İntiqam Əşirov
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:05, 27 iyun 2020 tarixli dəyişiklik
İntiqam Əşirov | |
---|---|
Əşirov İntiqam Raqif oğlu | |
İntiqam Əşirov | |
Anadan olub | 26 avqust 1980 |
Anadan olduğu yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | “Təfəkkür” Universiteti |
İntiqam Əşirov (İntiqam Raqif oğlu Əşirov; d. 1980, Şəki, Azərbaycan SSR, SSRİ) — Şəki şəhər bələdiyyəsinin üzvü və sədr müavini (2015-ci ildən), Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinin direktoru (2014-cü ildən).
Haqqında məlumatlar
1980-ci ildə Şəki şəhərində anadan olub. “Təfəkkür” Universitetinin jurnalistika fakültəsini bitirib. 2014-cü ildən Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinin direktorudur. 2014-cü ilin sonunda Şəki şəhər bələdiyyəsinin üzvü seçilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikasının 2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü.
Həmçinin, bax:
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin topladığı səslər (2019)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin siyahısı (2019)