Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Ülkər Hüseynova

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:29, 23 aprel 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Ülkər Hüseynova
Ülkər İbrahim qızı Hüseynova
Ülkər Hüseynova
Doğum tarixi 24 aprel 1937 (1937-04-24) (87 yaş)
Doğum yeri Nuxa, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Şirməmməd Hüseynov
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1955—)
Əsərlərinin dili azərbaycan dili

Ülkər Hüseynova — “Elm və həyat” jurnalının redaktor müavini və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun baş mütəxəssisi.

Haqqında məlumatlar

24 aprel 1937-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1955-ci ildə Bakıdakı 132 saylı məktəbi bitirib.

1955-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.

Əmək fəaliyyəti

1966-cı ildən “Elm və həyat” jurnalında işləyir; o cümlədən,

əvvəl bir müddət şöbə müdiri,

1993 – 1995-ci illərdə baş redaktorun müavini,

1995 – 1997-ci illərdə baş redaktor olmuş,

1997-ci ildən sonra isə redaktor müavini vəzifəsində çalışır.

2013-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş mütəxəssisdir.

Digər fəaliyyəti

45 il ərzində çap olunmuş yüzlərlə müxtəlif janrlı elmi-publisistik məqalələrinin bir qismi 2004-cü ildə nəşr edilmiş «“Elm və həyat”ın işığında» adlı kitabında toplanmışdır.

2003-cü ildə Heydər Əliyevə həsr olunmuş «Heydər Əliyev və Azərbaycanın kimya sənayesi» kitabını,

2006-cı ildə «Dahi qafqazlılar» seriyasından Lütfi Zadənin həyat yoldaşı xanım Fey Zadənin «Qeyri-səlis məntiqin atası ilə həyatım və səyahətlərim» əsərlərini ruscadan azərbaycan dilinə tərcümə edib.

1999-cu ildə Açıq Cəmiyyət İnstitutunun keçirdiyi müsabiqənin qalibi olmuş və Açıq Cəmiyyət İnstitutu ilə Rusiya Federasiyası Təhsil Nazirliyinin birgə layihəsi əsasında hazırlanan yeni nəsil üçün tədris ədəbiyyatı olan A.A.Zakin üçcildlik «6, 7, 8, 9 yaşlı uşaqların intellekt qabiliyyətinin inkişaf etdirilməsi» kitabın tərcüməçi və redaktorlarından biri və «Rusca-Azərbaycanca-ingiliscə sənaye-kimya lüğəti»nin redaksiya-nəşriyyat qrupunun üzvü olub.

Ülkər Hüseynovanın təhsil aldığı 132 saylı orta məktəbin 300-ə qədər məzununun həyat və fəaliyyətini əks etdirən «Mənim fəxrim – məktəbim» adlı kitabı 2008-ci ildə işıq üzü görüb.

Təltif və mükafatları

«Vətən» Mediya Diplomuna (1993);

Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi Diplomu (2001, 2011);

Azərbaycan KİV işçiləri Həmkarlar İttifaqının «Qızıl qələm» mükafatı (1995, 2001);

AMEA-nın Fəxri Fərmanı (2010).

Aləsi

İki qızı, nəvələri vardır.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Hüseynova Ülkər // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 175 – 176. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Xəlilzadə F. Ucalığa qovuşan illər. Azərbaycan.– 2011.– 22 iyul.– S.6.
  3. Görkəmli jurnalist Ülkər Hüseynovanın 80 illiyi qeyd olundu Abasov C 525-ci qəzet. – 2017.– 19 aprel.– S.4..

Şablon:Yaxşı məqalə