 416-cı Azərbaycan diviziyasında bölük və vzvod komandiri olub.

1942-ci ilin dekabr ayında əlindən yaralandığına görə ordudan tərxis edilib.

Əmək fəaliyyəti

1941-ci ildə bir neçə ay Nuxa rayonunun Aşağı Göynük kəndində müəllim,

1945 – 1946-cı illərdə Nuxa şəhər 6 №-li orta məktəbində müəllim və dərs hissə müdiri işləyib.

1946 – 1974-cü illərdə Nuxa/Şəki şəhər M.Qorki adına 10 №-li orta məktəbində işləyib; o cümlədən, əvvəl ibtidai siniflər üzrə tədris hissə müdiri,

1950-ci ildən isə məktəbin direktoru olub.

1974-cü ilin mart ayından 1974-cü ilin sentyabr ayınadək Şəki şəhər Xalq Maarif şöbəsinin,

1974-cü ilin sentyabr ayından 1986-ci ilədək Şəki rayon Xalq Maarif şöbəsinin müdiri olub.

Daha sonra Şəki şəhər Xalq Maarif şöbəsində metodist vəzifəsində çalışıb.

Ədəbi fəaliyyəti

1950-ci illərin əvvəllərində ədəbi yaradıcılığa başlayıb. Yaradıcılığında əsas yeri epik əsərlər tutub. Əsərlərini respublika və yerli mətbuatda “Hüseyn Rəsullu” imzası ilə çap etdirib.

1957-ci ildə “Günəş” pyesi Kirovabad Dram Teatrında,

1959 – 1965-ci illər arasında həmmüəllifi olduğu (Lütfəli Həsənovla birlikdə) “Bağışla məni, əzizim” pyesi Məmmədkəbir Hacıoğlunun rejissorluğu ilə Nuxa Xalq Teatrında tamaşaya qoyulub.

Təltif və mükafatları

Vəfatı

28 aprel 1991-ci il tarixdə – 68 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Mete Ə. Rəsulov Hüseyn Bəxtiyar oğlu // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 122. — 500 nüsx.
  2. Şükürov R., Orsər R. Rəsulov Hüseyn Bəxtiyar oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 196 – 197. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  3. Orsər R. Hüseyn Rəsulov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 265 – 268. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Şablon:Yaxşı məqalə